Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə47/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   43   44   45   46   47   48   49   50   ...   283
10. İslam metodundan çıxış;

O, yazır: “Şeyx Nəccaşi şiə sözünü tərif edərkən yazır: “Şiə o insanlara deyirlər ki, onlar Peyğəmbərdən (s) əxz etdikləri elmdə ixtilaf yaranarsa, Əlinin (ə) sözlərinə müraciət edirlər. Əlidən (ə) əxz etdiklərində ixtilaf yaranarsa, Cəfər ibn Məhəmmədin (ə) sözlərinə müraciət edirlər”. Əgər belədirsə, Cəfər ibn Məhəmmədin (ə) sözlərində ixtilaf yarandığı zaman kimə müraciət edirlər? Tərifdə bu suala cavab tapa bilmirik. Bu tərif İslam metodikasından yayınmaq deməkdir. Çünki Peyğəmbərin (s) buyuruqlarında təzad göründüyü zaman səhih hədisləri qeyri-səhih hədislərdən ayırmaq üçün təyin olunan elmi metodlardan yararlanmaq lazımdır. Əlinin (ə) və ya Cəfərin (ə) sözlərinə müraciət etmək bu metoda yaddır. Tərifdəki digər uyğunsuzluqlar da mövcuddur. Orada qeyd edildiyinə görə, Peyğəmbər (s) və Əlidən (ə) olunan nəqllərdə təzad var. Lakin necə olur ki, Cəfərin (ə) söylədiklərində təzad olmur. Cəfər (ə) onlardan daha fəzilətli idimi?”



Cavab: Birincisi, bu tərif Nəccaşiyə aid deyil. Nəccaşi onu özünəməxsus sənədlə Əban ibn Təğlibdən nəql edir. Nəccaşiyə aid olmayan sözü ona nisbət vermək elmdə əmanətə xəyanətdir. Bu, elm adamlarına sirr deyil.

İkincisi, Əban ibn Təğlibin bu tərifdə məqsədi tamam başqa bir şeydir. O, demək istəyir ki, Peyğəmbərdən (s) sonra onun qoyub getdiyi elmlərdə fikir ayrılıqları meydana gəldi. Bu ixtilafları həll etmək və həqiqəti üzə çıxarmaq üçün elə bir şəxsə müraciət etmək lazım idi ki, səhvdən uzaq olsun və həqiqəti insanlara göstərsin. Bu şərtləri özündə toplayan insan Peyğəmbərin (s) də buyuruqlarına görə, yalnız Əli (ə) idi. Əban ibn Təğlib İmam Sadiqin (ə) müasiri olduğu üçün sonda İmam Sadiqin (ə) adını çəkərək Əlinin (ə) sözlərinin izahında bir anlaşılmazlıq olduğu zaman ona (ə) müraciət etdiklərini qeyd edir. Təbii ki, bir məsumun buyurduqlarını başa düşməkdə çətinlik çəkilərsə, dövrün məsumuna müraciət etmək lazımdır. Peyğəmbər (ə) Əlinin (ə) haqqında “ey Əli, sən ümmətim arasında ixtilaf düşdüyü zaman onu həll edəcək şəxssən”, - deyə buyurmadımı?2 Digər hədislərdə isə buyurdu: “Əli (ə) hidayət bayrağıdır”3; “Əli mənim üçün mənim Allah üçün olduğum kimidir”4.

Peyğəmbərin (ə) Allah yanındakı son hədisdə deyilən məqamını Quran açıqca bəyan edir: “Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!” (“Nəhl”, 64). Həmin məqamı Peyğəmbər (s) Allahın əmri ilə Əliyə (ə) vermişdir. O həzrətdən (ə) sonra belə bir ixtilaf yarandığı təqdirdə onu həll etmək məsuliyyəti Əlinin (ə) üzərinə qoyulmuşdu. Digər müqəddəs mətnlərə görə, eyni məsuliyyət və hüquq Əlidən (ə) sonrakı on bir imama da verilmişdir. Belə ki, Peyğəmbər (s) buyurur: “Həqiqətən, mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın kitabı və Əhli-beytim. Əgər bu iki (əmanətə) tapınsanız, heç bir zaman yolunuzu azmayacaqsınız”5.

Nəticə etibarı ilə, ixtilaflı məsələlərdə Əliyə (ə) və ya İmam Sadiqə (ə) müraciət etmək elmi metoda yad deyil, əksinə, hədisləri incələyərək doğrusunu yanlışından ayırmaq üçün istifadə edilən üsulların önündədir.

Burada İmam Sadiqin (ə) Əlidən (ə) üstün olduğuna da heç bir işarə yoxdur. Çünki Əban ibn Təğlib İmam Sadiqin (ə) müasiri olmuşdur. Özündən sonrakı imamları görməmişdir. Təbii ki, əgər İmam Sadiqdən (ə) sonrakı dönəmlərdə belə bir problem çıxarsa, zamanın imamına müraciət edilməlidir.

Sonda qeyd etməliyik ki, Əhli-beytin (ə) özlərindən gələn müqqəddəs mətnlərdə onların bildirişlərinin eynilə Peyğəmbərin (s) sünnəsi olduğunu görürük. İmam Sadiq (ə) buyurur: “Mənim hədisim atamın hədisi, atamın hədisi babamın hədisi, babamın hədisi İmam Hüseynin (ə) hədisi, İmam Hüseynin (ə) hədisi İmam Həsənin (ə) hədisi, İmam Həsənin (ə) hədisi Əmir əl-Möminin Əlinin (ə) hədisi, Əlinin (ə) hədisi Peyğəmbərin (s) hədsi, onun həidsi isə Allah-Taalanın buyruğudur”1.




  1. Yüklə 2,22 Mb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin