Haqqin iZİ İLƏ


"Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi



Yüklə 2,22 Mb.
səhifə277/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   273   274   275   276   277   278   279   280   ...   283

"Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi


Sözügedən hədislərin məcmusundan bir neçə məsələ aydınlaşır:

1. Bu hədisin müxtəlif ibarələrlə, müxtəlif vasitələrlə nəql olunmasından məlum olur ki, çox məşhur hədisdir. Buna görə də bu hədisin əksər mötəbər əhli-sünnə hədis toplularında yer almasının şahidi oluruq. Hətta bəzi hədisçilər onun üçün ayrıca fəsil ayırmışlar.

2. Hədisin zəif və uydurma vasitələrinə müraciət etdikdə görürük ki, bəzi yalançıların xəyanətindən amanda qala bilməmişlər. Buna görə də öz istəklərinə uyğun olaraq əlavələr etmiş, öz məqsədlərinə çatmağa çalışmışlar. Bu, sözügedən hədislərin ümumi xalq yanında məşhur olduğundan irəli gəlir.

Əlavələr olunan hədislərdən biri İbn Əbu Asimin "əs-Sünnə" kitabında nəql etdiyi hədisdir. Həmin hədisin sonunda deyilir: "Onların ən azğını, ən xəbisi şiəliyi qəbul edən, yaxud şiə məzhəbidir".3 Bir halda ki, "əs-Sünnə" kitabını tədqiq edən Nasir əd-Din Albani yazır: "Onun sənədi zəifdir. Onun rəvayətçiləri Leys ibn Əbu Səlimdən başqa hamısı etibarlıdır. Çünki o, zəifdir və hədislərdə dəyişiklik aparandır. Hədis şiəlik haqqında deyiləni çıxmaq şərti ilə səhihdir".

Həmçinin ibn Bətta "əl-İbanə" kitabında bu hədisi nəql etmişdir. Hədisin sonunda deyilir: "Onların ən azğını və şərlisi özünü bizə (Əhli-beytə) aid edənlərdir. Bu firqənin nişanəsi Əbu Bəkr və Ömərə nalayiq sözlər deməkdir".4 Bir halda ki, bu sənəd silsiləsində Səvadə ibn Sələmə yer almışdır və "rical" kitablarında ondan əsər-əlamət yoxdur. Buna görə də onun sənədi olduqca zəifdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   273   274   275   276   277   278   279   280   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin