19
mişdir. Milli dövlətçilik atributlarının bədii tərtibata daxil edilməsi səhnəq-
rafiyanın bədii-emosional təsir gücünü artırır və onu daha cəlbedici edirdi;
- Müasir dövrdə teatrın janr rəngarəngliyi tamaşanın
bədii həllinin xa-
rakterini müəyyən edən əsas cəhətlərdən birinə çevrilmişdir. Müxtəlif xa-
rakterli tamaşalarda təsadüf edilən fərqli tərtibat nümunələri Naxçıvan teat-
rı səhnəqrafiyasının geniş sənət imkanlarını nümayiş etdirirdi;
- Naxçıvan teatrının müasir mərhələsində rəssamlar səhnə tərtibatının
klassik və müasir prinsiplərinin sintezini yaratmaq yolunda xeyli irəlilə-
məklə bu yolu inkişaf etdirirlər.
Teatr rəssamlığının tarixi inkişaf yolu bu gün də yaradıcılıq axtarışla-
rından usanmayan “yolçu”ların əldə etdiyi nailiyyətlərlə zəngindir. Bu ya-
radıcı insanlar uğurlu nəticələr əldə etmək üçün uzun
illəri əhatə edən ya-
radıcılıq ənənələrinə sadiq qalmaqla yanaşı, həm də Azərbaycanın və dün-
ya səhnəqrafiyasının son nailiyyətlərini, göstəricilərini
diqqətlə izləyir,
müasirlik və sənətkarlıq mövqeyindən çıxış etməklə uğurlu inkişaf yolunu
seçirlər.
Beləliklə, tədqiq olunmuş material Azərbaycan teatr rəssamlığı sənəti
tarixində müəyyən iz qoymuş, Naxçıvan teatrının səhnəsində çalışmış bəzi
teatr rəssamlarınn yaradıcılıq yolu və səhnəqrafiyanın bədii xüsusiyyətləri-
nin öyrənilməsində növbəti addım kimi dəyərləndirilməlidir.
Dostları ilə paylaş: