Hazırlayanlar: Arzu Hüseynova Xəyalə Məmmədova



Yüklə 135,22 Kb.
tarix14.01.2017
ölçüsü135,22 Kb.
#194
Uluçay” Sosial-İgtisadi İnnovasiya Mərkəzi



Qadınların Səlahiyyətləndirməsi, liderlik bacarıqlarının üzə çıxarılması və müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması” mövzularına dair təlim



KITABÇASI

Hazırlayanlar: Arzu Hüseynova

Xəyalə Məmmədova

İradə Səfərova





MƏQSƏDI:

“Uluçay” SİİM ACF–in maliyyə dəstəyi ilə həyata keçirilən “Su və Sanitarya” Proqramının məqsədi Kənd İcmalarında yaşayan qadınlara sanitariya və suyun saxlanması mövzusuna dair praktiki biliklər verməkdir ki, bunun da nəticəsində qadınlar suyun qorunmasına, təmizlənməsinə və sanitariyaya dair biliklərini və təcrübələrini artıracaqlar.


Digər tərəfdən ACF təşkilatının məqsədi qadınların özünə inamını və liderlik qabiliyyətini artırmaqla, onların icmada qərar qəbuletmə prosesindəki aktiv iştirakını təmin etmək, öz problemlərini daha yaxşı qabartmaqla onun həlli istiqamətində lazımi və birgə tədbirlərin həyata keçirilməsinə çalışmaqdır.


GÖZLƏNILƏN NƏTICƏLƏR:
1. Qadınların özünə inamı və digər başqa bacarıqları (ünsiyyət qurma, qərar qəbuletmədə aktiv iştirak, mövcud problemlərin həllində birgə fəaliyyət və s.) artacaq ki, bu da onların problemlərinin daha yaxşı qabardılmasına və qəbul edilməsinə təkan verəcək, qadınlar öz icmalarında qərar vermə prosesinə daha yaxından cəlb ediləcəklər, su və sanitariya strateji planına səmərəli təkliflər və əlavələr edəcəklər. Bütün bunlar bu sahədə olan mövcud problemlərin həll edilməsinə güclü təkan verəcəkdir. “Hamının olduğu üçün mənim deyil” psixoloji yanaşması aradan qalxacaqdır.

2. Fəal qadınlar arasında ünsiyyət güclənəcək ki, bu da onların gələcək fəaliyyətlərinin təşkil və idarə edilməsi üçün bir imkandır. Bu ünsiyyət daha çox yaşadıqları icmadakı problemlərin həllində qadınların töhvə vermə imkanlarının artırılması istiqamətində daha qabarıq özünü göstərəcəkdir.

Mündəricat

Təlimin agendasi _______________________________________________________________ 4

Giriş, tanışlıq və gözləntilər _______________________________________________________ 5

Liderlik və qadın – liderlik keyfiyyətlərinin inkişafı ____________________________________ 6

Qadınların arasında ünsiyyət yaratma bacarıqlarının inkişaf etdirilməsi_____________________ 7

Problemin müəyyənləşdirilməsi____________________________________________________ 8

Problemin ünvanlandırılması/müdafiəsi______________________________________________ 9

Qadınların qərarçıxarmada və bələdiyyədə rolu _______________________________________ 11

Əlavə1.____________________________________________________________________ 11-12

Əlavə 2.(Liderlik keyfiyyətləri)_________________________________________________ 13-15

Əlavə 3.(Qadın liderliyi)_______________________________________________________ 16-17

Əlavə 4._____________________________________________________________________ 18

Əlavə 5.____________________________________________________________________ 19-20

Əlavə 6._____________________________________________________________________ 21




Qadınların Səlahiyyətləndirmək və liderlik bacarıqlarını üzə çıxarılması və müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılması”üzrə Təlimin

Gündəliyi

I-ci gün
1000 – 1015 Giriş

1015 – 1100 Tanışlıq, gözləntilər ağacı, pre testin (təlimdən öncəçi) yazılması

1100 – 1200 Liderlik məfhumu

1200 – 1245 Qadınlarda liderlik bacarıqlarının üzə çıxarılması

1245 – 1345 Nahar

1345 – 1400 Buzqıran

1400 – 1445 Qadınların ünsiyyət yaratma bacarıqlarının inkişaf etdirilməsi

1445 – 1500 Günün yekunlaşdırılması


II-ci gün
1000 – 1015 Giriş

1015 – 1030 Ötən günün müzakirəsi

1030 – 1100 Problemin müəyyənləşdirilməsi

1100 – 1145 Problemin daha yaxşı ünvanlandırılması/müdafiəsi

1245 – 1345 Nahar

1345 – 1430 Qərar çıxarmada və bələdiyyədə qadınların rolu

1430 – 1500 Yekun testin yazılması və təlimin qiymətləndirilməsi

  1. Giriş, tanışlıq və gözləntilər


Məqsəd: İştirakçıların bir–birini yaxından tanımağa, qarşılıqlı inamın artırılmasına, təlim müddətində müsbət atmosferin yaradılmasına imkan yaratmaq, təlimin daha da effektli alınması üçün təlim qaydalarını tərtib etmək və təlimdən gözlədiklərini öyrənmək.

Gözləntilər: Təlimə dair öz ümid və narahatçılığı barədə danışmaqla, təlimin cari kursun qaydalarını kollektiv qaydalara uyğun olaraq tərtib etmək.

Vaxtı: 45 dəq.

Materiallar: flip çart, marker, stikerlər

1. Təlimçi təlim iştirakçılarını salamlayır. Sonra həm özünü, həm də digər təlimçini təqdim edir. Sonra tanışlıq məqsədi ilə iştirakçılara buzqıran (aktivləşdirmək məqsədilə) keçirməyi təklif edir. Bu məqsədlə A4 kağız paylanılır ki, həmin kağıza adlarını, soyadlarını, nə işlə məşğul olduqlarını və hobbilərini qeyd etsinlər. Bu tanışlıq oyunu iştirakçılar arasında daha yaxşı ünsiyyət qurmasına imkan yaradacaq.


2. Sonra təlimçi iştirakçılara qırmızı, sarı və çəhrayı rəngli stikerlər paylayır. Təlimçi iştirakçilar qırmızı stikerə “qorxularını”, çəhrayı stikerə təlimdən “nə gözlədiklərini” və sarı stikerə “təlimə verəcəkləri töhfələr” barədə yazması üçün xahiş edir. Yazılmış vərəqlər gözləntilər ağacına vurulur və göz qabağından asılır ki, təlim boyu iştirakçıların istədiklərini təmin etsin.

3. Təlimçi iştirakçılarla birgə təlim qaydalarını tərtib edir, qaydalar flip çarta yazılır və təlim boyunca bütün iştirakçıların görə bilməsi üçün divardan asılır.

4. Təlimçi cari günün gündəliyini flip çarta yazılmış şəkildə iştirakçılara təqdim edir. Gündəliyi oxuyur və ümumiyyətlə təlimin məqsədi barədə məlmat verir. Sual olub olmadığını soruşur.

5. Təlimdən əvvəl test vərəqini iştirakçılara paylayır və oxuyub doldurmalarını xahiş edir.


  1. Liderlik və qadın - liderlik keyfiyyətlərinin inkişafı


Vəzifə: Təlim iştirakçılarına “Liderlik məfhumu”, “Liderlik üslubları”, “Qadın – Lider” anlayışları haqqında bilik və bacarıqların artmasına nail olmaq, onlarda özünə inam hislərinin oyanmasına nail olmaq və daha fəal icma üzvlərinə çevrilmələrinə təkan vermək.
Gözləntilər: Məşğələnin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:

  • Öz liderlik keyfiyyətlərini qiymətləndirmək imkanı əldə edəcəklər;

  • Nə istədiklərini biləcək və məqsədlərini müəyyənləşdirəcəklər;


İcmal: “Liderlik məfhumu”, “Liderlik üslubları” – mini-mühazirə, pp təqdimat

“Qadın və kişi liderlərə məxsus keyfiyyətlər” – qrup işi;

“Qadın – lider” –mini mühazirə, pp təqdimat

Materiallar: Flipçart, rəngli markerlər, dəftərlər, qələmlər, mövzü haqqında yazılı məlumatlar
Metodlar: Mini-mühazirə, Ümumi müzakirə, Beyin həmləsi, Açıq və qapalı suallar, Təqdimat, Qrup işi, Rollu oyun, Buzqıranlar.
Vaxt: 1 saat 45 dəq.

Liderlik məfhumu və Qadın liderliyi


  1. Mühazirəyə başlamamışdan öncə təlimçi auditoriyaya “Sizin fikrinizcə liderlik nədir?”, “Sizin üçün lider kimdir?”, “Hansı qadın liderlərini tanıyırsınız?” sualları verir.(bu suallar onların bilik səviyyəsinin öyrənilməsi üçün verilir. Mühazirə zamanı isə suallar daha dolğun iştirakçılar tərəfindən cavablandırılır.) Auditoriyadan almış cavabları təlimçi lövhəsinə qeyd edir.

  2. Aldığı cavabları nəzərə alaraq Liderlik məfhumu və liderlik üslubları haqda mini mühazirə və pp təqdimat aparır.(Əlavə 2)

  3. Təlimçi təlim iştirakçılarını iki qrupa bölür.


Qrup işi üçün 1.

1, 2 saymaqla iştirakçılar iki qrupa bölünür. “Qadın liderliyi ilə kişi liderliyinin fərqi nədir?” təlimçi bu sualla qruplara müraciət edir və qrup üzlərindən xahiş olunur ki, flip çartda qadın və kişi liderlərinin fərqli və oxşar cəhətlərini qeyd etsinlər. Sonra qrup nümayəndələrindən bir nəfər təqdimat edir.



Qrup işi üçün 2.

Təlimçi əvvəlcədən hazırlanmış iki rəngdə, eyni sayda rəngli stikerlər təqdim olunur. Məsələn qırmızı və sarı. Qırmızı rəngli kağızı seçənlər bir qrupda, sarı rəngli kağızı seçənlər isə ikinci qrupda birləşirlər. Onlara flip çartlar təqdim olunur. Ardınca, onlardan xahiş olunur ki, birinci qrup qadın şəkli, ikinci qrup isə kişi şəkli çəksin. Eyni zamanda qrup iştirakçılarının hər birisinə iki və ya üç stiker paylanır. Hər bir iştirakçıdan xahiş olunur ki, birinci qrup qadın liderə, ikinci qrup isə kişi liderə məxsus xüsusiyyətləri qeyd etsinlər. Hər bir qrupun seçilmiş nümayəndələri qrup daxili müzakirələrin nəticələri olan stikerləri uyğun şəkillərin üzərinə yapışdırırlar. Sonra qrup nümayəndəsi təqdimat edir və təqdimat zamanı izah edir ki, seçilmiş xüsusiyyətlər nə üçün sırf qadına (1-ci qrup), sırf kişiyə (2-ci qrup) məxsusdur. Burada təlimçi auditoriyanın diqqətini fikirlərin müxtəlifliyinə cəlb edir və sayılan xüsusiyyətlərin hər birinin həm kişi, həm qadın liderlərinə məxsus ola biləcəyini vurğulayır.




  1. Təlimçi “Qadın – Lider” və “Qadın liderliyinin formaları” mövzusunda pp təqdimat və mini mühazirə aparılır.(Əlavə 3.)



III. Qadınlar arasında ünsiyyət yaratma bacarıqlarının inkişaf etdirilməsi
Vəzifə: Təlim iştirakçılarına “Ünsiyyət qurma”, “Ünsiyyət qurma üslubları”, “Necə uğurlu ünsiyyət qurmaq olar?” anlayışları haqqında bilik və bacarıqların artırılmasına və onlarda özünə inam hisslərinin oyanmasına nail olmaq;
Gözləntilər: Məşğələnin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:

  • Ünsiyyət qurma bacarıqları təkmilləşəcək;

  • Ünsiyyət yaratma üslubları barədə məlumatlı olacaqlar;


İcmal: “Ünsiyyət qurma”, “Ünsiyyət qurma üslubları” – mini-mühazirə, pp təqdimat

Materiallar: Flipçart, rəngli markerlər, mövzü haqqında yazılı məlumatlar
Metodlar: Mini-mühazirə, Ümumi müzakirə, Beyin həmləsi, Təqdimat, Buzqıran
Vaxt: 45 dəq.



  1. Təlimçi iştirakçıları nahar və çay fasiləsinə dəvət edir. Çay fasiləsindən qayıtdıqdan sonra iştirakçıları bir daha salamlayır. İştirakların enerjilərini artırmaq və onlara zövq vermək üçün buzqıran keçirir. Buzqıran tamamlandıqdan sonra növbəti mövzuya keçir.




  1. Buzqıran

Təlimçi iştirakçılar arasından 5 nəfər könüllü dəvət edir. Sonra onların hərəsinə bir dənə A4 formalı kağız verilir. İştirakçıların hamısından aşağıdakı əməliyyatları yerinə yetirmələrini xahiş edir:

  • Gözlərinizi yumun

  • Kağızı qatlayın

  • Sağ küncünü cırın

  • Bir də qatlayın

  • Sağ yuxarı küncünü cırın

  • Bir də qatlayın

  • Sol aşağı küncünü cırın

  • Gözlərinizi açdıqdan sonra kağızları da açın.

Biz bu məsələdən nə öyrəndik?

Nə baş verdi? kimi suallarla iştirakçılara mürəciət edilir.

Bu proses hər hansı bir problemi başqa yollarla həll etməyin mümkün olmasını göstərir. Eyni instruksiya verilməsinə baxmayaraq hər bir iştirakçı prosesi başqa cür həyata keçirmişdir. Bu onu göstərir ki, hər bir iştirakçının hər hansı bir məsələni qavraması fərqlidir. Hər bir insan da hər hansı bir məsələnin həlli yollarını müxtəlif cür qavrayır.


  1. Təlimçi ilk öncə ünsiyyət qurma haqqında qısa mühazirə edir.(Əlavə 7)




  1. Sonra təlimçi iştiraklara belə bir sualla müraciət edir. “Siz hər hansı bir problemlərin həlli zamanı öz icmanızda kimlərlə ünsiyyət yaratmalısınız?” ( sual sabahkı günə başlanğıc məqsədi ilə verilir)




  1. Təlimçi sessiyanı və bugünkü günü başa vurur və sonra iştirakçılarla sabahadək sağollaşır.



    1. Problemin müəyyənləşdirilməsi


Vəzifə: Təlim iştirakçılarına “Problemlərin müəyyənləşdirilməsi”, “Problemlər ağacı”, “SMART” analız haqqında bilik və bacarıqların artmasına, onlarda özünə inam hislərinin oyanmasına nail olmaq və daha fəal icma üzvlərinə çevrilmələrinə təkan vermək.
Gözləntilər: Məşğələnin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:

  • İcmada olan problemlərli daha yaxşı biləcəklər;

  • Bu problemlərin müəyyənləşdirmə üsulları ilə tanış olacaqlar;


İcmal: “Problemlərimizi müəyyən edək” beyin həmləsi

“Problemlərin müəyyənləşdirilməsi” – pp təqdimat

“Problemlər ağacı” və “SMART” analizi” – pp təqdimat

Ümumi müzakirə



Materiallar: Flipçart, rəngli markerlər, dəftərlər, qələmlər, mövzü haqqında yazılı məlumatlar
Metodlar: Mini-mühazirə, Ümumi müzakirə, Beyin həmləsi, Açıq və qapalı suallar, Təqdimat, Qrup işi, Buzqıranlar.
Vaxt: 45 dəq.


  1. Təlimçi iştirakçılara təklif edir ki, hansı problemlərlə üzləşirlərsə onları desinlər və deyilən problemlər təlimçi tərəfindən flip çarta yazılır. Problemlərin içindən iştirakçıların köməyi ilə problemlərin səbəb və nəticələrinin müəyyənləşdirilməsi aparılır. Problemlər ağacının yaradılmasına keçid verilir.




  1. Problemlər ağacının maketi ilə iştirakçılar tanış olurlar və araşdırma davam edilir.




  1. Təlimçi arzuların reallaşması, məqsədlərə çatma yollarını iştirakçılarla birlikdə müzakirə edir.




  1. SMART analizlə tanış olduqdan sonra qrup işi təkif edilir.




  1. 1, 2 saymaqla iki və ya üç qrupa bölünüb (iştirakçıların sayından asılı olaraq) hər bir qrupa “Problemlər ağacı” cədvəli paylanır və iştirakçılar qrupda müzakirə etdikdən sonra həmin cədvəli doldururlar. Təlimçilər isə qrupların düzgün istiqamətdə işlədiklərinə nəzarət edirlər və lazim gəldikdə məsləhət verirlər. Qrup işi başa çatdıqdan sonra hər qrupdan bir nümayəndə qrup işinin təqdimatını verir.(Əlavə 5)




  1. Ümumi müzakirə aparılır, iştirakçıların sualları cavablandırılır, növbəti mövzuya keçid verilir.




    1. Problemin ünvanlandırılması/müdəfiəsi


Vəzifə: Təlim iştirakçılarına “Problemlərin həlli üçün strategiyaların seçilməsi”, “Problemlərin həllində maraqlı şəxsləri müəyyənləşdirmək”, “Müəyyən edilmiş problemləri icma daxilində necə həll etmək olar?” anlayışları haqqında bilik və bacarıqların artmasına nail olmaq,
Gözləntilər: Məşğələnin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:

  • İcmada yaranmış problemlərin həlli üçün müxtəlif strategiyalarla tanış olacaqlar;

  • Icmalarındakı problemlərin həllində özlərini daha vacib hiss edəcəklər;

  • “Problemlərin həlli zamanı birlikdə və daha çox yaradıcı olsaq, təsəvvürlərimizdən daha geniş istifadə etsək, problemlərin öhdəsindən daha yaxşı gələrik” ideologiyasına yaxınlaşacaqlar;


İcmal: “Problemlənin həlli”– beyin həmləsi, PP təqdimat

“Seçilmiş problemlərin həlli strategiyaları və maraqlı tərəflərin seçilməsi”–qrup işi;

“Problemlərin həlli üçün strategiyaların seçilməsi ”–PP təqdimat

“Problemlərin həllində maraqlı şəxslərin müəyyənləşdirmək və təhlili”– PP təqdimat



Materiallar: Flipçart, rəngli markerlər, mövzü haqqında yazılı məlumatlar
Metodlar: Mini-mühazirə, Ümumi müzakirə, Beyin həmləsi, Açıq və qapalı suallar, Təqdimat, Qrup işi, Rollu oyun, Buzqıranlar.
Vaxt: 45 dəq.



  1. Təlimçi növbəti sessiyaya keçməmişdən qabaq iştirakçılara “Künclər” oyununu təklif edir.

Oyunun izahı:

Təlimçi iştirakçılara sualla müraciət edir. “İt yaxşıdır yoxsa pişik?” İştirakçıların bəzisi it bəzisi pişik deyə səslənirlər, bəziləri isə neytral mövqedə dayanırlar. Hər qrup seçdiyi heyvanın müsbət cəhətlərini sadalayaraq, neytral qalanları öz tərəfinə keçmək məqsədini güdməlidir. Oyunun məqsədi müəyyən etdiyimiz problemlərin həllində biz kömək edə biləcək tərəfdaların sayını artırmaqdan ibarətdir.





  1. Təlimçi “Problemlərin həlli zamanı hansı strategiyalardan istifadə edilir?” və ümumiyyətlə “Strategiya nədir?” ümumi mühazirə edir.(Əlavə 5)




  1. Təlimçi məsələni daha yaxşı qavramaq üçün iştirakçılara belə bir oyun təqdim edir. İştirakçılarn sayından asılı olaraq 2 və ya 3 qrupa bölünür. 5 dəqiqəlik müzakirədən sonra qrup nümayəndəsi “Plov” bişirilmə qaydasını işləyərək təqdim edir. Oyunun nəticəsində hər bir qrup özünə məxsus tarif hazırlamış olur. Yekunda iştirakçılara çatdırılır ki, hər bir qrup özünəməxsus istiqamət seçərək məqsədə çatmışdır. Ancaq tərtib ounmuş tariflərdə elə addımlar var ki, onlar ötürülmüş olduqda həmin fəaliyyətlər uğursuz olar (yəni plov dadsız olar, eləcə də problemlər həll olunmamış qalar).




  1. Təlimçi iştirakçılara yaranmış problemlərin həllində maraqlı şəxslərin müəyyənəşdirilməsi və təhlili mövzusunda pp təqdimat edir.(Əlavə 5) Təqdimatdan öncə isə onlardan öz problemlərinin həllində hansı şəxslər maraqlıdır sualı ilə müraciət edir və beyin həmləsi keçirir.




  1. Mövzu yekunlaşdırılır. İştirakçıların sualları cavablandırılır. Təlimçilər iştirakçıları nahar fasiləsinə dəvət edir.



    1. Qadınların bələdiyyədə və qərarçıxarma rolu


Vəzifə: Təlim iştirakçılarına “Özünüidarəetmə orqanları hansı işlərlə məşğudurlar?”, “Qadınların bələdiyyədə rolu”, “Qərar çıxarmada qadınların rolu?” anlayışları haqqında bilik və bacarıqların artmasına nail olmaq,
Gözləntilər: Məşğələnin sonunda iştirakçılar aşağıdakılara nail olacaqlar:

  • Bələdiyyənin işində dolğun məlumatlara malik olmaq;

  • Bələdiyyədə öz rollarının vacib olduğunu hiss edəcəklər;

  • “Qərar çıxarmada qadınların rolunun vacibliyini hiss edəcəklər ;


İcmal: “Bələdiyyənin fəaliyyətləri”– beyin həmləsi; mini mühazirə

“Bələdiyyədə qadınların rolu”mini mühazirə

“Qərar çıxarmada qadınların rolu ” – pp təqdimat, ümumi müzakirə

Materiallar: Flipçart, rəngli markerlər, mövzü haqqında yazılı məlumatlar
Metodlar: Mini-mühazirə, Ümumi müzakirə, Beyin həmləsi, Açıq və qapalı suallar, Təqdimat, Qrup işi, Rollu oyun, Buzqıranlar.
Vaxt: 1 saat 15 dəq.



  1. Təlimçi əvvəlcə iştirakçılardan bələdiyyələrin fəaliyyət istiqamətləri barədə suallar verir və onların bilik səviyyələrini nəzərə alaraq onlara mini mühazirə deyir.




  1. Bələdiyyədə qadınların rolu haqqında auditoriyaya “Sizcə qadınların bələdiyyədə rolu nə dərəcədə vacibdir?”, “Sizin aranızdan kimsə bələdiyyə sədri və ya üzvü seçilmək istəyirmi?”, “Sizcə bu mümkündürmü?”, “Seçildikdə qadının qarşısında hansı maneələr durur?”, “Siz seçilsəniz icmaya hansı dəyişikliklər gətirərdiniz” və s. kimi suallarla müraciət olunur. (Bu suallar ümumiyyətlə qadınlardan yerli təcrübəni öyrənmək məqsədi ilə müraciət edilir.) Təlimçi bu haqda öz fikrini söyləməkdən başqa, müvafiq yerli təcrübədən danışır.




  1. Əldə edilən məlumat əsasında qadınların müxtəif problemlərin həllində yerli şərait nəzərə alınaraq qərarlara təsiretmə mexanizmləri müzakirə olunur. Təlimçi “Qərar çıxarma” pp təqdimat edildikdən sonra, iştirakçıların suallarını cavablandırır.(Əlavə 6)




  1. İki günlük təlimə yekun vurulur. Ümumi iki günlük təlimin müzakirəsi aparılır. Son test yazılır və təlimin qiymətləndirmə vərəqələri doldurur.


Əlavə 1.


Qadınların Səlahiyyətləndirilməsi, Su və Sanitariya mövzusunda məlumatlılığın artırılması” mövzusu üzrə təlimdən sonrakı
TEST VƏRƏQİ

___________rayon__________Kənd ____________2008-ci il





  1. Sizin fikrinizcə lider kimdir?

    1. İnsanları idarə edən;

    2. Fəaliyyətləri idarə edən;

    3. İnsanlara təsir etməklə, məqsədə çatan.



  1. Liderin müsbət cəhətləri hansılardır?

    1. Özünü düşünən;

    2. Səhvini boynuna almağı bacaran;

    3. Şəxsi maraqları üçün çalışan.



  1. Liderin mənfi cəhətləri hansılardır?

    1. Səmimilik;

    2. İcmanı səfərbər edən;

    3. Uğursuzluqda başqalarını günahlandıran.



  1. Qadınlar lider ola bilərmi?

a. Hə b.Yox c.Bilmirəm





  1. Qadın lider olması üçün hansı amil ən vacibdir?




    1. Mentalitet;

    2. Ailənin dəstəyi

    3. Şəxsi keyfiyyətlər



  1. Uğurlu ünsiyyət yaratmaq üçün nə vacibdir?




    1. Aktiv dinləmə

    2. Laqeydlilik

    3. fikrini çəkinərək demək




  1. Sizin fikrinizcə qərar qəbul etmə nədir?

    1. Etiraz etmək

    2. Susmaq

    3. Razılaşmaq




  1. Problemlərin müəyyənləşdirilməsi dedikdə nə nəzərdə tutulur?




    1. Vəziyyətin kökünü tapılması

    2. Günahkarların axtarılması




  1. Bələdiyyə nədir?




    1. Özünü idarəetmə orqanı

    2. problemləri həll edən orqan

    3. torpağın paylanmasına cavabdeh olan orqan




  1. Problemlərin həll edilməsi dedikdə nə nəzərdə tutulur?




    1. İcmada problem yoxdur

    2. icma daxilində problemin araşdırılıb lazimı orqana çatdırılması

    3. Tək həll edərəm

Əlavə 2.
LIDERLIK MƏFHUMU.
Liderlik insanların könüllü dəstəyini istənilən məsələdə səfərbər edə bilən, şəxsi keyfiyyətə əsaslanan bacarıqdır.

Liderlik:

- Fundamental Həqiqət



  • Liderlər olurlar, doğulmurlar

  • Bu, həyat boyu davam edən öyrənmə prosesidir.

  • Ən yaxşı liderlər sistem quranlardır. Onlar elə təşkilatlar qururlar və ya mövcud olanı elə bərpa edirlər ki, onlardan çox-çox sonra belə bu təşkilatlar istedadlı liderlər yetişdirir, təşkilata yaradıcılıq və müvəqiyyət gətirir.

Liderlik nə deyil:


  • Liderlik ağalıq etmə, əmr etmə və ya hədə-qorxu gəlmə deyil.

  • Əla liderlər öz adamlarını axmaq və ya aşağı hiss etməyə qoymurlar.

  • Əla liderlər bağırmağa, hədələməyə və ya qorxutmağa ehtiyac görmürlər.

  • Əla liderlər şəxsi istəklərini təşkilatının məqsədi və öz insanlarının rifahından üstün tutmurlar.

  • Liderlik xarizma deyil. Bu xüsusiyyət yardım edə bilər, ancaq daha çox hallarda o, təsisatları zəif təşkilati əsaslar və adətən zəif idarəçilik mexanizmləri ilə başlı- başına qoyur.

İcma lideri
Öz biliyi, şəxsiyyəti, gücü, nüfuzu və ünsiyyəti vasitəsilə icma həyatının bütün - sosial, siyasi, iqtisadi, təhlüksizlik və s. sahələrində ona rəhbərlik etmək, icmanı və onun maraqlarını hər yerdə təmsil etmək üçün seçilmiş şəxsdir. Liderlər fəaliyyət baxımından zəif və güclü ola bilər. Güclü lider icmanın mütəşəkkil fəaliyyəti deməkdir. Belə liderlər:

  • Öz işini əla bilir

  • Mövcud inkişafın, tədbir və yeniliklərin önündə gedir.

  • Icma üzvlərinin xarakterilərini, güclü–zəif cəhətlərini, ümid və məqsədlərini bilir.

  • Ciddi və güclü xarakter, səlis nitq və səmimi xasiyyət nümayiş etdirir.

  • Problem, inkişaf, təkmilləşmə və digər mütərəqqi sahələrlə bağlı baxışların başqaları ilə bölüşür.

Uğurlu liderin əsas xüsusiyyətlərindən biri də onun özünü icmaya həsr etməsi və özündən sonra layiqli davamçılar hazırlamasıdır. Uğurlu liderlər fəaliyyətlərindən əldə edilə biləcək şəxsi statusdan çox, icmanı inkişaf etdirmək arzusunu nümayiş etdirir.

Liderin xarakteriskası

Liderin müsbət xarakteristikası:



  • Sadəlik

  • Qətiyyətlik

  • Mərhəmətlilik

  • Sadə yanaşma

  • Ümdvericilik

  • Müsbət münasibətli

  • Səhvini boynuna almağı bacaran

  • Problemi həll etməyə inanan

  • Dinləməyi bacaran olmasi ilə ölçülür.

Mənfi xarakteristikası

  • Özünü düşünmək

  • Qərarların məsuliyyətlərindən qaçmaq

  • Başqalarını günahlandırmaq

  • Şəxsi maraqlar

  • Problemdən qaçmaq kimi başa düşülür.

Liderin müsbət və mənfi xüsusiyyətləti ilə yanaşı İMKAN və Təhlükələri də ola bilər.


İMKANlara nə aiddir?

  1. liderlik bacarıqlarının inkişafı üzrə təlimləri təşkil və idarəetmə

  2. başqa icmalarla əməkdaşlıq etmək

  3. icmanı səfərbər etmək

  4. icma daxilində müxtəlif kənar məlumatı yaymaq

TƏLÜKƏLƏR isə liderin özündən və ətraf təsirdən yarana bilər. Bu aşağıdakılardır:



    • Neqativ təcrübələrə görə özünə inam və etibarın itməsi

    • Problemlərin həll oluna bilməməsi

    • Səlahiyyətlərindən şəxsi maraqları naminə sui – istifadə

    • Icma tərəfindən etimadsızlıq və ideyaların dəstəklənməməsi

Liderliyin növləri
Liderliyin 3 əsas növü var:

  1. Avtoritar lider

  2. Məsləhətçi lider

  3. İmkan yara



Məsləhətçi


Avtoritar



İmkan yaradan







- Qərarı özü qəbul edir;

- Qərarı özü bəyan edir;

- Məsləhətə ehtiyac duymur;

- Suallara dialoq şəkilində cavab verir;



- Adamları düzgün qərar verməyə sövq edir;

- Vəziyyəti araşdırmağa çağırır;

- Təfsilatı ilə izahat verir;

- Köməkçi rolunu qoruyub saxlayır;





- Qərarı dəyişilə biləcək şəkildə təqdim edir;

- Qərarı bəyan edir;

Suallara açıq cavaba hazırdır;

- Qərarı ümumi rəyə əsasən dəyişməyə hazırdır;


Lider icmanın əsas atributudur. Icmanın inkişafı liderin bacarığından, nüfuzundan, informasiya, əlaqələndirmə və s. qabiliyyətindən çox asılıdır.


Liderin icmada rolu və vəzifələri
Mark Farlandın liderlik haqda belə bir deyimi var: Liderlik hüquq deyil, imtiyazdır. Bu müsbət nəticələr əldə etmək vəzifəsidir, başqa sözlə desək, lider baş verməyəcəklərin baş verməsini həyata keçirən bir insandır. Lider icmada öz vəzifə və rolunu effektiv şəkildə həyata keçirmək üçün icmanın səlahiyyətini qazanmalıdır. Bu səlahiyyəti isə ancaq bilik, şəxsiyyət və dəyərlərə malik layiqli insan əldə edə bilər. Liderin vəzifəsi təkcə icmanın imkanlarını aşkara çıxarmaq və onlardan ümumi fayda üçün istifadə etmək deyildir. Lider həm də bunların uğurlu nəticəsinə görə cavabdehdir. Liderin ən ümdə vəzifələrindən biri dəyişikliklər aparılmasını təmin etməkdir.
ROL dedikdə hər hansı bir məqsədi həyata keçirmək üçün fərdin və ya qrupun apardığı məqsədyönlü, planlı bir fəaliyyət nəzərdə tutulur. Bu fəaliyyət elə bir funksiyadır ki, ancaq bu məqsəd üçün imkan və şərait yaradır.

Bu imkan və şərait çərçivəsində həmin məqsədin keyfiyyətlə həyata keçirilməsi və uğurlu nəticələrə nail olmaq isə artıq yenə də fərd və ya qrup üçün bir VƏZİFƏdir. Ümumiyyətlə rol və vəzifənin bünövrəsi məsuliyyətdən qoyulmalıdır.





Nəticə:
Liderlik icma üçü bir mayakdır!

Liderin rolu:
İcmanı mayaka doğru istiqamətləndirmək,

Vəzifəsi isə
Mayaka istinad edərək, icmanı inkişafa doğru aparmaqdır.




Əlavə 3

QADIN LİDERLİYİ

QADIN LİDERLİYİ - müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanmasında və qəbul edilməsində qadınların iştirakıdır. Qərarların qəbul edilməsi sferasında gender bərabərliyinə nail olmaq üçün dövlətdən, siyasi partiyalardan və vətəndaş cəmiyyətlərindən konkret səylər tələb olunur. Dövlət gender siyasətini Qanunların və ya digər məcburi göstərişlərin köməyi ilə müəyyən edir.

Qadın liderliyinin formaları: siyasi, iqtisadi, ictimaidir.

  • Siyasi formaya - qadınların dövlət hakimiyyətinin ali və yerli Qanunverici və İcraedici orqanlarında, o cümlədən qadın dövlət rəhbərləri, siyasi partiyaların, BMT və s. kimi beynəlxalq təşkilatların rəhbərliyində olması aid edilir.

  • İqtisadi forma - qadınların iqtisadi məsələlərlə məşğul olan milli dövlət orqanlarında aparıcı mövqe tutması, o cümlədən, idarə, müəssisə və təşkilatlarda rəhbər, yüksək idarəetmə nişanına malik beynəlxalq və regional maliyyə müəssisələrində işçi olmasıdır.

  • Qadın liderliyin ictimai forması - qadınların vətəndaş cəmiyyəti sferalarında, özünüidarə orqanlarında, QHT-nın ictimai hərəkatlarında, kütləvi informasiya vasitələrində təmsil olunmasıdır.

BMT-nin «Qadınların siyasi hüquqları haqqında» Konvensiyasına (1953-cü il) müvafıq olaraq, «qadınlar açıq seçkilər tələb edən, milli qanunlarla təsis edilmiş qurumlara kişilərlə bərabər şərtlərlə seçilə bilərlər» (Maddə 2) və bu cür şərtlərlə «qadınlar ictimai-dövlət xidmətlərində vəzifə tutmaq hüququna malikdirlir» (Maddə 3). 1979-cu ildə BMT tərəfindən qəbul edilmiş «Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında» Konvensiya bütün dövlətlərin qarşısına dövlət siyasətinin işlənməsi və həyata keçirilməsində qadınların kişilərlə bərabər şərtlərdə təmsil olunmasına nail olmaq, qadınların bərabər əmək haqqı imkanlarını təmin etmək öhdəliyi qoyur. Qadınların Vəziyyətinə dair IV Ümumdünya Konfransının Fəaliyyət Platformasında (Pekin, 1995-ci il) göstərilir ki, qərarların hazırlanmasında qadın və kişilərin bərabərhüquqlu iştirakı demokratiyanı möhkəmləndirir və onun çərçivəsində fəaliyyət imkanlarını genişləndirir.

Qədim Yunanıstanda, Afina polisində yaranmış milli idarəçilik ideya və praktikası əvvəllər vətəndaş hesab olunmayan qadınların iştirakını tələb etmirdi. Din və inkişaf edən bütün ictimai proseslər-böyük mədəni intibah, inqilablar və hüquqlar haqqında qanun kişilərin maraqlarını diqqət mərkəzində saxlayırdı. «Azadlıq! Bərabərlik! Qardaşlıq!» kimi demokratik şüarlar qadınlara yönəldilməmişdi. Yalnız XIX əsrin sonlarında qadınlara kişilərlə bərabər səsvermə hüquqlarının verilməsi prosesi başlandı. Yeni Zellandiya və daha sonra Avstraliya qadınlara vətəndaş statusu verən, 1893-cü ildən isə, onların milli səviyyədə seçicilik hüquqlarını tanıyan ilk dövlətlərdən oldular. Sənayesi güclü inkişaf etmiş ölkələrdə qadınların seçkilərdə iştirak hüququnun güvvəyə minməsi XX əsrin əvvəlinə təsadüf edir. Qadınlar Finlandiya və Norveçdə 1906-1907-ci ildə, Danimarkada 1915-ci ildə, Almaniya, İsveç və Böyük Britaniyada 1918-ci, ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü, İtaliyada 1945-ci, İsveçrədə 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycanda ilk dəfə qadınların səsvermə hüquqları barədə məsələnin 1907-ci ildə Çar Rusiyasının Dumasında Azərbaycanın nümayəndəsi Xasməmmədov qaldırmış və Dumanın müsəlmanlar fraksiyasında gərgin müzakirələrdən sonra müsbət həll olunmasına nail olmuşdur. 1918-ci ildə I Azərbaycan Respublikası qadınların səsvermə hüququnu tanımışdır. İnkişaf etmiş ölkələrin əksəriyyətində qadınlar səsvermə hüququnu müstəqillik hüququ ilə bir vaxtda əldə etdilər. Lakin qadınların nə vaxtdan seçki hüququnu əldə etməsindən asılı olmayaraq, əksər ölkələrin siyasətində qadın liderliyi və qadın-kişi partnyorluğu problemi həlledilməmiş qalır. Baxmayaraq ki, qadınlar seçicilərin yarısını təşkil edirlər, onların payına parlamentdə orta hesabla 10%, milli dövlət idarələrində 6% yer düşür.

1994-cü ilin ortalarına aid məlumatlara görə, qadınlar Nazirlər Kabinetinin tam sayının ümumilikdə 6%-ni, inkişaf etmiş ölkələrdə 5%-i və inkişaf etmiş sənaye ölkələrində 8%-i təşkil edirdilər. Bu göstəricilərə görə, birinci yeri Finlandiya (39%), ikinci yeri Norveç (35%), üçüncü yeri İsveç (34%), dördüncü yeri Hollandiya və Seyşel adaları tutur (31%). 1995-ci ilin əvvəlində dünyada ilk dəfə İsveçdə hər iki cinsin nümayəndələrinə qarşı tamamilə bərabər münasibətli Nazirlər Kabineti formalaşdırıldı.

  Qanunvericiliyin ümumi sayında qadın nümayəndəliyi, 2001 il (%-lə). – 10,5%

Uğurun zirvəsinə çatmağa çalışan qadın liderləri sıradan çıxaran, görünməz, lakin real mane - şüşə tavandır. Kişilər üçün bu cür maneə mövcud deyil. Vəziyyəti dəyişmək məqsədilə ABŞ-da və Qərbi Avropada bir çox təşkilatlar ictimai fikrin təzyiqi altında «bərabər imkanlar siyasəti» adlanan siyasət həyata keçirirlər. Ancaq aydın olur ki, bu siyasət reallıqda həyata keçirilərkən və iş yerində kişi personalı tərəfindən müqavimətlə qarşılanır. Qadının rəhbərlik yolunda ciddi rolu cinslərin sosializasiyası ilə bağlı maneələr oynayır: insanların əksəriyyəti qadının aşağı siyasi statusa malik olmasında sosial haqsızlıq görmürlər. Qadın liderlərin keyfiyyətlər sırasına görə kişi həmkarlarından fərqlənməməklərinə baxmayaraq, onların liderlik rolu üçün yararsızlığı haqqında sabit təsəvvürlər mövcuddur. Dünyanın müxtəlif ölkələrində qadınların sosiallaşması elə şəkildə baş verib və hazırda da baş verir ki, onların öz karyerasını və siyasi cəhdlərini gücləndirən xüsusi ambisiyalar inkişaf etmir. Qadınlar üçün liderlik məktəbi QHT olub. QHT-yə üzvlükdə opponentlər tərəfindən bu cür qarşıdurma mövcud deyil, ona görə ki, QHT siyasi fəaliyyətlə məşğul olmur. Qərar qəbul edilməsində kişilərin üstünlüyü ona gətirib çıxarır ki, qadın maraqları nəzərə alınmır. Bu, onların, onsuz da, bərabərsizliyə malik mövqelərini zəiflədir və mövcud gender rollarının aradan götürülməsinin qarşısını alır. Qadınların qərar qəbulunun bütün səviyyələrində irəli çəkilməsi - istər qadınların özündən, istərsə də dövlətdən səy tələb edən strategiyaların işlənməsini tələb edir.

Deyinənlərdən belə qənaətə gəlmək olar ki, qadın lider ola bilər. Ancaq bunun üçün o, ilk növbədə öz hüquqlarını bilməli və onlardan öz fəaliyyətlərində düzgün istifadə etməlidirlər.

Azərbaycan Respublikasında qadın hüquqlarını qoruyan gözəl qanunlar möcuddur və bu qanunların icrasına nəzarət və icra edən qurumlar da hesabda işləyir. Ancaq buna baxmayaraq bir çox rayon və kəndlərimizdə qadın hüquqları tapdalanır və bütün bu dözülməz haqsızlıqlar mili mentalitet adında qələmə verirlir. Bizim təlimimizin məqsədi, insan şüurunda müəyyən dönüşün təməlini qoymaq və gələcək nəslin, milli mədəniyyən ənənələrimizi qoruyub saxlayaraq, daha proqressiv inkişaf istiqamətində addımlamaq imkanını yaratmaqdır. Hər bir müsəlman üçün müqəddəs sayılan “Qur’ani Kərim” də qadin hüquqları lazımı səviyyədə əks etdirilib və müqəddəs hesab olunur. Qadın özü də müqəddəs varlıq kimi təsvir edilir və kişi qadını həmişə qorumalı və onunla hesablaşmalıdır. Ailə iki insanın bir yerdə qəbul etdikləri yükdür və onu qurmaq, yaratmaq və yaşatmaq hən qadının həm də kişinin Allah və cəmiyyət qarşısında borcudur. Bu məqsədə çatmaq üçün ailənin qarşısına çox maneələr çıxa bilər, lakin Ata-babalarımız demişkən: “Güc birlikdədir”, “Tək əldən səs çıxmaz” və s. kəlamlarını yadımıza salsaq görərik ki, heç bir maneə birləşdirilmiş gücün qarşısında közülməz qala bilməz. Azərbaycan qadınlarının güclü potensialı olduğunu əsirlər boyu bütün dünyaya çatdıran minlərlə qadın siyasətşilərimiz, alimlərimiz, mədəniyyət və incəsənət xadimələrimiz olmuşdur. Müasir dövrdə də Qadınlarımız istənilən sahələrdə çalıçaraq öz məharətlərini göstərirlər və göstərəcəklər, ancaq onların ailə tərəfindən dəstəklənməsi və başa düşülməsi respublikamızın hər bölqəsində eyni səviyyədə deyil. Yuxarıda göstərilənləri nəzərə alsaq, kişilər qadınlara daha çox imkan, şərait yaratsalar, və qadınlar öz güclərinə inanıb, potensiallarını inkişaf etdirsələr, həm ailəsinin rifahı üçün, həm də cəmiyyətimizin inkişafı üçün əvəzsiz töhvələr verməyə qadirdilər. Bütün dünyada qəbul olunmuş faktdır ki, qadınların fikirləri, istəkləri, məsləhətləri nəzərə alınmırsa, həmin dövlətdə, bögədə, kənddə, ailədə - tərəqqidən, yaşayış səviyyəsinin yüksəlməsindən və s. söz gedə bilməz, bu mümkün deyil.

Beynəlxalq analitiklər isbat ediblər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 % dən az olmamaq şərti ilə təmin olunarsa, dövlətdə, iqtisadi baxımdan səviyyəsi aşağı olan insanların vəziyyəti, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir.

Deməli tərəqqi biz qadınların əlindədir, istəsək ailəmiz üçün də, cəmiyyət üçün də faydalı ola bilərik. Bunun üçün bir qədər səy göstərmək tələb olunur!

Əlavə 4.

ÜNSIYYƏT STRATEGIYALARI
Hər hansı bir problemin həll olunmaması çox vaxt “ünsiyyət boşluğundan irəli gəlir. Problemlərin effektiv şəkildə öhdəsindən gəlmək üçün və bəlkə də əsas həlli üçün iki zəruri bacarıq vardır – aktiv dinləmə və “İ – messages” maraqların aydın olaraq paylaşılması
Dinlə.Problemlərin öhdəsindən gəlmək üçün etdiyimiz cəhdlərdə ən böyük çatışmamazlıq dinləmədir. Biz bəzən öz problemlərimizi, ehtiyaclarımızı çatdırmaqda və qarşımızdakı insanı dinləməkdə çətinlik çəkirik. Ya öz problemimizi danışmırıq ya da ki, qarşımızdakı insanı dinləmirik. Hesab edirik ki, qarşımızdakı insandan biz zəifik və ya qarşımızdakı insanın fikrini eşitdik və başa düşdük. Əvəzində isə öz fikirlərimizi anlatmağa fokuslanırıq. Problemlərimizin öhdəsindən daha effektli gəlmək üçün biz ilk növbədə dinləməliyik. Biz:

Danışığı dayandırmalı

Bütün diqqətimiz qarşımızdakı insana verməliyik. Əgər dinlədikdən sonra nə deyəcəyin haqda düşünürsənsə, demək sən dinləmirsən.

Diqqətli olmalı. Qarşıdakı insanla birbaşa və açıq pozada ünsiyyət yaradın.

İ Messages - dan istidadə edin. Problemlərin həll olunmasında aktiv dinləmə sizin səmərəli fəaliyyətinizi göstərir. Problemlər əlbəttə ki tək dinləmə ilə həll olunmur. Siz öz fikrinizi, ehtiyaclarınızı, maraqlarınızı və hisslərinizi açıq şəkildə ifadə etməli – arxayınlıqla qarşıdakı insanın anlayışına və ehtiramına təqdim etməlisiniz. Yalnız bundan sonra problemin həllinə birgə yanaşma başlayır.
İ – Messages öz fikirlərinizi çəkinərək deyil, əminliklə demıyiniz üçün effektiv vasitədir. O sizin marağınızı, ehtiyaclarınızı, fikrinizi və hisslərinizi “mən”, “mən...................ilə maraqlanıram, qayğısına qalıram.”kimi sözlərlə ifadə etməyinizə imkan verir.
Fikirlərinizi çəkinərək və ya hökmlü tərzdə deyil, birbaşa ifadə etmək üçün diqqətli olmaq lazımdır. Bir çox problemlər aktiv dinləmə və “İ message” arasında dəyişməklə sadə proseslərə həll olunur. Bu bizə qarşılıqlı olaraq bir – birimizin ehtiyaclarını, maraqlarını və hisslərini aydınlaşdırmağa və başa düşməyə imkan verir. Bir – birinizin fikirlərini daha yaxşı başa düşdükcə, siz problemin həllinə birgə yaxınlaşacaqsız. Əsas məsələ dinləmə və aydın şəkildə “İ messages” paylaşma prosesinə qatılmaq istəməkdir, səy göstərməkdir.

Əlavə 5.

PROBLEMIN MÜƏYYƏNLƏŞDIRILMƏSI
Problemin (problemli vəziyyətin) təhlilinə aşağıdakılar daxildir:


  • əsas problemin müəyyənləşdirilməsi / başlıca vəziyyət

  • səbəblərin aşkar edilməsi

  • nəticələrin müəyyən edilməsi

  • “problem ağacının” yaradılması




Nəticələr






Əsas problem



Səbəblər

Arzular və Məqsədlər......

Birinci:

  • Arzular - insanın beynində qalır və çox vaxt reallaşma səviyyəsi aşağı olur.

  • Məqsədlər - həmişə kağıza köçürülmüş və təhlil olunmuş formada olur.


İkinci:


  • Məqsədin həmişə “əli-ayağı-başı-adı” var;

  • Yəni konkret məsul şəxs və konkret icra edən mövcuddur.


Üçüncü:

  • İstənilən məqsədə çatmaq üçün:

    • müəyyən resurslar sərf edilməlidir;

    • resursların istifadə səviyyəsi müəyyən edilməlidir (qiymətləndirilməlidir );

    • Yəni hər bir atılan addımın tələb olunan resurs sərfiyyatı və əldə edilən faydası nisbəti.


SMART – analiz

  • Specific – konkret ifadə olunmuş aydın nəticəsi olan;

  • Measurable – ölçülə bilən

  • Achievable – yerinə yetirilməsi mümkün olan

  • Relevant – daha böyük amala xidmət edən

  • Timed – müəyyən vaxt çərçivəsinə malik olan




Hər hansı işə başlamaq və ümümi prosesdə iştirak etmək asandır, ancaq gözlədiyimiz nəticələr əldə etmək çətin məsələdir. Və bu nəticələrin əldə edilməsi üçün ilk addım – məqsədin aydın müəyyən edilməsidir. Arzu etmək xəyallara dalmaq ziyan deyil. Ancaq arzular nadir hallarda çin olur. Yalnız o zaman arzular reallaşa bilər ki, onlar dəqiq tərif edilsin və kağıza köçürülərək təhlil edilsin.




Problemin ünvanlandırılması/ müdafiəsi


  • Problemin həlli mümükün yollarının təhlilinin aparılması

  • Problemin həllinə qadir olan təşkilata /təşkilatlara müraciətin tərtib olunması (məsləhət: yaxşı olar ki, müraciət yazılı şəkildə olsun, icma nümayyəndələrinin imzası ilə)

  • İcma liderlərinin səlahiyyətləndirərək müraciətin müafiq orqanlara çatdırılması (məsləhət: yaxşı olar ki, sənədin qeydə alınması haqqında arayış alınsın)

  • Bəzən problemin həllinə üz-üzə söhbət edərək nail olmaq olar (“Üz üzdən utanar” Atalar sözü)


Maraqlı şəxslərin (tərəflərin) təhlili


  • Problemin həllində maraqli şəxslərin siyahısının tərtib olunması

  • Problemə münasibətin müəyyənləşdirilməsi (probleminin və məqsədlərinin dərk edilməsi)

  • Qərar qəbul edən insanların səciyyəvi xüsusiyyətlərin üzə çıxarılması (demoqrafik, sosial, hüquqi)

  • Onların arasındakı münasibətlərin/ münaqişələrin öyrənilməsi

  • Onların “əhəmiyyət - nüfuz”unun qiymətləndirilməsi

  • Təhlil olunanların siyahısından mümkün qədər çox tərəfdarların cəlb olunması


Əlavə 6.

QADINLARIN BƏLƏDIYYƏ və QƏRARÇIXARMADA ROLU
Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və DÖVLƏT ORQANLARI SİSTEMİNƏ DAXİL OLMAYAN orqanlardır.
Bələdiyyələrin səlahiyyətlərinə yerli xarakterli aşağıdakı məsələlər aid edilib:

  • Bələdiyyələrin səlahiyyətlərinə aşağıdakı məsələlər aid edilir:

  • Yerli vergilərin və ödənişlərin müəyyən edilməri;

  • Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi;

  • Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

  • Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbulu və icra edilməsi;

  • Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi;

  • Yerli ekoloji proqramların qəbul və icrası;

Qərar qəbul etmənin bir neçə səviyyəsi mövcuddur:




    • Ailə səviyyəsində;

    • Əmək kollektivində;

    • İcmada;

    • Yerli özünüidarə etmə və icara orqanlarında;

    • Yüksək səviyyəli iqtisadi, sosial, siyasi orqanlarda.

Qadınlar kişilərdən daha yaxşı öz obyektiv maraqlarını müəyyənləşdirə və əsaslandıra bilirlər.


Ona görə də problemlərin həlli ilə bağlı təşkil olunmuş yığıncaqlarda qadın icma nümayəndələrinin iştirakını təmin edərək, onların tövsiyyə və məsləhətlərinin nəzərə alınmasına nail olmaq lazımdır.
Daha ədalətli və hər iki tərəfi qane edə biləcək qərarlar yalnız bu zaman verilə bilər.


  • Əgər qadınlar öz hüquqlarını bilmirsə,

NƏ onları qoruya, NƏ ala, nə də istifadə edə bilərlər!

  • Bundan əlavə qadınların hüquqi biliksizliyi dövlət orqanlarının özbaşınalığına, hüquqi strukturların hərəkətsizliyinə yol açır.

  • Hüquqlarımızı mükəmməl bilsək ən azından gələcək nəsil üçün qadinlara qarşı bütün ayrıseçkilik formalarının aradan qalxmasına müsbət zəmin yaratmış olarıq.




Qadınların qərar qəbulunda iştirakı nəinki elementar demokratiyanın və ədalətliliyin tələbidir, həmçinin, qadın maraqlarının önə çəkilməsinin vacib şərtlərindəndir.








Yüklə 135,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin