Bir çox tələbələr nəşr edilmiş mətni (latınса sacralis - müqəddəs) az qala müqəddəs hesab edirlər. Hovard Bekker tələbə qrupunda həmkarının mətnini redaktə etmək barədə öz təcrübəsindən danışarkən gördü ki, tələbələri hansısa müəllifin mətnini redaktə edərkən çox həyacan keçirir, başqa müəllifin mətninin redaktə edilməsinə mümkün olmayan bir hal kimi yanaşır və onu dəyişməyin mümkünsüz olduğunu qeyd edirlər. Bununla yanaşı həm bədii, həm publisistik və elmi mətnlər dəfələrlə redaktə edilərək yazılırlar. Ernest Himenquey "Əlvida silah" romanın sonuncu səhifəsini onu tam qaneə edənə qədər 39 dəfə yenidən yazmışdır. Elmi mətnin tam aydın olması, fikr yaratması üçün, müəlliflər onların üzərində səylə işləyir, təzədən oxuyur və yenidə yazır, bundan sonra isə mətni rəyçi və nəşrin redaktoru oxuyurlar. Düzdür, bu cür yanaşma bir çox yerli, xüsusilədə yeni başlayan müəlliflər üçün demək olarki mümkünsüz bir hal kimi baxılmalıdır. Yalnız sosial və humanitar elmlər üzrə nadir nəşrlərdə müstəqil rəyçilər cəlb olunur. Təhsil esselərinin böyük qismi isə yenidən işlənilmir, onlar birdəfəlik təhvil verilirlər. Yeri gəlmişkən, Bekker akademik məktub mədəniyyətinin inkişafı üçün məhz bu məqamı maneə kimi göstərir. Əsas səhvlər leksiki, üslubi və sintaktik nitqə aiddir ki, onlarda nitqin aydınlığının, dəqiqliyinin pozulmasına gətirib çıxarır (tavtalogiya, pleonazm, alqolizm ). Nitq səhvləri — ədəbi dil normalarından özünü döğrultmayan kənaraçıxma hallarıdır. Leksik səhvlər – sözlərin onlara xas olmayan məzmunda istifadə edilməsilə əlaqədar mətnin və nitqin keyfiyyətinə təsir edir. Şifahi və yazılı nitqdə artıq sözlər müəllifin etinasızlığı və laqeydliyini göstərməklə yanaşı həm də onun qoyulan məsələnin mahiyyətindən tam təsəvvürə malik olmamasına dəlalət edir. Danışıq nitqini ağırlaşdıran məzələlərdən biridə tavtalogiyaya yol verilməsidir. Tavtalogiya – mənaca yaxın olan sözlərin cümlədə təkrarıdır. Pleonazm – nitqdə mahiyyəti üzrə bir birinə yaxın olan sözlərdən istifadədir (məsələn “aşağı düşüb”, "dili ilə yaladı", "əsas mahiyyəti" və s.). Cümlədə ağırlaşdırıcı sözlərin istifadəsinin əksinə olaraq onlardan yerində istifadə edilməməsi bəzən cümlədə fikir natamlığına, çatışmamaqlığa səbəb olur. Bu kimi hallar müəllifin bir köklü sözlərin (paronim) mənasını düzgün ifadə etmədikdə baş verir. Ona görədə akademik janrlarda işləmək vərdişlərini və lüğət mədəniyyətini inkişaf etdirmək üçün lüğət və digər məlumat mənbələrinə müraciət etmək lazımdır. Alqolizmməntiqi səhvdir. Bu cür hallara məntiqi əlaqələr, məntiq qayda və qanunlar pozularkən rast gəlinir. Sintaktik səhvlərə söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcılığı və s. əlaqədardır. Üslubi səhvlər – müxtəlif çalara malik, əsasalandırılmamış sözlərdən istifadə zamanı meydana gəlir. Biblioqrafiya (yunanca βιβλιογραφία – kitab yazmaq mənasını daşıyır) –informasiya fəaliyyətinin xüsusi sahəsi olaraq informasiyanı idarə etmək, informasiya infrastrukturu olaraq biblioqrafik məlumatın hazırlanması, yayılması və istifadəsi mahiyyətini daşıyır. Biblioqrafiyanın mühüm məsələsi – biblioqrafiya fəaliyyətini o cümlədən də biblioqrafik şərhin; biblioqrafik göstəricilərin tərtib edilməsi; sənədlərin təsnifatlandırılması və standartlaşdırılmasından ibarətdir. Biblioqrafik fəaliyyəti biblioqrafşünaslıq çərçivəsində elmi fənn kimi öyrənilir. Biblioqrafiya 1. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyasının xüsusi buraxılışı. (2013). Dissertasiyaların tərtibi qaydaları.Buradan götürülmüşdür http://www.aak.gov.az/yeni bulleten.pdf 2. Kazımov, Q.Ş. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik. Bakı,"Ünsiyyət". Buradan götürülmüşdür http://www.qkazimov.gen.az/arxiv/index1 .htm 3. American Psychological Association. (2010). APA Citation Style. Washington, DC: American Psychological Association. Retrieved from the Cornell University Library http://www.library.cornell.edu/resrch/citmanage/apa 4. Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing. Retrieved from Massey University Department of Student Learning development Services Web site: http://owll.massey.ac.nz/pdf/Academic-Writing-Guide.pdf 5. Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from http://www.wikihow.com/Write-Acknowledgements Date of access: 15/06/2014 6. Gutbrod, H. (2005). Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari. 7. Oshima, A., & Hogue, A. (2006). Introduction to Academic Writing, (3rd ed.). Pearson Longma Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur. Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin onların öz fikirlərinə nə qədər yaxın olmasını deyil, həmin fikirlərin hansı səviyyədə dəqiq və əsaslandırımasına diqqət yetirirlər. Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz etməməyi və onu qəbul etməməyi məsləhət bilir, amma "ona baxmaq və tənqidi qiymətləndirməyi” təklif edirdi. XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları: "Düşünülmədən oxumaq - həzm etmədən yeməyi yemək kimi bir şeydir". Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir. 1. Məqalənin tam adı, müəllifin adı, familiyası atasının adı, vəzifəsi 2. Məqalənin həsr edildiyi problemin qısa şərhi 3. Təklif edilən məqalənin aktuallıq səviyyəsi (dərəcəsi) 4. Məqaladə müəllif tərəfindən toxunulan problemin həllinə nail olduğu vacib məqamlar. 5. Nəşr edilməyə tövsiyyə. 6. Rəyçinin elmi vəzifəsi, elmi adı, vəzifəsi, iş yeri, F.A.A, imza, möhür.
ELMI TƏDQIQAT MÖVZUSU ÜZRƏ ICMAL MƏQALƏNIN HAZIRLANMASI İCMAL MƏQALƏNIN NÖVLƏRI (ININI- AND FULL REVIEWS; NARRATIVE AND SYSTEMATIC REVIEWS). TƏRIFI