Ümumi Daxili Məhsul (ÜDM) cəmiyyətin sosial-iqtisadi vəzyyətini qiymətləndirmək üçün istifadə olunan əsas göstəricidir.Ümumi DaxiliMəhsul (ing. Gross Domestic Product) - verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. Yada salaq ki, ümumi daxili məhsul (ÜDM) ya istehsal olunmuş bütün əmtəə və xidmətlərin son dəyərinə, ya da onların ödənilməsinə yönəldilən bütün xərclərin cəminə bərabərdir. Beləki, ÜDM-un həcmi sahələr və yaxud da bölmələrdə (sektorlarda) fəaliyyət göstərən bütün istehsal vahidlərində yaradılmış əlavə dəyərləri cəmləməklə istehsal üsulu ilə,iqtisadi vahidlərin-rezidentlərin mal və xidmətlərin istehsalçıları arasında bölüşdürüldüyü ilkin gəlirlərin məbləği, yəni gəlirlər üsulu ilə və mal və xidmətlərin son istehlakını özündə birləşdirən xərclər üsulu ilə də müəyyənləşdirilə bilər. ÜDM-un həcmi istehsal üsulu ilə müəyyən olunduqda onun əsas komponentləri aşagıdakılardır: -Məhsul və xidmətlərin ümumi buraxılışı; -Aralıq istehlak; -Ümumi əlavə dəyər; -İstehsala və idxala vergilər; -İstehsala və idxala subsidiyalar.ÜDM xüsusi zaman intervalı müddətində istehsal olunan mal və xidmətlər daxildir. Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur.Adətən bu interval il və ya rüblərdir.ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür.Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq. ÜDM ölkədə istehsal olunan və qanuni yolla satılan bütün əmtəə və xidmətləri əhatə edir. ÜDM bir neçə əsas məhsulun deyil, istehsal olunan hər məhsulun dəyərini özündə əks etdirir.