“Rafizi”liyi məzəmmət edən hədislərin tənqidi
Doktor Nasir ibn Abdullah ibn Əli əl-Qifari “Üsul məzhəb əş-şiə” kitabında yazır: “İbn Əbu Asim rafizilik haqqında dörd hədis nəql etmişdir. Lakin Nasir əd-Din Albani bu hədislərin sənəd silsiləsini incələyərkən onların zəif olduğunu etiraf etmişdir”.1
O, Təbəranidən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ey Əli (ə), ümmətim arasında Əhli-beyt (ə) məhəbbəti ilə tanınan bir qövm yaşayacaq. Onların ləqəbi var. Onlar rafizi adlandırılacaqlar. Onları öldürün, onlar müşrikdirlər”.
Sonra yazır: “Hədisin sənəd silsiləsində Həccac ibn Təmim olduğu üçün zəif hesab edilmişdir”.2
O, İbn Əbu Asimdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Ey Əli (ə), sənə müjdə verirəm. Sən və səhabələrin cənnətdə olacaqsınız. Bil ki, səni sevdiyini bildirən qövmlərdən biri İslamdan dönəcəkdir. Onlara rafizi deyiləcək. Onları gördükdə onlarla savaşın. Onlar müşrikdirlər”. Dedim: “Ey Allahın elçisi, onların nişanəsi nədir?” Buyurdu: “Onlar nə cümə, nə də camaat namazında iştirak edərlər. Onlar sələflərə tənə vurarlar”3.
Sonra yazır: “Şövkani bu hədisi qondarma hədislər sırasında qeyd etmişdir”.4
Doktor Qifari sözünə davam edərək yazır:5 “İbn Teymiyyə rafizi sözü keçən hədislərin yalan olduğunu anlamışdır. Çünki rafizi sözü hicri ikinci əsrə qədər işlənmirdi”.6
Beyhəqi də “əd-Dəlail” əsərində rafizilərin məzəmmət olunduğu hədisi İbn Abbasdan nəql etdikdən sonra yazır: “Bu məzmunda digər hədislər də mövcuddur. Lakin hamısı sənəd baxımından zəifdir”.7
Buna görə də Əqili bu hədisləri “əz-Züəfa” (zəiflər), İbn əl-Cövzi isə “əl-Mövzuat” (uydurma hədislər) qisminə daxil etmişdir.
Dostları ilə paylaş: |