Hazırladı: Vüsalə Bayramlı İxtisas: Sosial iş Qrup: 1505 Fənn: Psixologiya



Yüklə 0,54 Mb.
səhifə4/6
tarix24.10.2022
ölçüsü0,54 Mb.
#118534
1   2   3   4   5   6
B. Vüsalə psixologiya

Diqqətin həcmi dedikdə eyni vaxtda əhatə olunmuş, aydın dərk olunan obyektlərin miqdarı başa düşülür. Diqqətin həcmi fərdi şəkildə dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi olmayan 5±2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu cihaz vasitəsilə qıcıqlandırıcılar elə nümayiş etdirilir ki, yoxlanılan şəxs nəzərini bir obyektdən diqərinə keçirə bilməsin. Diqqətin həcmi qavranılan cisim və hadisələrin bir-biri ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həcmi də bir o qədər böyük olar. Bunu aydın görmək üçün aşağıdakı iki şəkilə nəzər salaq.

Əgər birinçi şəkli (A) yoxlanana ani olaraq göstərib götürsək və orada neçə xətt çəkildiyini soruşsaq dəqiq rəqəmi çətin eşidəçəyik. İkinçi şəkli (B) göstərdikdə isə dərhal 12 çavabını alacağıq. Burada yoxlanan 3 xəttdən ibarət olan 4 qrupu birləşdirərək cavab verir.

Başqa bir misal. Əgər yoxlanana «ü ə n g n a a x b» hərfləri yazılmış lövhəni göstərib orada neçə hərf olduğunu soruşsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək burada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.

Diqqətin paylanması dedikdə eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür. Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur. Diqqətin paylanmasının zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir. Bununla belə, diqqətin paylanması səviyyəsi eyni zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də asılı olur.

  • Diqqətin paylanması dedikdə eyni vaxtda iki və daha artıq müxtəlif işi yerinə yetirmək bacarığı başa düşülür. Diqqətin paylanması insanın psixoloji və fizioloji vəziyyətindən çox asılıdır. Yorğunluq halında, diqqətin daha çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata kecirilməsi zamanı diqqəti paylamaq çətin olur. Diqqətin paylanmasının zəruri şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən biri avtomatlaşmalı, yəni şüurun xüsusi nəzarəti olmadan həyata keçirilməlidir. Bununla belə, diqqətin paylanması səviyyəsi eyni zamanda icra edilən fəaliyyət növlərinin xarakterindən, onların mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də asılı olur.
  • Diqqətin keçirilməsi onun şüurlu surətdə bir obyektdən digər obyektə, bir fəaliyyətdən digər fəaliyyətə keçirilməsidir. Diqqətin keçirilməsi məqsədli prosesdir. Məsələn, müəllim dərs zamanı diqqətini müxtəlif şagirdlərə, öz fəaliyyətinə, gözlənilmədən baş verən hadisələrə kecirir və eyni zamanda da o dərsin əsas məzmunundan, planından yayınmır. Keçirilmə hər hansı bir dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan baş vermir və çox şərtlərdən asılıdır. Bunlara əvvəlki və sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara münasivətini aid etmək olar. İnsan asan işdən çətin isə keçdikdə keçirilmənin göstəriçiləri aşağı düşür. Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə keçmə tezliyində ifadə olunur və o həm də sinir sisteminin bəzi xassələrindən — dinamiklik və rigidlikdən asılıdır.

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin