Haqqin iZİ İLƏ



Yüklə 2,22 Mb.
səhifə84/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   80   81   82   83   84   85   86   87   ...   283
Əbuzər Qifari

Əbuzər İslamdan öncə də təkallahlı olmuşdur. O, Məkkədə Peyğəmbərin (s) İslama dəvətini, Quran ayələrini eşidərkən axtardığının məhz bu olduğunu bilib müsəlman oldu. Tarixçilər onun İslamı qəbul edən beşinci müsəlman olduğunu qeyd edirlər. İslamı təbliğ etdiyi üçün özünü təhlükəyə atdığını görən Peyğəmbər (s) onu qəbiləsini haqq yola dəvət etməyə göndərdi. Peyğəmbər (s) ona sonsuz hörmət göstərirdi2.

O, üçüncü xəlifənin hakimiyyəti dövründə xəlifə və müşavirlərinin, xüsusilə Mərvanın yol verdiyi israfçılığa etiraz etdiyi üçün, xəlifə onu “Rəbəzə” adlı kiçik bir kəndə sürgün etdi. Əli (ə) və övladları onu yola salıb vidalaşdılar. O, Peyğəmbərin (s) sadiq dostu idi. Peyğəmbər (s) onun haqqında buyurmuşdur: “Əbuzər tənha yaşayar, tənha ölər və (qiyamət səhnəsinə) tənha gələr”3.

Miqdad ibn Əmr

Miqdad Kində və ya Bührə qəbiləsindən, cənub ərəblərindəndir. O, Peyğəmbərin (s) səhabələrindən, mühacirlərdən biri idi. Bir versiyaya görə, İslamı altıncı qəbul edən Miqdad olmuşdur. O, Peyğəmbərin (s) göstərişi ilə Həbəşəyə hicrət etmiş və bütün döyüşlərdə İslamı müdafiə uğrunda Peyğəmbərlə (s) yanaşı fədakarcasına döyüşmüşdür. Miqdad döyüşlərdən birində Peyğəmbərə (s) dedi: “Ey Allahın rəsulu! Biz Bəni-İsrail qövmü deyilik ki, “Sən və Allahın döyüşə gedin”, - deyək. Biz istənilən an, istənilən məkanda səni və Allahın dinini himayə etməyə hazırıq”4.

O, dörd əsas şiələrdən biri, Əlinin (ə) hələ Peyğəmbər (s) zamanında ilk tərəfdarlarından idi.

Əmmar ibn Yasir

Əmmar və ata-anası İslamı ilk qəbul edənlərdən, Peyğəmbərə (s) ilk iman gətirənlərdən idilər. Qüreyşlilər Əmmara, atası Yasirə və anası Süməyyəyə işgəncə vermişdilər. Peyğəmbər (s) bunu görür, lakin onlara yardım edə bilmirdi. Peyğəmbərin (s) buyurduğu məşhur kəlamda deyilir: “Yasir ailəsinə Allahın behiştini müjdə verirəm”5.

Əmmar da Peyğəmbərin (s) digər səhabələri kimi Mədinəyə hicrət etmişdi. Mühacir və ənsar arasında qardaşlıq əqdi bağladığı zaman Peyğəmbər (s) onunla Hüzeyfə ibn Yəman arasında qardaşlıq əqdi oxudu. Həzrət (s) münafiqlərin adlarını onlara açıqladı və elə buna görə də bu iki səhabəni münafiqşünas adlandırmışlar6.

Əmmar bütün döyüşlərdə Peyğəmbərin (s) yanında olmuşdur. Belə ki, Peyğəmbər (s) buyurardı: “Əmmarın qatili cəhənnəm odunda olacaqdır”.

“Səni zülmkar qruplaşmalar qətlə yetirəcəklər”. O, doxsan üç və ya doxsan dörd yaşında Siffeyn döyüşündə Əli (ə) ilə birgə Müaviyəyə qarşı döyüşdü. Elə həmin döyüşdə şəhid olarkən Müaviyənin əsgərləri tərəddüdə qərq oldular7. Əlini (ə) şübhə ilə dəstəkləyənlər isə haqq yolda olduqlarına bir daha əmin oldular.

Qaynaqlar Əmmarın ilk şiələrin dördüncüsü və daim Əlini (ə) dəstəkləyənlərdən olduğunu göstərir.




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin