Yəhudilər bütün ulduzlar aydın görünməyənədək məğrib namazını qılmırlar. Halbuki Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir: “Ümmətim, şam namazını yəhudilərə oxşamaq məqsədi ilə ulduzlar görünənədək təxirə salmayınca İslamdan xaric olmaz”.
Cavab: Birincisi, bir çox şiə fəqihləri şam namazının vaxtını əhli-sünnənin də yekdilliklə qəbul etdiyi kimi günəşin qürub etdiyi an kimi göstərirlər.
İkincisi, şiəliyə görə şam namazının ulduzlar tam aydın göründüyü zaman vacib olması yanlışdır. Bunun tam əksinə olaraq, onlar şam namazını ilkin vaxtda qılmağı müstəhəb hesab edirlər.
Üçüncüsü, məlum məsələdə əhli-sünnə fəqihləri arasında da fikir ayrılığı var. Əksər əhli-sünnə fəqihləri şam namazının gün batdıqdan sonra səmada mövcud olan qızartının aradan getdiyi zaman qılınmasını düzgün hesab edirlər.
Dördüncüsü, hədisin sonunda qeyd olunan “yəhudilərə oxşamaq məqsədi ilə” ibarəsi əksər qaynaqlarda qeyd olunmamışdır.1
Dostları ilə paylaş: |