Haqqin iZİ İLƏ


Kitab əhlinin rafizilərdən üstün olması iddiası



Yüklə 2,22 Mb.
səhifə255/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   251   252   253   254   255   256   257   258   ...   283

Kitab əhlinin rafizilərdən üstün olması iddiası


O, yazır: “Yəhudi və xristianlar bir baxımdan rafizilərdən üstündürlər. Çünki Yəhudilər dedilər: “Sizin ümmətinizin ən yaxşısı kimdir?” Onlar cavab verdilər: “İsanın (ə) həvariləri (apostollar)”. Rafizilərdən isə “ümmətinizin ən pisi kimdir” - deyə soruşdurqa dedilər: “Məhəmmədin (s) həvariləri”. Onlar Təlhə və Zübeyri nəzərdə tuturdular. Onlara həvarilər üçün Allahdan əfv diləmək əmr olunmuşdu. Onlar isə həvarilərə nalayiq sözlər yağdırdılar.”

Cavab: Birincisi, hansı şiə bütün həvari və səhabələrin ümmətin ən pisi olduğunu iddia etmişdir? Şiələr böyük səhabələrə hörmətlə yanaşır və onların İslamın yayılmasındakı zəhmətlərini yüksək qiymətləndirirlər. Bəli, onlar bütün səhabələri ədalətli hesab etmirlər. Çünki bəzi səhabələr böyük səhvlərə yol vermişlər. Biz bu haqda “Şiəşünaslıq və iradlara cavablar” kitabında geniş söhbət açmışıq.

İkincisi, şiələrin Təlhə və Zübeyrlə bağlı iradlarına səbəb məlum iki səhabələnin əhdlərinə vəfa qılmamalarıdır. Onlar öz imamlarına etdikləri beyəti sındırıb müsəlmanların haqlı xəlifəsinə qarşı çıxdılar. Bu, inkar edilməsi mümkün olmayan tarixi faktır.

Üçüncüsü, hər iki məzhəbin rəvayətlərinə əsasən ümmətin ən bədbəxt və şər adamı Əlinin (ə) qatili Əbd ər-Rəhman ibn Mülcəmdir.

Hakim Nişapuri və digərləri özlərinə məxsus sənədlə İmam Əlinin (ə) belə buyurduğunu nəql edirlər: “Ən doğru danışan insan olan həzrət Peyğəmbərin (s) belə buyurduğunu eşitdim:

“(Həzrət (s) əlini gicgahıma sürtərək buyurdu:) Tezliklə buraya zərbə endiriləcək. Qan axıb üzünün tükünü qızardacaq. Bu zərbəni vuran ümmətin ən bədbəxtidir”.

Dordüncüsü, Əhli-sünnə mənsubları bəzi səhabələrə qarşı nalayiq sözlər işlədən və onları lənətləyənlərə qarşı olduqca sərt mövqedən çıxış edir, heç bir üzrlərini, hətta nəql etdikləri rəvayətləri belə qəbul etmir, heç bir dəyər vermirlər. Lakin öz düşmənlərinə gəldikdə isə onları olmazın söyüşlərlə yad edirlər.

Əhli-sünnə rical alimlərindən Yəhya ibn Muin yazır: “Osmanı və ya Peyğəmbərin (s) səhabələrindən birini söyən kimsə dəccal, fasiq və məlundur. Onun (nəql etdiyi) hədislər yazılmır. Allahın, mələklərin və bütün ümmətin lənəti ona olsun!”1

Zəhəbi “Mizan əl-etidal” əsərində Yəhya ibn Muinin Təlid ibn Süleyman Əbu İdris Kufi haqqında nəql etdiklərini qeyd edərək yazır: “O, Osmanı söyən yalançıdır. Bir gün divarın üstündə oturub Osmanı söyürdü. Osmanın övladları və onu sevənlər Təlidə hücum çəkib divardan düşürdülər və hər iki ayağını sındırdılar”2.

Lakin bütün bunlarla yanaşı nasibiləri, gecə-gündüz Əlini (ə) lənətləyən Həriz ibn Osman Rəhəbini etibarlı hesab edir və onun rəvayətlərini nəql edirlər.

İbn Hibban deyir: “Həriz hər sübh və axşam çağı Əlini (ə) yetmiş dəfə lənətləyirdi”3.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin