Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır


Beynəlxalq akademik yazı qaydaları



Yüklə 39,82 Kb.
səhifə2/12
tarix31.12.2021
ölçüsü39,82 Kb.
#113382
1   2   3   4   5   6   7   8   9   ...   12
Akademik yazı - 1 (1)

Beynəlxalq akademik yazı qaydaları beynəlxalq standartlar "ümumi dil" rolunu oynayır. Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir. Beynəlxalq yazı qaydaları həmçinin mövzunu başa düşməyə imkan verir. Vahid standartlar üzrə yazılmış mətndə nəyin harada, yəni hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq da asan olur.


Əslində beynəlxalq akademik yazı qaydaları müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir. Bu qaydaların dəqiq düşünülmüş modeli, nəzəri əsasları, qazanılmış bilikləri möhkəmləndirən praktik tapşırıqlar, qarşıya çıxa biləcək hər bir problemin həlli yollarının göstərilməsi, prosesin etik tərəfləri haqqında fikir paylaşımı (məsələn, plagiatın yolverilməzliyi) bu işə olan münasibəti kökündən dəyişir. Bu qaydalar yazı müəllifinin oxucu qarşısında sosial və mənəvi məsuliyyətini artırmış olar. Paylaşım üçün nəzərdə tutulan məlumatların yalnız müxtəlif mənbələrdən yoxlandıqdan sonra geniş auditoriyaya çatdırmaq mümkün olur. Bu baxımdan elm adamları arasında yazı standartlarının qəbul edilməsi və tanınması bu sahədə sabit forma və üsulların müəyyənləşməsinə yardım edir. Akademik yazı qaydalarının bir fənn olaraq keçirilməsi həmçinin intellektual səviyyənin inkişafına səbəb ola bilər. Elmi iş (tezis, məqalə, dissertasiya və s.) yazmaq mədəniyyətinin formalaşması və davamlı tətbiqi üçün "Akademik yazı qaydaları" fənninin universitetlərdə tədris edilməsi dövrün aktual məsələlərindən biridir. Tələbə, magistrant, doktorant və gənc tədqiqatçılar öz elmi fikirlərini yazılı formada çatdırmanın müasir üsulları və formaları haqqında ətraflı məlumatlandırılmalıdırlar. Bu onların öz gələcək karyeralarını qurmaqda, həm də beynəlxalq elm və təhsil məkanına maneəsiz qoşulmasını təmin edir.

Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin