Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır



Yüklə 39,82 Kb.
səhifə8/12
tarix31.12.2021
ölçüsü39,82 Kb.
#113382
1   ...   4   5   6   7   8   9   10   11   12
Akademik yazı - 1 (1)

Abstrakt Abstrakt bütün tezisinizin yekunu olub, akademik işin bütün əsas məqamlarını qısa şəkildə göstərir. Elmi işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa xülasəsidir və oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Abstraktı yazınızın potensial oxucusu üçün yazırsınız və əksər oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı oxuyurlar. Abstrakt yazınızın nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz abstrakta elmi işinizə diqqət və maraq oyadacaq imkan kimi baxmalısınız. Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan darlığı içərisində bütün elmi işi əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi yekunlaşdırmağa xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar və s. daxil olmaqla, əsas məqamlarını açmalısınız. Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi göstərməkdir. Digər məlumatlar - tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr barədə iddialarınızı dəstəkləmək üçün lazımdır. Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə ehtiva edir. O, önəmli detal və məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir qayda olaraq, abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma çox nadir hallarda bir səhifədən artıq olur. Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı xeyli əvvəldən göndərmək tələb olunur. Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır, yazıda olmayacaq heç bir məlumat abstrakta daxil edilməməlidir. Abstraktı yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin. Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz müəyyən suallara cavab verir, o zaman niyə bu sualları abstraktda yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və mövzuya onların marağını cəlb edər. Abstraktınızı bu şəkildə qura bilərsiniz: 1. Problemi bildirin. 2. Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin. 3. Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin. 4. Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin. Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda tədqiqatın necə əks etdirilməsi barədə təsəvvür əldə etməkdir. Xülasə Xülasə tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir, ordakı əsas fikir və tapıntıları çatdırır. Burada tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur. Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas məqsədi və vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat vasitəsi və seçmə dizaynından bəhs edən qısa cümlələrdən ibarət olmalıdır. 2) Tapıntılarınız ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən ibarət vacib məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil edilməlidir. 4) Xülasəyə heç bir yeni məlumat və statistik göstəricilər daxil edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar xülasədə izah edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir.


Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin