"Ümmətin parçalanması" hədisləri
"Ümmətin parçalanması" ilə bağlı hədisləri üç yerə ayırmaq olar:
1. İki firqəyə bölünmək;
Bəzi hədislər İslam ümmətinin iki firqəyə bölünməsinə işarə vurur. Buna misal olaraq, Əhməd ibn Hənəblin "Müsnəd"3, Nəsainin "əs-Sünən əl-kübra",4 Əbu Yəlanın "Müsnəd",5 Xətib Bağdadinin "Tarixi-Bağdad"6 və İbn Kəsirin "əl-Bidayə vən-nihayə" əsərində7 Əbu Səid Xudri vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdikləri hədisi göstərmək olar. Hədisdə deyilir:
"Ümmətim iki firqəyə bölünəcək. Bu iki firqənin arasından bir qrup ortaya çıxacaq ki, haqq olan tərəf onlarla döyüşəcək".
Bu hədisi şərh edən əksər əhli-sünnə mənsubları etiraf etmişlər ki, haqq olan tərəfdən məqsəd Əli ibn Əbu Talib (ə), onun döyüşdükləri isə Müaviyə, Cəməl səhabələri və Nəhrəvan xəvaricidir.
Nəvəvi bu hədisi şərh edərkən deyir: "Hədis aydın şəkildə göstərir ki, Əli (ə) haqq, digər tərəf isə, yəni Müaviyə tərəfi zülmkar olmuşdur".
Dostları ilə paylaş: |