Hazırda beynəlxalq elm və təhsil məkanına inteqrasiya ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu sahədə xeyli sayda beynəlxalq anlaşmalar və müqavilələr imzalanmışdır



Yüklə 39,82 Kb.
səhifə9/12
tarix31.12.2021
ölçüsü39,82 Kb.
#113382
1   ...   4   5   6   7   8   9   10   11   12
Akademik yazı - 1 (1)

AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç əsas hissəyə malik olur: giriş cümlə, əsas hissə (fikri dəstəkləyən cümlələr) və yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və üç əsas hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə gəlin akademik yazı işinizin hər bir hissəsinə ayrı-ayrılıqda baxaq. Giriş paraqrafı Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda maraq oyadır.

Ümumi cümlələr akademik yazı işinizin mövzusu haqqında oxucuya ümumi məlumat verir. Onlar oxucunu mövzunuzun çox ümumi ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Yazının girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera linzası konkret bir şəkil üzərində fokuslandığı kimi, hər bir növbəti cümlə də getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı işinizin əsas hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.




Yüklə 39,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin