Hədislərin sənədinin tədqiqi
Birinci hədisin sənəd silsiləsində Məhəmməd ibn Əmrin olmasına görə "həsən" hədisdir. Lakin onun digər şahidləri olduğundan səhih hesab olunur. Buna görə də Tirmizi, Hakim Nişapuri, İbn Hibban, Şatibi, Süyuti və Albani onu səhih hesab etmişlər.2
İkinci hədisin sənəd silsiləsində Əzhər ibn Abdullah olduğundan "həsən" hədis sayılmasına baxmayaraq, şahidlərin mövcüdluğu onu səhih hədislər sırasına qatmışdır. Buna görə də Hakim Nişapuri və Zəhəbi onu səhih hədis hesab etmişlər.
Üçüncü hədisin sənəd silsiləsində İbad ibn Yusif olduğundan "həsən" hədisdir.
Dördüncü hədisi Hakim Nişapuri səhih hesab etmişdir.
Beşinci hədisin sənəd silsiləsində Əbd əl-Həmid ibn İbrahim yer aldığından zəif hədis hesab olunur. Lakin İbn Hibban və İbn Həcər onu etibarlı rəvayətçi hesab etmişlər.
Altıncı hədisin sənəd silsiləsində Əbd əl-Rəhman ibn Ziyad ibn Ələm yer aldığından zəif hesab olunur. Çünki onun yaddaşı zəif olmuşdur və "münkər" hədislər nəql etmişdir.3
Yeddinci hədisin nəql olunduğu bütün vasitələr Ənəs ibn Malikə gedib çıxdığı üçün zəifdir.
Səkkizinci hədis Qutn ibn Abdullah adlı rəvayətçisinin cahilliyinə görə zəifdir.
Doqquzuncu hədisin sənəd silsiləsində Musa ibn Übeydə olduğundan zəifdir.
Onuncu hədisin sənəd silsiləsində Kəsir ibn Mərvan Şami olduğundan batildir. Çünki o ciddi şəkildə zəifdir.4
On birinci hədis Hafiz ibn Həcərə görə zəifdir. Çünki onun sənəd silsiləsində adı çəkilməyən rəvayətçi var.5
On ikinci hədis də Kəsir ibn Abdullahın sənəd silsiləsində yer aldığına görə zəifdir.
Dostları ilə paylaş: |