Poemaları. «Araz gülür» poemasında şair Arazın dili ilə nakam sevgi hekayətini qələmə almışdır. Poemanın əvvəlində eşqinə sədaqətini bildirən qız qəbir evinədək sevdiyini gözləyəcəyinə vədə verir. Lakin aşiq gənclərin, bütün xalqın taleyinə qara yellər əsir, sərhədlər bağlanır, qız Arazın o tayında, oğlan isə bu tayında qalır, arada isə tikanlı məftillər, silahlı sərhəd keşikziləri... Düz 30 il çəkir bu ayrılığın vüsala doğru uzanan yollarının qovuşması. Bu uzun illərin həsrətinə dözərək gözləyirlər. Şair həsrət yanğısını, bir ömür ayrılıq, hicran əzabını obrazlı şəkildə ifadə edir. Otuz illik ayrılıqdan sonra görüşən sevgililər təbii ki, zahirən dəyişmiş, illər öz sözünü demiş, zaman aşiqlərin üz-gözlərində və saçlarında izini qoymuşdu. Saçlarına qar ələnmiş can sirdaşının bu halına dözməyərək dilə gələn aşiq: