Dördüncü bənzərliyin tənqidi
O, yazır: “Yəhudilər (boşanmış və ya əri vəfat etmiş) qadınların iddə saxlamasını lüzumsuz hesab edirlər. Rafizilər də bu fikirdədirlər”.
Cavab: Bu ittiham şiəliyə qarşı yönəlmiş ən aydın iftiralardan biridir. Quran açıqca iddə məsələsinə toxunduğu bir halda şiələr onu necə rədd edə bilərlər?! “Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər” (“Bəqərə”, 228).
Bundan başqa “Talaq” surəsinin 1, 2 və 4-cü ayələrində iddə məsələsinə açıqca toxunulmuşdur. Talaqdan sonra iddə saxlanılması müsəlmanlar arasında yekdilliklə qəbul edilən məsələlərdəndir.
İbn Qüdamə “əl-Müğni” əsərində yazır: “İslam ümməti arasında iddənin növlərində fikir ayrılığı olsa da ümumilikdə onun vacib olmasını yekdil şəkildə qəbul edirlər”.1
Dostları ilə paylaş: |