Haqqin iZİ İLƏ


İslam təfriqəyə deyil, birliyə dəvət edir



Yüklə 2,22 Mb.
səhifə41/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   37   38   39   40   41   42   43   44   ...   283
5. İslam təfriqəyə deyil, birliyə dəvət edir;

O, yazır: “Kecmişdə və dövrümüzdə yaşayan şiələrin iddiasına görə, şiəlik toxumunu səpən ilk şəxs Peyğəmbər (s) olmuşdur. Şiəlik o həzrətin (s) dövründə meydana gəlmişdir. Ona görə də həmin dövrdə bəzi səhabələr Əli (ə) şiəsi hesab edilirdilər. Bu, əsassıs fikirdir. Quran və sünnədə bunu isbatlayacaq hər hansı bir tarixi sənəd yoxdur. Bu, İslama, öz həllini tapmış inkaredilməz tarixi faktlara yaddır. İslam insanları birləşdirmək üçün gəlmişdir. O, ümməti firqələrə bölmək məqsədi ilə göndərilməmişdir. Peyğəmbər (s) üçün əhli-sünnə və ya şiə anlayışları yox idi. Çünki Allah-Taala Quranda buyurur: إن الدین عند الله ألإسلام 3



Cavab: Birincisi, keçən bəhslərdə Şiəlik toxumunun ilk olaraq Peyğəmbər (s) tərəfindən səpildiyini sübuta yetirdik. Daha doğrusu, bunu Allah-Taalanın özü Qurani-kərimdə buyurmuşdur. “Vilayət”, “İkmal”, “Təbliğ”, “İnzar” və digər bu kimi ayələr Əlinin (ə) imamət və xilafətini insanlara çatdırmaq üçün nazil olmamışdırmı? Peyğəmbər (s) Allahdan Əlinin (ə) imamət və xilafətini elan etmək haqqında əmr almadımı? Hələ besətin üçüncü ilində و أنذر عشیرتک الأقربین ayəsi nazil olarkən həzrət Əlini (ə) öz imam və vəsisi (canışını) təyin etmədimi?

O, ömrünün sonuna qədər müxtəlif zaman və məkanlarda bu mühüm məsələyə eyhamlar vurmuşdur. Sonra isə zilhiccə ayının on səkkizinci günü Qədir-Xumda Əlini (ə) rəsmən imamət və xilafət məqamına təyin etdi. Sizcə bütün bunlar şiə əqidələrinin, yəni Əli (ə) və məsum övladlarının imamət və xilafətinin Qurana söykənən əqidələr olduğunu açıqca ortaya qoymurmu?

İkincisi, öncəki suala cavab verilərkən qeyd edildiyi kimi, şiəlik Peyğəmbərin (s) öz dövründə meydana gəlmiş və bir çox əhli-sünnə aliminin fikirincə, çoxlu sayda səhabə bu adla tanınmışdır.

Üçüncüsü, şiəliyə etiqad bəsləmək, bəzi səhabələrin şiə olması, Peyğəmbərin (s) şiəliyin təsisçisi olması inkaredilməz tarixi həqiqətlərlə, İslamın təməl prinsipləri ilə heç bir ziddiyyət təşkil etmir. Bəli, İslam insanları birləşdirmək üçün, İslam ümmətinin vəhdəti üçün gəlmişdir. Bir çox səhabənin Əlinin (ə) (Peyğəmbərdən sonra) imam olduğuna inanması və başqa sözlə desək, hələ Peyğəmbərin (ə) öz dövründə onların şiə olması ümmətin parçalanması, ikiyə bölünməsi demək deyil. Əksinə, bu, o dönəmdə müqəddəs mətnlərə əsaslanaraq Əliyə (ə) məhəbbət bəsləməkdir.

Dördüncüsü, bəli, biz də İslamın ümməti bir söz ətrafında toplamaq üçün gəldiyini qəbul edir və buna inanırıq. Lakin bu, heç də ümmətin ətrafında birləşəcəyi şeyin naməlum olması demək deyil. İslam, ümməti haqq-həqiqət ətrafında birləşdirmək üçün gəlmişdir. İslam insanları bir (möhkəm) ipə sarılmağa çağırır. Hansı ki, həmin ip onları Allaha doğru sövq edir. Bu ipdə məqsəd yalnız məsum şəxsdir. Təbii ki, Peyğəmbər (s) özündən sonra Əliyə (ə) itaət etməyi, ona tapınmağı əmr edirsə, Əli (ə) də özündən sonra ümmətin başsız qalmaması üçün tədbir görür. Məgər Peyğəmbər (s) özündən sonra ümmətinin 73 firqəyə ayrılacağını buyurmurmu?1

Həzrət Peyğəmbər (s) bu sözləri ilə nicat tapacaq firqənin Əliyə (ə) tapınacaq, onun sünnəsini, Allahın dinini məsum Əhli-beyt (ə) xətti ilə əxz edəcək firqə olduğunu insanlara çatdırır. Bu, sözün əsl mənasında ümməti haqq ətrafında birləşməyə səsləmək deməkdir.

Beşincisi, müsəlmanları Əliyə (ə) itaətə, tabeçiliyə səsləmək إن الدین عند الله ألإسلام” ayəsi ilə heç bir ziddiyyət təşkil etmir. Əlinin (s) imamət və xilafəti İslamın davamıdır. Şiəlik əsl İslam ruhu, Məhəmməd (s) dinidir. Din Əlinin (ə) vilayətinin elan olunması ilə kamil olmuş, nemət yalnız bu zaman tamamlanmış və beləcə, Allah Əlinin (ə) vilayəti ilə birgə olan dinə razılıq verilmişdir.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin