Haqqin iZİ İLƏ


Onuncu bənzərliyin tənqidi



Yüklə 2,22 Mb.
səhifə247/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   243   244   245   246   247   248   249   250   ...   283

Onuncu bənzərliyin tənqidi


O, yazır: “Yəhudilər Cəbrailə qarşı düşmən mövqeydədirlər. Onlar Cəbraili öz düşmənləri hesab edirlər. Rafizilər də bu fikirdədirlər. Onların fikrincə, Cəbrail vəhyin çatdırılmasında səhvə yol vermişdir”.

Cavab: Bu ittiham uzun zaman öncəyə aiddir. İttihama görə şiələr Cəbrailin Allaha xəyanət etdiyini, vəhyi Əliyə (ə) yox, Məhəmmədə (ə) gətirdiyini düşünürlər. Buna görə də namazlarının salamından sonra üç dəfə “Xanə əl-Əmin” ibarəsini deyirlər.

İttihamın kökü


Quran ayələrindən və hədislərdən bəlli olur ki, yəhudilər Cəbrailin vəhyin çatdırılmasında xəyanət etdiyini hesab edirlər. Çünki Allah-Taala ona peyğəmbərliyin İsrail ailəsindən çıxarılmaması haqqında göstəriş vermişdi. Lakin o, Allaha qarşı çıxaraq peyğəmbərliyi İsmayılın törəmələrinə ötürmüşdür. Buna görə də onlar Cəbraili düşmən hesab edir və “Xanə əl-Əmin” (Cəbrail xəyanət etdi) şüarını səsləndirirlər. Quran bütün bu yanlış düşüncələrin əsassız olduğunu göstərmək üçün yəhudiləri tənqid atəşinə tutaraq, Cəbraili “əmin” (əmanətdar) adlandırır. “Onu Ruh əl-Əmin (Cəbrail) (günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə endirdi (nazil etdi)” (“Şüəra”, 194).

(Ya Rəsulum!) Cəbrailə düşmən olan kimsəyə de ki, onu (Quranı) özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o nazil etmişdir” (“Bəqərə”, 97).

Yuxarıda qeyd olunan ayələrdən aydın görünür ki, yəhudilər Cəbraili müəyyən səbəblərə görə düşmən hesab edir, əzab mələyi adlandırır və peyğəmbərliyin çatdırılmasında xəyanətlə ittiham edirdilər. Demək, “Xanə əl-Əmin” şüarının kökündə yəhudilərin etiqad bəslədiyi xurafat dayanır. Şiələrə qarşı kin bəsləyən bəzi yazarlar həmin fikirdən şiəliyin əleyhinə yararlanmış və bunu bir ittiham kimi namərdcəsinə şiələrə ünvanlamışlar.
Qısa cavab:

Bu, yanlış fikirdir və onu irəli sürənlərin şiə məzhəbinin etiqadları haqqında məlumatları olmadığını göstərir. Şiə məzhəbinin kitablarına müraciət edən hər bir kimsə bu fikrin yanlış olduğunu tam aydınlığı ilə görəcək.


Ətraflı cavab:

  1. İstənilən məzhəb haqqında tədqiqatın qaynağı o məzhəbin müxtəlif sahələrdə qələmə alınmış kitablarıdır. Şiə kitablarına, xüsusilə namazla bağlı fəsillərə müraciət etdikdə bu iddiadan heç bir əsər-əlamət olmadığını görürük. Aşağıda bu iddianın doğru və ya yanlış olduğunu göstərən ibarələri diqqətinizə çatdırırıq:

Şeyx Müfid yazır: “Namazın salamını yuxarıda göstərildiyi şəkildə dedikdən sonra iki əlini təkbir demək məqsədi ilə yuxarı qaldırır, üzünün bərabərinə tutursan. Belə ki, əllərinin içi qibləyə, arxası isə üzünə tərəf olur. Bu zaman “Allahu əkbər” deyirsən. Əllərini dizlərinə doğru endirib yenidən ikinci təkbiri demək üçün yuxarı qaldırırsan. Eyni hərəkəti üçüncü dəfə də təkrar edirsən”.1

Yuxarıdakı ibarələrdən göründüyü kimi, ən qədim imamiyyə alimlərindən olan Şeyx Müfid belə bir etiqaddan söhbət açmamışdır. Əgər məlum iddia vacib, müstəhəb və ya sadəcə namaz ədəblərindən olsaydı, orada qeyd olunardı.

Şexy Tusi də namazın salamından sonra deyilən təkbiri eynilə həmin şəkildə izah etmişdir.2

İbn İdris Hilli yazır: “Namazın salamından sonra oturduğun halda üç dəfə təkbir demək müstəhəbdir. Belə ki, oturaq vəziyyətdə hər bir təkbiri deyərkən əlləri qulağının bərabərinə qədər yuxarı qaldırır, yenə dizlərinə doğru endirirsən”.3

Eyni məzmunlu ifadələr İbn Bərracdan da nəql olunmuşdur1.

Şəhidi-Əvvəl də həyata keçirilməsi müstəhəb olan əməllər haqqında yazır: “Namazdan dərhal sonra bəzi əməllər müstəhəbdir. Bu əməllər üç təkbirlə başlayır. Belə ki, (hər təkbir deyiləndə) əllər qulaqlara qədər yuxarı qaldırılır. Təkbirlərdən sonra “La ilahə illəllah” deyilir. Daha sonra isə (hədislərdə göstərilən) dua oxunaraq həzrət Zəhranın (ə) təsbehinin zikri deyilir. Sonuncu müstəhəb əməl namazdan dərhal sonra həyata keçirilən ən fəzilətli əməldir”.1

Əllamə Hilli də həmin məsələni eynilə bu məzmunda qeyd etmişdir.2

2. şiə məzhəbi həzrət Məhəmmədin (s) peyğəmbərliyinə etiqad bəsləyir və onu İslam dininin əsaslarından biri hesab edir.

Şeyx Tusi yazır: “Məhəmməd ibn Abdullah ibn Əbd əl-Müttəlib ibn Haşim bu ümmətin peyğəmbəri, Allahın elçisidir. Onun haqq olmasına dəlil peyğəmbər olduğunu iddia edərək Quran və s. möcüzələr təqdim etməsidir”.3



O, yazır: “Bizim peyğəmbərimiz Məhəmməd (s) elçi və peyğəmbərlərin sonuncusudur. Buna dəlil isə Quran ayəsidir. Allah-Taala Quranda buyurur:

Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“Əhzab”, 40)

O, peyğəmbərlərin, elçilərin ən şərafətlisidir. Çünki o həzrət (s) qızı Fatiməyə (s) buyurdu: “Sənin atan peyğəmbərlərin ən yaxşısıdır”.4

3. Şiə məzhəbinə görə namazda Allahın varlığına və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət vermək vacibdir. Bu iki şəhadəti bilərəkdən tərk etmək namazın batil olmasına səbəb olur.

Şeyx Tusi yazır: “Son təşəhhüddə aşağıdakı sözləri demək müstəhəbdir.

بسم الله و بالله والاسماء الحسنی کلها لله اشهد ان لا اله الا الله وحده لا شریک له و اشهد انا محمد عبده و رسوله 2

Eyni məzmunlu ifadələr digər fiqhi kitablarda da qeyd olunmuşdur. Bütün bunlar şiələrin namazın təşəhhüdündə İslam peyğəmbərinin (s) peyğəmbərliyini dilə gətirmələrinə aydın bir dəlildir.



4. Şiəliyə görə Cəbrail da daxil olmaqla bütün mələklər məsumdurlar.

Şeyx Səduq yazır: “Bizim, peyğəmbərlər, imamlar və mələklər haqqında etiqadımız budur ki, onlar hər bir çirkinlikdən uzaqdırlar və heç bir böyük və ya kiçik günah etmirlər”.1

Şeyx Müfid yazır: “Mən deyirəm ki, mələklər axirət odunda yanmaqla nəticələnəcək hər bir əməldən uzaqdırlar. Bu, bütün imamiyyələrin fikridir”.2

Feyz Kaşani yazır: “Mələklər haqqında günahdan söhbət gedə bilməz. Onlar ilahi göstərişlərdən boyun qaçırmırlar”.3

Şeyx Hürr Amili yazır: “Mələklər hər bir günahdan uzaqdırlar”.4

Əllamə Təbatəbai yazır: “Həqiqətən, mələklər Allahın yaratdıqlarındandır. Hansı ki, Allahın (uca) məqamından qafil olmurlar. Onlar heç bir unutqanlığa və ya səhvə yol verməzlər. Heç bir şey onları Allahdan kənarlaşdıra bilməz. Onlar Allahın iradəsi xaricinə çıxa bilməzlər”.5

Əgər şiəliyə görə, Cəbrail vəhyin çatdırılmasında xəyanət etsəydi, şiə alimləri onun məsum olduğunu qeyd etməzdilər.


  1. Şiələrin Cəbrailə bəslədiyi hörmət.

Əllamə Təbərsi Allahın bu “Onu Ruh əl-Əmin (Cəbrail) (günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə endirdi (nazil etdi)” ayəsini izah edərkən yazır: “Cəbrail Allahın əmanətdar vəhy mələyidir. O, vəhyi dəyişməz, təhrif etməz”.1

Əllamə Təbatəbai məlum ayəni izah edərkən yazır:

“Ruh əl-Əmin”də məqsəd vəhy mələyi Cəbraildir. Allah-Taalanın onu “Əmin” deyə vəsf etməsinə səbəb vəhyi Peyğəmbərə (s) çatdırmaqda əmanətdar olmasıdır. O, vəhyi bilərəkdən, səhvən və ya unutqanlıq ucbatından dəyişmədən, təhrif etmədən Peyğəmbərə (s) çatdırmışdır”.2


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin