5
Naxçıvan teatrında romantik, realist və lirik-psixoloji yaradıcılıq mək-
təbləri mövcuddur. Eyni zamanda burada çağdaş dünya avanqard teatrının
sənətkarlıq prinsiplərindən də istifadə olunur. Təhlilə
çəkilən mövzu bila-
vasitə teatrın üslub və forma müxtəlifliyi əsasında araşdırılır.
Ayrı-ayrı tədqiqatçılar tərəfindən qələmə alınmış çoxsaylı məqalələrdə
Naxçıvan teatrının
tarixi inkişaf yolu, bu teatrda səhnə təcəssümü tapan
tamaşaların bədii tərtibatı, teatr rəssamlarının yaradıcılığına
həsr olunmuş
məlumatlar və elmi araşdırmalar yer almışdır. Mahiyyəti bu cür estetik tə-
ləblərə söykənən tədqiqatın əhatə dairəsi çox genişdir və mövzunun işlən-
mə dərəcəsi bütövlükdə teatrın mövcudluğunun,
demək olar ki, bütün
dövrlərini əhatə edir.
Naxçıvan Teatrının səhnəqrafiyası haqqında
geniş məlumat verilməsə
də bu teatr haqqında kitablar, məqalələr yazılmışdır ki, burda da teatr rəs-
samlığından qısa olaraq bəhs olunur. Naxçıvan teatrı haqqında müəlliflər-
dən Əli Xəlilovun “Naxçıvan Teatrının tarixi”
11
,
Lətif Hüseynzadənin
“Naxçıvan Teatrı tarixindən”
12
kitabları Naxçıvan teatrının tarixini öyrən-
mək üçün əvəzolunmaz mənbə rolunu oynayır. Naxçıvan Teatrı haqqında
Əli Qəhrəmanovun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musi-
qili Dram Teatrı”
13
, İlham Rəhimlinin Cəlil Vəzirovla həmmüəllif olduqla-
rı “Naxçıvan teatrı”, Əli Qəhrəmanovun “Naxçıvan Teatrı intibah yolların-
da” (1883-1920)
14
, Əli Qəhrəmanov, Sarvan İbrahimov və Fəxrəddin Cə-
fərovun birgə hazırladıqları “Naxçıvan teatrının salnaməsi”
15
, Arif Əbdür-
rəhmanovun “Teatrda rəssamın rolu”
16
, Şamil Qaziyevin albom-kataloqu
17
,
Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduqları “Bəhruz bəy
Kəngərli taleyi” kitablarında geniş məlumat verilmişdir.
Naxçıvan Teatrının ayrı-ayrı tamaşaları, bu tamaşaların rəssamları haq-
qında yazılmış məqalələr də respublika mətbuatında çap olunmuşdur. Te-
atrda fəaliyyət göstərən rəssamların albom-kataloqu, onların Naxçıvan mu-
zeylərində, şəxsi kolleksiyalarda saxlanılan səhnə tərtibatı üçün işlədikləri
eskizlər, maketlər və tamaşalardan çəkilmiş fotoşəkillər zəngin mənbədir.
Tənqidi nöqteyi-nəzərdən fikir söyləyən sənətşünaslar da, həmçinin həmin
11
Xəlilov.Ə.T. Naxçıvan Teatrının tarixi - Bakı: Azərbaycan Teatr Cəmiyyəti, 1964, 93 s.
12
Hüseynzadə L. F. Naxçıvan teatrı tarixindən - Bakı, “Araz”, 2002, 36 s.
13
Qəhrəmanov Ə. K. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı -
Bakı:“Nurlan” Nəşriyyatı, 2004, 414 s.
14
Qəhrəmanov Ə.K. Naxçıvan teatrı intibah yollarında (1883-1920) - Bakı: “MBM”, 2008,
160s.
15
Qəhrəmov Ə.K. Naxçıvan teatrının salnaməsi (1883-2008) - Naxçıvan: 2010, 735s
16
Əbdürrəhmanov A. Teatrda rəssamın rolu - Bakı, “Elm və təhsil”, 2012, 104s.
17
Şamil Qaziyev, Naxçıvan: “Əcəmi”, 2010, 63s