Ar oslun səninçun tutduğun bu yol.19 İxtiyar şairin hələlik son əsəri yurdunun tanınmış ziyalı və qəhrəman qadınlarına həsr etdiyi “Azərbaycan qadınları” poemasıdır. Bu poemada Məhsəti, Natəvan, Təbrizli Zeynəb Paşa, Koroğlunun Nigarı, Nəbinin Həcəri, Səttarxanın dəstəsində döyüşgən igid Telli Zəri, Milli Dövlət quruculuğu dövründə düşmənə qarşı əri ilə birgə səngərlərdə sonadək döyüşən qəhrəman Səriyyə, igid Mərziyə və başqaları da daxil olmaqla, doqquz Azərbaycan qadınının mübarizələrdə, çarpışmalarda keçən çətin həyatı və fəaliyyəti poetik sözün imkanları çərzivəsində əks olunur.