Haqqin iZİ İLƏ


b) "Ümmətin parçalanması” hədisi şiə qaynaqlarında



Yüklə 2,22 Mb.
səhifə274/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   270   271   272   273   274   275   276   277   ...   283
b) "Ümmətin parçalanması” hədisi şiə qaynaqlarında.

Şiə hədis qaynaqlarında da "ümmətin parçalanması" və "nicat tapacaq firqə" hədisinə işarə vurulmuşdur. Aşağıda bu hədislərin bir neçə nümunəsini diqqətinizə çatdırırıq:

1. Şeyx Səduq özünəməxsus sənədlə İmam Hüseyndən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş firqəsi isə cəhənnəmə gedəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş bir firqəsi isə cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların bir firqəsi behiştə, digər yetmiş iki firqəsi isə cəhənnəmə gedəcəkdir".1

2. Əli ibn Xəzzaz özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yalnız bir firqə nicat tapacaq. Digərləri isə məhv olacaqlar. Nicat tapacaq firqə siz Əhli-beytin (ə) vilayətinə tapınan, elminizdən faydalanan, öz (şəxsi) rəyi ilə müqayisə etməyənlərdir. Onlar cəzalandırılmayacaqlar".2

3. Şeyx Tusi özünəməxsus sənədlə İmam Əlinin (ə) qabaqcıl yəhudilərdən biri ilə söhbətini nəql edir:

Həzrət soruşdu: "Neçə dəstəyə bölündünüz?" O, dedi: "Filan filan dəstəyə". Həzrət (ə) buyurdu: "Ey yəhudi qardaş, yalan deyirsən". Sonra üzünü camaata tutub buyurdu: "And olsun Allaha, əgər mənim üçün kürsü (qəzavət kürsüsü) açsalar, Tövrat əhli arasında Tövrata uyğun, İncil əhli arasında incilə uyğun, Zəbur əhli arasında Zəbura uyğun, Quran əhli arasında Qurana uyğun hökm edəcəyəm. Ey camaat! Yəhudilər yetmiş bir firqəyə parçalandılar. Onların biri nicat tapacaq və behişt əhlidir. Yetmişi isə cəhənnəm alovundadırlar. Bunlar, Musanın (ə) canişinini Yuşə ibn Nunun ardıcıllarıdır. Xristianlar yetmiş iki firqəyə bölündülər. Yetmiş bir firqə cəhənnəm alovunda, bir firqə isə behiştdədir. Bunlar (behiştdə olanlar), İsanın (ə) canişini Şəmunun ardıcıllarıdır. Tezliklə bu ümmət də yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm, biri isə behişt əhli olacaq. Onlar (behiştdə olanlar), həzrət Məhəmmədin (s) canişininin ardınca gedənlər olacaqlar". Bu zaman həzrət (ə) əlini sinəsinə vurdu və buyurdu: "Yetmiş üç firqənin on üçü mənim sevgimi (məni sevdiklərini) iddia edirlər. Lakin onların biri behiştdədir. Onlar doğru yolda olanlardır. On iki firqə isə cəhənnəm əhlidir".3

4. Şeyx Müfid özünəməxsus sənədlə Əbu Əqildən nəql edir:

Biz həzrət Əmir əl-Mömininin (ə) yanında əyləşmişdik. Həzrət (ə) buyurdu: "Şübhəsiz, bu ümmət yetmiş üç firqəyə bölünəcək. And olsun canım əlində (ixtiyarında) olan (Yaradana), mənə tabe olan, ardımca gələnlərdən başqa digər bütün firqələr yollarını azmışlar".4

5. Ərbili İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm alovunda, biri isə behiştdə olacaq. Onlar Allahın haqlarında "hidayət olunmuşlar, haqqa qayıtmışlar" buyurduğudur".5

6. Şeyx Səduq özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:

"Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə parçalandı. Onların yetmiş firqəsi həlak oldu, biri isə nicat tapdı. Həqiqətən mənim ümmətim yetmiş iki firqəyə bölünəcək. Onlardan yetmiş biri həlak, biri isə xilas olacaq". Soruşuldu: "Ey Allahın rəsulu, o bir firqə kimlərdir?". Həzrət (s) buyurdu: "Camaat, camaat, camaat".

Şeyx Səduq hədisi izah edərkən yazır: "Camaatdan məqsəd haqq əhlidir. Hətta az olsalar belə. Çünki Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətdə deyilir: "Mömin təklikdə höccətdir və mömin təklikdə camaatdır".6

7. Əyyaşi özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Musanın (ə) ümməti yetmiş bir firqəyə bölündü. Onların yetmiş firqəsi alovda, biri isə behiştdədir. İsanın (ə) ümməti yetmiş iki firqəyə bölündü, biri behiştdə, digərləri isə cəhənnəm alovundadırlar". Soruşuldu: "Ey Allahın rəsulu! Onlar kimlərdirlər?” Həzrət (s) buyurdu: "Camaat, camaat".1

8. Şeyx Səduq özünəməxsus sənədlə Abdullah ibn Ömərin Peyğəmbərdən (s) belə nəql etdiyini yazır: "Tezliklə, ümmətimin başına Bəni-İsrailin başına gələnlər gələcək. Bəni-İsrail yetmiş iki firqəyə bölündü. Mənim ümmətim də yetmiş üç firqəyə, onlardan bir firqə artığına bölünəcək. Onların yalnız birini çıxmaq şərti ilə hamısı cəhənnəm alovunda olacaqlar". Soruşuldu: "O, bir millət hansıdır?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin bu gün olduğu inanclarda olanlar".2

Məclisi bu hədisi Səduqdan nəql etmişdir. Lakin hədisin sonunda deyilir: "Onlar bu gün mən və Əhli-beytimin (ə) olduğu əqidədə olanlardır".3

Hədisin səhih olduğu haqqında etiraflar.

Bir qrup əhli-sünnə alimi "Ümmətin parçalanması" hədisinin doğru olduğunu etiraf etmişlər:

1. Tirmizi - "əl-Came əs-səhih". O deyir: "Həsən, səhih hədisdir".

2. Hakim Nişapuri - "əl-Müstədrək əla əs-səhiheyn". O deyir: “Bu hədisə "üsul" hədis kitablarında çox rast gəlirik".

3. Zəhəbi - "Təlxis əl-müstədrək".

4. İbn Hibban - "əs-Səhih".

5. Şatibi - "əl-İtisam".

6. Süyuti - "əl-Came əs-səğir".

7. Albani - "Silsilə əl-əhadis əs-səhihə".

8. İbn Teymiyyə - "İqtiza əs-sirat əl-müstəqim" (c. 1, səh. 118).

9. Təbərani - "əl-Möcəm əl-kəbir".

10. Əllamə Mənavi - "Feyz əl-Qədir"4 (hədisin mütəvatir olduğunu bildirmişdir).

11. Səffarini - "Ləvami əl-ənvar əl-bəhiyyə".




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin