2. Şiəliyin Səqifədə meydana gəlməsi;
Bəzi əhli-sünnə tarixçilərinə görə, Səqifədə bir çoxları – müqəddəs mətnlərə əsaslanaraq – Əlinin (ə) ardınca getdilər və elə buradan da şiəlik meydana gəldi. Əhli-sünnə elm adamlarından İbn Xəldun2, Doktor Həsən İbrahim Həsən3, Əhməd Əmin Misri4, Məhəmməd Abdullah Ənnan5 və məşhur şərqşünas Qoldsiyer6 bu versiyanı önə çəkmişlər.
3. Şiəliyin Osman qətlə yetirildiyi zaman meydana gəlməsi;
Bəzilərinə görə, şiəlik insan axınının Osmanın evinə hücum çəkərək onu öldürdüyü zaman meydana gəlmişdir. Əhli-sünnə alimlərindən İbn Həzm Əndəlusi7, Doktor Əli Sami ən-Nişar8 və şərqşünas Velhauzen (Julius Wellhauseh) bu versiyanı qəbul etmişlər.
Dostları ilə paylaş: |