Hdcjwgghp Lxsfhp Dcbvx


BEŞİNCİ DƏRS ALLAHI TANIMAQ



Yüklə 2,89 Mb.
səhifə5/28
tarix03.01.2019
ölçüsü2,89 Mb.
#89430
1   2   3   4   5   6   7   8   9   ...   28

BEŞİNCİ DƏRS

ALLAHI TANIMAQ


Müqəddimə;

Hüzuri və hüsuli mərifət;

Fitri mərifət.

MÜQƏDDİMƏ


Qeyd olundu ki, dinin əsasını dünyanı yaradan Allahın varlığına etiqad təşkil edir, ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin etiqadın olması və ya olmamasıdır. Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ “Allah vardır ya yox?” sualıdır. Bu sualın cavabını tapmaq üçün, əvvəlki dərsdə bəyan olunduğu kimi əql qüvvəsini işə salmaq lazımdır ki, qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun istərsə də müsbət.

Nəticənin müsbət olduğu təqdirdə onun fəri məsələlərini (Allahın sifətləri, vəhdət, ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır. Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar sair məsələlərin araşdırılmasına ehtiyac qalmır.


HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT


Mütəal Allah barəsində iki növ mərifət təsəvvür olunur: hüzuri və hüsuli mərifət.

Allah barəsində hüzuri mərifətdedikdə məqsəd budur ki, insan Allahı zehni məfhumların vasitə olmadığı bir halda batini və qəlbi şühud ilə tanısın.

Aydındır ki, bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa, (belə ki, yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və istidlallara ehtiyac olmayacaqdır. Amma əvvəldə qeyd olunduğu kimi belə hüzuri və şühudi elm1 adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən, rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq, agahlıqla yanaşı olmadığından agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir.

Hüsuli mərifət dedikdə məqsəd budur ki, insan külli məfhumlar vasitəsilə, məsələn yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi külli məfhumların vasitəsilə Mütəal Allah barəsində qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması “O kəs ki, dünyanı yaradıb ...” etiqadına malik olur. Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki, mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun.

Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan şey elə hüsuli mərifətdir, lakin belə bir mərifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mərifət tapmaq fikrinə düşür.


Fitri mərifət


Din rəhbərlərinin, ariflərin və hikmət sahiblərinin sözlərinin çoxunda aşağıdakı ifadələrlə rastlaşırıq: “Allahı tanımaq fitridir”, “İnsan fitri olaraq Allahı tanıyır”. Bu cümlələrin düzgün mənasını başa düşmək üçün fitrət kəlməsi barəsində bir qədər izah verməyi lazım görürük.

Fitrət kəlməsi ərəb mənşəli bir söz olub “yaradılış növü” deməkdir. O işləri fitri (fitrətə mənsub edilən) hesab etmək olar ki, bir varlığın yaradılışı onları tələb etsin. Buna görə də onlar üçün üç xüsusiyyəti nəzərə almaq lazımdır:

1-Varlıqlardan hər bir növün fitri işləri həmin növün bütün fərdlərində mövcuddur, baxmayaraq ki, zəif və ya şiddətli olmaq baxımından fərqli ola bilər.

2-Fitri işlər bütün tarix boyu sabit olmuşdur, bir varlığın fitrətinin tarixin müəyyən dövründə xüsusi bir şeyi tələb etməsi, başqa dövrdə isə başqa bir şeyi tələb etməsi mümkün deyildir.1

3-Fitri işlər varlığın yaradılışının tələbi olduğundan onların öyrənib-öyrədilməyə ehtiyacı yoxdur, amma onlar gücləndirilib istiqamət verilməkdə yol göstərənə ehtiyaclı ola bilər.

İnsanın fitri işlərini iki qismə bölmək olar:

a) Fitri mərifətlər: Belə ki, hər bir insan təlimə ehtiyac olmadan onlardan bəhrələnir.

b) Fitri meyllər. Belə ki, bu hər bir fərdin yaradılışının tələbidi.

Deməli, əgər hər bir fərd üçün Allah barəsində müəyyən növdən olan mərifət sübut olunsa və öyrənib təlim görməyə ehtiyacı olmasa onu fitri allahşünaslıq adlandırmaq olar. Əgər Allaha bir növ meyl etmə və Ona pərəstiş etmə hissi hər bir insanda tapılsa onu fitri allahpərəstlik adlandırmaq olar.

İkinci dərsdə qeyd olundu ki, nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss, yaxud dini atifə adlandırmışlar. Bunu da əlavə edirik ki, Allah mərifəti də insan fitrətinin tələbi hesab edilmişdir. Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mərifətdir. O mərifətdir ki, adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli səylərdən ehtiyacsız etsin.

Lakin unutmaq olmaz ki, hər bir fərd heç olmazsa fitri-hüzuri mərifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər, tədrici olaraq agahsızlıq üzündən olan şühudi mərifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər.

Bir sözlə “Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun ənginliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənməyə qabildir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.

SUALLAR


1-Dünyagörüş məsələsinin əsası hansıdır? Onun əsas olması səbəbi nədir?

2-Mütəal Allah barəsində hüzuri və hüsuli mərifəti bəyan edin.

3-Hüzuri mərifəti əqli istdilal vasitəsilə əldə etmək olarmı? Nə üçün?

4-Hüsuli mərifət hüzuri mərifət barəsində hansı rolu ifadə edə bilər?

5-Fitrətin mənasını bəyan edin.

6-Fitri işlərin xüsusiyyətlərini söyləyin.

7-Fitri işlərin növlərini göstərin.

8-Hansı fitri iş Allaha aiddir?

9-Allahı fitri tanımağı izah edin.

10-Allahı tanımaq fitrəti adi insanları əqli istidlaldan ehtiyacsız edirmi? Nə üçün?



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin