Həyatı. Mir Haşım Həsənzadə (Haşım Tərlan) 1923-cü ildə Bakıda cənublu fəhlə ailəsində doğulmuşdur. Uşaqlığı bu qaynar şəhərin qoynunda keçmiş, orta təhsilini də Bakıdakı 10 saylı orta məktəbdə almışdır. Kiçik yaşlarından şeirə-sənətə maraq göstərmişdir. Oktyabr inqilabının 20-ci ildönümü münasibətilə 10 saylı orta məktəbdə keçiriləcək tədbirə hazırlıq işləri görülür. O isə «deyəsən, özünü sınamağın vaxtı çatdı»,- deyə elə hey düşünür və bu düşüncələr içərisində də ilk misraları yan-yana düzür, uşaq həvəsilə mahiyyətini dərindən dərk etmədiyi o «şanlı gün»ü mədh edirdi: