1.Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri (qüvvətli səs, kəskin iy, güclü işıq və s.).
2.Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi.
3.Obyektin hərəkətdə olması.
Qeyri-ixtiyari diqqət insanın emosional vəziyyətindən (əhval-ruhiyyəsi, sağlamlıq dərəcəsi, maraqları, təlabatı və s.) asılı olaraq da əmələ gəlir.
Qeyri-ixtiyari diqqətin fizioloji mexanizmi İ.P.Pavlovun qeyd etdiyi bələdləşmə refleksidir. O hər bir yeni stimula qarşı insanın reaksiyası kimi təzahür edərək, hiss üzvlərini yeni obyektin qavranılmasına hazırlayır.
İxtiyari diqqət yalnız insana məxsusdur. L.S.Vıqotski qeyd edirdi ki, ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir.
İxtiyari diqqət yalnız insana məxsusdur. L.S.Vıqotski qeyd edirdi ki, ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir.
Ontoqenezdə də ixtiyari diqqətin inkişafını izləsək, görərik ki, bu proses tədricən baş vermişdir. Yaşlılar uşağın diqqətini sözlü təlimat vasitəsilə lazım olan obyektə yönəldirlər, onun qarşısında məqsəd qoyaraq uşağın fəaliyyətini təşkil edirlər. Sonra isə uşaq özü müstəqil şəkildə qarşısına məqsəd qoymaq bacarığına yiyələnir. Fizioloji səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir. İnsanın xüsusi niyyəti, məqsədilə bağlı olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari diqqət daha çox fəaliyyət prosesində əmələ gəlir və fəaliyyətin tənzim olunmasına yönəlmiş olur. Davamlı diqqətin əmələ gəlməsi bir sıra şərtlərdən asılıdır: 1. Borc və məsuliyyəti aydın dərk etmək. 2. Fəaliyyətin konkret məqsədini aydın dərk etmək. 3. Adəti iş şəraitinin olması. 4. Əlavə maraqların yaranması.
Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtiyaridən sonrakı diqqət adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur.