Haqqin iZİ İLƏ


MÜSƏLMANLARI KAFİRLİKDƏ İTTİHAM ETMYİN YASAQ OLMASI



Yüklə 2,22 Mb.
səhifə256/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   252   253   254   255   256   257   258   259   ...   283

MÜSƏLMANLARI KAFİRLİKDƏ İTTİHAM ETMYİN YASAQ OLMASI


O, sonda yazır: “Qılınclar qiyamətə qədər rafizilərə qarşı sıyrılmışdır”.

Cavab: “Müsəlmanların bir hissəsi haqqında bu şəkildə danışmaq böyük Əhli-sünnə alimləri tərəfindən irəli sürülən iddialara ziddir. Çünki onlar qibləyə doğru namaz qılan müsəlmanları sırf günah etdikləri üçün kafirlikdə ittiham etməyi yolverilməz hesab edirlər”.

Əbu əl-Həsən Əşəri yazır: “Bizim etiqadımız heç bir qiblə əhlini (qibləyə namaz qılanı) Allahın halalını haram etməyincə etdiyi zina, oğurluq, şərab içmək kimi günahlar ucbatından kafir adlandırmamaqdır”4.

Əhməd ibn Hənbəl Əhli-sünnə etiqadını açıqlayarkən yazır: “Kufə əhalisinə kobud sözlər yağdırmaqdan əl çəkmək lazımdır. Heç kim onları günah etdiyi üçün kafirlikdə ittiham etməməli, İslamdan çıxmış adlandırmamalıdır”5.

İbn Teymiyyə yazır: “Əhli-sünnə dini, imanı söz və ona əməl etməkdə görməsinə baxmayaraq, heç bir qiblə əhlini sırf böyük günah etdiyi üçün kafirlikdə ittiham etmir. Bu baxımdan əhli-sünnənin etiqadı Xəvaricin etiqadı ilə fərqlənir. Günah edilsə belə iman qardaşlığı öz qüvvəsində qalır”6.

Buxari Ənəs ibn Malikdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Namaz qılan, qibləmizə üz tutan və qurbanlığımızdan yeyən təhlükəsizliyi Allahın və rəsulunun (s) üzərinə düşən müsəlmandır”7.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin