Haqqin iZİ İLƏ


ŞİƏLİYİN MÜXTƏLİF TƏRƏFLƏRİ



Yüklə 2,22 Mb.
səhifə95/283
tarix01.01.2022
ölçüsü2,22 Mb.
#103516
1   ...   91   92   93   94   95   96   97   98   ...   283

ŞİƏLİYİN MÜXTƏLİF TƏRƏFLƏRİ


Qeyd etmək lazımdır ki, şiəliyin müxtəlif tərəfləri vardır. Bunlardan dördünü xüsusi ilə qeyd etmək olar:

  1. Siyasi şiəlik;

Burada Əlinin (ə) digər səhabələrdən üstün və keçirdiyi döyüşlərdə tam olaraq haqlı olduğuna etiqad öndə durur. Siyasi şiəlik dedikdə İslam tarixində müəyyən bir siyasi xətti olan cəmiyyətin mövcudluğu nəzərdə tutulur. Bu siyasi xətt ətrafında birləşənlər Əhli-beytin (ə) ideallığını və rəhbərliyini, Allah tərəfindən olduğu üçün yox, onlarda görünən və başqa heç kimdə olmayan üstün keyfiyyətlərə görə qəbul edirdilər. Bu siyasi təfəkkür tərzi bir çox tabei, hədisşünas və fəqihlərə hakim olmuşdur. Onlar Əhli-beyti (ə) xüsusi olaraq siyasi mövqeləri baxımından digərlərindən fərqləndirirdilər. Bu görüş əhli-sünnəyə aid bir çox bioqrafik kitablarda və rical əsərlərində də qeyd edilmişdir.

I, II, III əsrin bir çox şəxsiyyətlərini bu baxımdan şiəliyə aid etmişlər. Onların hər biri haqqında söhbət açıldıqda deyilir: “Fihi təşəyyuun yəsir”, onlarda yüngül şiəlik var idi, yəni onlar siyasi baxımdan şiəyönlü idilər. Çünki onlar Əlinin (ə) digər xəlifələrdən, xüsusi ilə Osmandan (xəlifəliyə layiqlik baxımından) üstün olduğu qənaətində idilər.



  1. Etiqadi şiəlik;

Burada Əli (ə) başda olmaqla Əhli-beytin (ə) Allah tərəfindən imam, xəlifə və dini ideallar olduğuna etiqad öndə durur. Bu görüş hələ Peyğəmbər (s) dönəmində Qurana və çoxsaylı hədislərə dayanan səhabələr arasında mövcud idi. Bir çox ixlaslı, aşkar dəlilləri tapdamayan səhabələr erkən çağlardan başlayaraq Peyğəmbərin (s) göstərişlərinə boyun əyir və Əlini (ə) onun canişini hesab edirdilər. Həmin əqidə sonra da tabeilər vasitəsi ilə davam etdirildi. Şiəliyin tarixindən söhbət açdıqda bu təfəkkür tərzi haqqında ətraflı danışdıq.

Əhli-beyt (ə) siyasi hakimiyyətdən uzaq düşsə də ikinci əsrin əvvəllərindən başlayaraq fiqhi və elmi kimlikləri, dini idealları özünü göstərməyə başladı.

İmam Sadiq (ə) və İmam Baqirin (ə) səhabələrindən olan Əban ibn Təğlib şiəliyə belə tərif verir: “Şiələr o müsəlmanlara deyilir ki, onlar Peyğəmbərdən (s) sonra onun buyurduğu hər hansı məsələdə fikir ayrılığına rastladıqda Əliyə (ə) müraciət edər və hökmü ondan öyrənərdilər. Əlidən (ə) sonra onun buyurduğu bu və ya digər məsələdə fikir ayrılığna rasladıqda Cəfər ibn Məhəmmədin (ə) sözünə müraciət edirdilər”1 .


  1. Sevgi şiəliyi;

Müsəlmanlar arasında şiəliyin digər bir tərəfi də müşahidə edilməkdədir. Bu, sevgi şiəliyi adlanır. Əhli-sünnə rical alimlərinin təbirində bir çoxları bu mənada şiə adlandırılmışlar. Peyğəmbərin (s) hədislərində Əhli-beytin (ə) fəziləti haqqında mövcud olan çoxsaylı qeydlərə əsaslanan bir çox əhli-sünnə elm adamları da onlara qarşı böyük məhəbbət bəsləmiş və elə buna görə də şiəlikdə ittiham olunmuşlar. Belələrindən “Əqd əl-Fərid” kitabının müəllifi İbn Əbdi-Rəbbih Əndəlusi, Məhəmməd ibn İdris Şafei və başqalarını göstərmək olar. Şafei bir şeirdə deyir:

ان کان حبّ الولیّ رفضا فانّنی أرفض العباد

Əgər Əliyə (ə) məhəbbət bəsləmək rafizi olmaq deməkdirsə, mən dünyanın ən rafizi bəndəsiyəm 2.


  1. Dini şiəlik.

Şiəlikdə dördüncü tərəf dini və ya mədəni tərəfdir. Bu görüşə görə Əhli-beyt (ə) yeganə dini, fiqhi qaynaqdır. Cəmiyyətdəki hər bir fərdin vəzifəsi onlara tapınmaqdır. Bir çoxları bu kimi etiqada malik olmalarına baxmayaraq, özlərini siyasi baxımdan əhli-sünnəyə bağlayırlar. Onlar Quranda və ya hədislərdə Əhli-beytin (ə) imamətini, dini ideallığını göstərən aşkar dəlil olmadığı qənaətindədirlər. Lakin bununla belə onlar Əhli-beyti (ə) dini məsələlərdə, elmdə digərlərindən üstün hesab edirlər. Deyilənə görə, “əl-Miləl vən-nihəl” əsərinin müəllifi Şəhristanini bu qismə daxil etmək olar.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin