Bir çoxları iki din arasında müştərək cəhətlər olduğunu görüb onları birinin digərindən, yəni zaman baxımından sonuncusunun ilk olanından təsirləndiyini düşünürlər. Həmin metodu Yəhudilik və şiəlik arasında da tətbiq etmək istəyirlər. Təbii ki, peyğəmbərlərin gətirdikləri başlıca prinsiplər eynidir. Burada fərqli olan isə şəriətlərdir.
Allah-Taala buyurur:
“Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir” (“Ali İmran”, 19).
Digər ayədə buyurur:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə”, 183)
İslam özündən öncəki peyğəmbərlərin təlimlərini rədd etmək məqsədi ilə gəlməmişdir. İslam dini özündən öncəki dinlərdə aparılan təhrifləri aradan qaldırmağa və onları tamamlamağa gəlmişdir. Buna görə də şiəlik və yəhidilik arasında oxşar cəhətlər varsa, bu, şiəliyin Yəhudilikdən təsirlənməsi demək deyil. Əgər məlum bənzərliyi təsirlənmə kimi qəbul etsək, o zaman Əhli-sünnənin də yəhudiliyin təsiri altına düşdüyünü iddia etmək olar. Çünki əhli-sünnə təlimlərinin bir çox məqamları yəhudilik təlimləri ilə üst-üstə düşür.
Dostları ilə paylaş: |