İYİRİMİ BEŞİNCİ DƏRS BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
Möcüzə səbəb-nəticə qanununu pozmurmu?
Xariqul-adə iş ilahi qanunların dəyişilməsi deyilmi?
Nə üçün islam Peyğəmbəri (s) möcüzə göstərməkdən imtina edirdi?
Möcüzələr əqli bürhandırmı, yoxsa qənaətedici bir dəlil?
BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
Möcüzə ilə əlaqədar müəyyən şübhələr irəli çəkilir ki, onları qeyd edərək bu barədə izahat veririk:
Birinci şübhə: Hər bir maddi varlığın xüsusi bir səbəbi vardır, onu elmi təcrübələrin köməyi ilə tapmaq olar. Sınaq və təcrübə vasitələrinin nöqsanlı olmasına görə hər hansı bir hadisə və varlığın səbəbinin naməlum qalmasını həmin varlıqlar üçün adi səbəbin mövcud olmamasına bir dəlil kimi göstərmək olmaz. Deməli, xariqul-adə işləri yalnız bu ünvanla qəbul etmək olar ki, onlar tanınmaz səbəb və amillərdən irəli gəlmişlər. Ən çoxu budur ki, onların səbəblərindən məlum olmadığı bir dövrdə səbəblərindən agahlıq möcüzəli bir iş hesab etmək olar. Amma elmi sınaqlar vasitəsilə tanınmağa qabil olan səbəblərin inkar olması səbəb-nəticə prinsipinin pozulması mənasına olduğundan rədd edilir.
Bunun cavabı budur ki, səbəb-nəticə prinsipi heç vaxt hər bir asılı varlıq və məlul üçün yalnız bir illət isbat olunmasını gərəkli etmir. Amma hər bir illətin də hökmən təcrübi vasitələr ilə tanınmasının zəruri olması heç bir vəch ilə illiyyət prinsipinin tələbi deyildir və bu məsələ ilə əlaqədar heç bir dəlil gətirmək olmaz, çünki elmi təcrübə və sınaqların həddi-hüdudu təbii işlərlə məhdudlanır və heç vaxt təbiətin fövqündə dayanan varlığın olub-olmamasına, yaxud onların təcrübə vasitələri ilə təsirinin olmaması sübuta yetir.
Amma möcüzənin, tanınmaz səbəblərdən agah olmaq kimi təfsir olunması düzgün deyildir, çünki əgər bu agahlıq adi səbəblər vasitəsilə əldə olunarsa sair adi hadisələrlə heç bir fərqi olmayacaqdır və onu heç bir vəch ilə xariqul-adə iş hesab etmək olmaz. Əgər qeyd olunan agahlıq qeyri-adi surətdə baş vermiş olsa xariqul-adə bir iş olacaq; və Mütəal Allahın xüsusi izninə istinad verilsə və nübüvvətin doğruluğuna dəlil ünvanı ilə gətirilsə möcüzənin (elmi möcüzənin) qismlərindən biri olacaqdır. Həzrət İsa (ə)-ın camaatın evlərində nə yeməsi və nəyi ehtiyat saxlaması barəsində agahlığı o həzrətin möcüzələrindən biri hesab olunurdu.1 Lakin möcüzəni həmin qism ilə sona çatdığını da demək olmaz. Nəhayət “səbəb-nəticə prinsipi ilə əlaqədar bu hadisə ilə sair xariqul-adə işlər arasındakı fərq nədən ibarətdir?” sualı qalır.
İkinci şübhə: Allahın əbədi qanunu bu əsasda olmuşdur ki, hər bir varlığı xüsusi illət vasitəsilə vücuda gətirsin. Qurani-Kərimin ayələrinə əsasən də Allahın sünnətlərində heç bir dəyişiklik baş verməz.2 Buna əsasən ilahi qanunlarda dəyişiklik hesab olunan xariqul-adə işlər (adətin pozulması) belə ayələrin vasitəsilə inkar olunur.
Bu şübhə eynilə əvvəlki şübhəyə oxşayır, fərqləri bundan ibarətdir ki, orada sırf şəkildə əql vasitəsilə dəlil gətirilirdi, burada isə Quran ayələrinə istinad edilir. Cavabı da budur ki, varlıqların səbəb və illətlərinin yalnız adi səbəb və illətlərdə həsr olunmasının, Allahın heç bir dəyişiklik baş verməyən sünnətlərindən sayılması dəlilsiz bir sözdür və eynilə bir şəxsin “hərarətin səbəbi odda həsr olunur” - deyə iddia edərək ilahi sünnətlərdə dəyişiklik olmamasını deməsinə bənzəyir! Belə iddialar qarşısında demək olar ki, müxtəlif məlullar üçün illətlər çoxluğunun mövcud olması, qeyri-adi səbəblərin adi səbəblərin yerinə keçməsi dünyada həmişə mövcud olan bir işdir və buna görə də onu ilahi sünnətlərdən, səbəblərin yalnız adi səbəblərdə həsr olunması da onda dəyişiklik hesab olunmalıdır ki, Quran ayələrində bu inkar edilmişdir. Hər bir halda ilahi sünnətlərdə dəyişikliyin inkar olunmasına dəlalət edən ayələrin adi səbəblərin başqa şeylə əvəz oluna bilməməsini dəyişiklik qəbul etməyən sünnətlərdən biri kimi hesab olunması kimi təfsir edilməsi əsassızdır. Əksinə çoxlu Quran ayələri möcüzələrin və xariqul-adə işlərin baş verməsinə dəlalət edir və bu təfsirin düzgün olmamasına möhkəm bir dəlildir. Yuxarıdakı ayələrin düzgün şərhini təfsir kitablarında axtarmaq lazımdır. Burada qısa şəkildə qeyd edirik ki, bu qəbildən olan şərif ayələr illətlərin çoxluğunu, qeyri-adi illətlərin adi illətlərin yerinə keçməsini inkar etmək məqamında deyil, məlulun illətdən kənara çıxmasını inkar etməyə nəzər yetirir, hətta bəlkə də demək olar ki, bu ayələrdən dəqiq məlum olan şey qeyri-adi illət və səbəblərin təsiridir.
Üçüncü şübhə: Qurani-Kərimdə qeyd olunur ki, camaat təkrar olaraq Peyğəmbər (s)-dən möcüzə və xariqul-adə iş göstərməsini tələb edirdilər və o həzrət belə istəkləri yerinə yetirməkdən imtina edirdi.1 Əgər möcüzənin gətirilməsi nübüvvətin isbat olunma yoludursa nə üçün islam Peyğəmbəri (s) bu yoldan istifadə etmirdi?
Cavabı bundur ki, bu cür ayələr o həzrətin nübüvvətinin hər üç yolla (doğru əlamətlər, əvvəlki peyğəmbərlərin müjdələri, möcüzə təqdim edilməsin ilə) isbat edildikdən və höccət tamam olunduqdan sonra inadkarlıq, yaxud başqa qərəzli məqsədlərlə möcüzə tələb olunma istəyi ilə əlaqədardır və ilahi hikmət də belə istəklərin yerinə yetirilməsini tələb etmirdi.1
İzah: Möcüzə göstərilməsində əsas hədəf, camaatı peyğəmbərlərin dəvətini qəbul etməyə, onların qarşısında məcburi olaraq təslim olub itaətçiliyə vadar etmək, eləcə də adi səbəblər əsasında cərəyan edən sistemləri bir-birinə qarışdırmaq, yaxud müəyyən əyləncə məqsədilə deyil, Allah Peyğəmbərini tanıtmaq və camaata höccəti tamamlamaq məqsədi güdürdü. Belə ki, möcüzə bu dünyaya hakim olan sistemlərdə istisnai bir iş olub bəzən camaatın istəklərini yerinə yetirmək üçün, (məsələn Salehin dəvəsində olduğu kimi) və bəzən də ibtidaən (həzrət İsanın möcüzələri kimi) baş verirdi. Belə bir hədəf də hər növ istəyə müsbət cavab verilməsini tələb etmir, əksinə onlardan bəzilərinin qəbul edilməsi hikmətin əksinə və məqsədin ziddinədir. Məsələn, düz yolu camaatın üzünə bağlamaq, onları peyğəmbərlərin dəvətini qəbul etmək üçün təzyiqə məruz qoymaq, yaxud inadkarlıq üzündən olan, yaxud da həqiqəti axtarmaqdan başqa məqsədlərlə möcüzə istənilməsi bunlara misal ola bilər. Çünki bir tərəfdən bu kimi hallarda möcüzənin gətirilməsi oyun-oyuncağa çevrilir və camaat əylənmək üçün ona tamaşa edir, yaxud şəxsi mənafeni təmin etmək üçün peyğəmbərlərin ətrafına yığışırdılar, digər tərəfdən imtahan, sınaq və azad seçki yolları bağlanırdı, camaat ikrah üzündən təzyiq amillərinin təsirinə düşərək peyğəmbərlərə itaətçiliyi qəbul edərdilər. Bunların hər ikisi hikmətin və möcüzənin göstərilməsindəki hədəfin əksinə idi. Amma bundan başqa hallarda, eləcə də Allahın hikmətinin tələb etdiyi yerlərdə camaatın istəkləri qəbul olunurdu. Məsələn, Peyğəmbəri-Əkrəmdən (s) görünən çoxlu möcüzələrin əksəriyyəti mütəvatir nəql əsasında süubata yetmişdir, onların da başında həzrətin əbədi möcüzəsi olan Qurani-Kərimdir ki, sonradan bu barədə izahat veriləcəkdir.
Dördünçü şübhə: Möcüzə xüsusi ilahi iznə bağlı olduğundan Mütəal Allah ilə möcüzə gətirən şəxsin arasında xüsusi rabitə olduğunu ona xüsusi izn verildiyini göstərir. Başqa sözlə desək, Allah Öz işini onun əli ilə, yaxud onun iradəsinin vasitəsilə həyata keçirir. Amma bu növdən olan rabitə Mütəal Allah ilə möcüzə gətirən şəxsin arasında digər bir rabitə də olmamasını əqlən gərəkli etmir ki, vəhy göndərmək və almaq ünvanı ilə bərqərar olsun. Deməli möcüzəni nübüvvətin iddiasının doğruluğuna əqli bir dəlil hesab etmək olmaz, ən çoxu bir növ zənni və qənaətləndirici dəlil hesab etmək olar.
Cavab bundan ibarətdir ki, hətta ilahi olsa belə, xariqul-adə işin öz-özlüyündə vəhy ilə əlaqəsi yoxdur. Buna görə də Allah övliyalarının kəramətini onların peyğəmbər olmasına dəlil hesab etmək olmaz. Lakin söhbət o kəslərin barəsindədir ki, nübüvvət iddiası edir və möcüzəni öz iddiasının doğruluğuna bir nişanə kimi gətirir. Əgər belə bir şəxsin yalandan nübüvvət iddiası etdiyini, yəni ən ağır dünya və axirət fəsadına səbəb olan ən böyük və ən çirkin günaha mürtəkib olacağını fərz etsək1 onun heç vaxt Allah ilə belə bir əlaqə bərqərar etməyə ləyaqət və səlahiyyəti olmazdı, ilahi hikmət də ona möcüzə göstərmək qüdrətini verilməsini və nəticədə bəndələrin azğınlığa düşməsinə səbəb olmasını tələb etməzdi.2
Bir sözlə, əql aydın şəkildə başa düşür ki, o kəsin Allahla xüsusi rabitə bərqərar edərək möcüzə göstərməyə qüdrəti ola bilər ki, öz mövlasına xəyanət etməsin, Onun bəndələrinin əbədi azğınlığa və bədbəxtçiliyə düçar olmasına səbəb olmasın.
Deməli, möcüzəni gətirmək nübüvvət iddiasının düzgünlüyünə qəti əqli dəlil olacaqdır.
SUALLAR
1-Səbəb-nəticə qanununun məzmunu nədir? O nəyi gərəkli edir?
2-Nə üçün səbəb-nəticə qanununun qəbul edilməsinin möcüzəni qəbul etməklə ziddiyyəti yoxdur?
3-Nə üçün möcüzənin naməlum səbəblərə agahlıq kimi təfsir edilməsi səhih deyildir?
4-Möcüzəni qəbul etmək ilahi sünnətlərin dəyişikliyə məruz qalmaması ilə ziddirmi? Nə üçün?
5-Peyğəmbərlər bədahətən möcüzə gətirirdilər, yoxsa camaatın istəyi ilə bu işi görürdülər?
6-Nə üçün peyğəmbərlər hər möcüzə istəyənin istəyinə cavab vermirdilər?
7-Möcüzənin yalnız qane edən bir dəlil olmadığını, əksinə nübüvvət iddiasının doğruluğuna əqli bir bürhan olmasını izah edin.
Dostları ilə paylaş: |