Haqqin iZİ İLƏ


Səhabələr heç bir zaman şiə əqidəsində olmamışlar



Yüklə 2,22 Mb.
səhifə57/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   53   54   55   56   57   58   59   60   ...   283
7. Səhabələr heç bir zaman şiə əqidəsində olmamışlar;

O, yazır: “Onlar güman edirlər ki, şiəlik Əmmar, Əbuzər və Miqdadla başlamışdır Belə olan halda qarşıya belə bir sual çıxır: Onlar hər hansı bir şiə əqidəsinə, misal üçün, Əbu Bəkri, Öməri və səhabələrin əksəriyyətini kafir hesab etmək, onlara qarşı nifrət, kin bəsləmək və bunu dilə gətirmək kimi əqidələrə malik idilərmi? Təbii ki, bunların heç birinin onlara aidiyyətı yoxdur”3.



Cavab: Birincisi, Əlinin (ə) imamlığı Allah və Peyğəmbər (s) tərəfindən açıqca insanlara çatdırıldıqdan sonra digərlərinin təsdiq etməsinə heç bir ehtiyac qalmır.

İkincisi, biz heç bir səhabəni söymür və haqlarında nalayiq sözlər işlətmirik.

Üçüncüsü, tarixçilərin qənaətinə görə, Peyğəmbər (s) dönəmində ilk məzhəb adı şiəlik olmuşdur. Bu, dörd səhabəyə (Salman, Əbuzər, Miqdad və Əmmara) verilən ad idi. Tarixçilərin qeydlərinə görə, səhabələrin bir hissəsi Əbu Bəkrə beyətdən imtina edib Əlinin (ə) evinə yığıldılar. Burada iştirak edənlərdən aşağıdakıların adını çəkmək olar: Abbas ibn Əbu əl-Müttəlib, Fəzl ibn Abbas, Ətəbə ibn Əbu Ləhəb, Salman Farsi, Əbuzər Qifari, Əmmar Yasir, Miqdad ibn Əsvəd, Bərra ibn Azib, Übəyy ibn Kəb, Səd ibn Əbu Vəqqas, Təlhə ibn Übeydullah, Zübeyr ibn Əvvam, Xüzeymə ibn Sabit, Fərvə ibn Ənsari, Xalid ibn Səid ibn As Əməvi və Səd ibn Übadə Ənsari4.

Dördüncüsü, hədis qaynaqlarına müraciət etdikdə səhabələr arasında Salman, Əbuzər, Miqdad və başqaları Əlinin (ə) imaməti haqqında açıq-aydın bildirişlər olduğunu bilir və yeri gələndə bunu insanlara çatdırırdılar. Bir neçə hədisə nəzər salaq:



1. Əbuzər deyirdi: “Qarşıda böyük bir fitnə var. Əgər o zaman həyatda olsanız, Allahın kitabına və Əli ibn Əbu Talibə sığının”5.

  1. Salman insanların Əliyə (ə) beyət etmədiklərini gördükdə təəssüf hissi ilə dedi: “Əlini görürəm. O, sizin aranızda hərəkət edir. Lakin siz ona əhəmiyyət vermir və ona tapınmırsınız. And olsun canım əlində olan Allaha, sizi ondan başqa kimsə Peyğəmbərin (ə) sirlərindən xəbərdar etməyəcək”6.

  2. Miqdad, Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Məhəmmədin (s) Əhli-beytini (ə) tanımaq insanı cəhənnəm odundan qoruyur. Onların sevgisi Siratdan keçmək deməkdir. Onların vilayəti axirət əzabından xilas olmaq deməkdir”7.

  3. Əbu Əyyub Ənsari, Peyğəmbərin (s) öz qızı Fatiməyə (ə) belə buyurduğunu nəql edir: “Bilirsənmi, Allah-Taala yer üzündə yaşayanlara diqqət yetirdi, onların içindən atanı seçdi və onu peyğəmbərlik məqamına yüksəltdi. Sonra sənin həyat yoldaşını seçdi və mənə səni ona verim, onu öz vəsim (canişinim) təyin edim deyə vəhy etdi”2.

  4. Əbu Səid Xudri Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Mənim vəsim (canişinim), sirlərimi daşıyan, vədələrimi həyata keçirən, özümdən sonra qoyub gedəcəyim ən yaxşı insan və mənim dinimi bərpa edəcək şəxs Əli ibn Əbu Talibdir”3.

  5. Ənəs ibn Malik deyir: “Allahın rəsulu (s) dəstəmaz aldı. İki rəkət namaz qıldı. Sonra buyurdu: “Bu qapıdan ilk içəri girəcək şəxs təqvalıların imamı, müsəlmanların ağası və vəsilərin sonuncusudur”. Bu zaman Əli (ə) qapıdan daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Gələn kimdir?” Mən: “Əlidir”, - deyə cavab verdim. Peyğəmbər (s) sevincək onun yanına gəldi və onu bağrına basdı”4.

  6. Büreydə Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Hər bir Peyğəmbərin (s) varisi və vəsisi olur. Həqiqətən, Əli mənim vəsi və varisimdir”5.

  7. Əbuzər, Osmanın xilafət dönəmində Peyğəmbər (s) məscidinin qapısı önündə dayanaraq söylədiyi nitq zamanı dedi: “Məhəmməd (s) Adəm elminin və öncəki peyğəmbərlərə (ə) verilən bütün fəzilətlərin varisidir. Əli ibn Əbu Talib isə onun (s) vəsisi və elminin varisidir”6.

  8. Həzrət Əli (ə) camaatı Kufəyə toplayıb, Siffeynə, Müaviyə ilə döyüşə gediləcəyi haqqında danışdıqda Əmr ibn Həmiq yerindən qalxıb İmama (ə) müraciətlə dedi: “Ey möminlərin əmiri! Mən, səni aramızdakı qohumluq əlaqəsinə görə, mənə var-dövlət, vəzifə verəsən deyə sevmirəm. Mən, beş xüsusiyyətinə görə sənə məhəbbət bəsləyirəm. Sən Peyğəmbərin (s) əmisi oğlu, vəsisi və bizə əmanət olan övladlarının atasısan. Sən insanlar arasında İslamı ilk qəbul edən, cihadda ən çox payı olan mühacirsən”7.

  9. Məhəmməd ibn Əbu Bəkr Müaviyəyə ünvanladığı məktubda yazır: “Vay olsun sənə! Sən özünü Əli (ə) ilə necə müqayisə edə bilərsən, bir halda ki, o, Peyğəmbərin (s) varisi, vəsisi və övladlarının atasıdır”8.

Cəməl və Siffeyn döyüşlərinin tarixinə və Qədir-Xum məsələsinə diqqət yetirdikdə görürük ki, həmin döyüşlərdə iştirak edən səhabə və tabeilər Əlinin (ə) imam, vəli və vəsi olduğunu etiraf etmiş və öz şeirlərində bu mövzuya geniş yer ayırmışlar. Səhabə və tabeidən olan bu şairlərə aşağıdakıları misal göstərmək olar: Qeys ibn Səd, Həssan ibn Sabit, Nöman ibn Əclan, Abdullah ibn Əbu Süfyan ibn Hərəs ibn əl-Müttəlib, Əbd ər-Rəhman ibn Hənbəl, Əbu əl-Heysəm ibn Təyyihan, Mərdi Əzdi, Qulami Zəbbi, Ziyad ibn Ənsari, Hücr ibn Ədi Kindi, Zəhr ibn Qeys Cöfi, Əşəs ibn Qeys, Xüzeymə ibn Sabit (Zu əş-şəhadəteyn) və başqaları. Yuxarıda qeyd etdiyimiz şairlərin şeirlərini əldə etmək üçün “Şərhi-İbn Əbu əl-Hədid”, c. 1, səh. 147-yə müraciət edə bilərsiniz.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin