HəBİBƏ RƏŞad qızı allahverdiyeva


Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix26.05.2022
ölçüsü467,3 Kb.
#116289
1   2   3   4   5   6   7   8   9   ...   18
sen n ahr 11 07 18

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqat işində başlıca məqsəd Nax-
çıvan Dövlət Musiqili Dram Teatrında səhnə tərtibatı ilə məşğul olan rəs-
samların fərdi bədii-estetik xüsusiyyətlərini müəyyənləşdirmək, onların ya-
radıcılığına elmi dəyər verməkdir. Məlumdur ki, Naxçıvan teatrında səh-
nəqrafiyanın inkişaf mərhələləri ən geniş mənada milli səhnəqrafiyamızın 
tərkib hissəsidir. Naxçıvan teatrına istinad etməklə milli səhnəqrafiyamızın 
müxtəlif mərhələlərindəki əsas yaradıcılıq proseslərini məhz bu konteskst-
də izləmək və təhlilə cəlb etmək məqsədəuyğundur ki, bununla da disserta-
siyanın qarşıya qoyduğu aşağıdakı vəzifələr müəyyənləşdirilir: 
- Azərbaycan teatrında səhnə tərtibatı ilə məşğul olan ilk rəssam Nax-
çıvanda yaşayıb-yaratmış Bəhruz bəy Kəngərlidir. Onun səhnəqrafiya ya-
radıcılığını araşdırmaq və Naxçıvan teatrının peşəkar fəaliyyəti istiqamə-
tindəki rolunu təhlilə cəlb etmək; 
- Azərbaycan teatrında səhnə tərtibatı ilə məşğul olan ilk rəssam Nax-
çıvanda yaşayıb-yaratmış Bəhruz bəy Kəngərlidir. Onun səhnəqrafiya ya-
radıcılığını araşdırmaq və Naxçıvan teatrının peşəkar fəaliyyəti istiqamə-
tindəki rolunu təhlilə cəlb etmək; 
- Naxçıvan teatrında çalışmış rəssamların mövzu-janr probleminə mü-
nasibətinin bədii-estetik özəlliyini (fərdiliyini) üzə çıxarıb təhlil etmək; 
- Naxçıvanın teatr rəssamlarının müxtəlif üslublu rejissorlarla yaradıcı 
iş prosesinin başlıca prinsipləri və onların səhnəqrafiyaya gətirdikləri yeni-
likləri öyrənmək; 
- Naxçıvan teatrında müasirlik probleminin bədii tərtibatda təcəssümü, 
bu problemin estetik baxımdan araşdırılması; 
- Əcnəbi dramaturqların Naxçıvanda tamaşaya qoyulan əsərlərində 
müəllifin mənsub olduğu xalqın mədəniyyətinin səhnə təcəssümü və bura-
da millilik xüsusiyyətlərinin əsaslarının təhlilini vermək. 
Tədqiqatın obyekti və predmeti. Dissertasiyada tədqiqat obyekti kimi 
Naxçıvan Dövlət Musiqili Dram Teatrının (geniş mənada Naxçıvan teatrı-
nın) 1882-2014-ci illərdə hazırlanan tamaşalara tərtibat verən teatr rəssam-
larının dekorasiya eskizləri, geyim nümunələri çıxış edirlər.
Təhlil predmeti isə Naxçıvan teatrında oynanılan tamaşalara verilmiş 
bədii tərtibatların elmi-nəzəri əsaslarıdır. Janr, forma, məzmun müxtəlifli-
yinə, üslub, kompozisiya əlvanlığına geniş elmi-nəzəri qiymət vermək, on-
ları çağdaş sənətşünaslıq elminin vacib estetik prinsipləri əsasında təhlilə 
çəkmək üçün tədqiqat obyektindəki tamaşalar bu bölgü əsasında sistemləş-
dirilib: 
- milli və dünya klassiklərinin əsərlərinin səhnə təcəssümündə bədii tər-
tibatın başlıca bədii-estetik xüsusiyyətləri; 



- çağdaş Azərbaycan dramaturqlarının və əcnəbi müəlliflərin müxtəlif 
mövzulu əsərlərinin tamaşalarında səhnə tərtibatının əsas özəllikləri; 
- musiqili tamaşalarda rəssam işinin mahiyyətinin janrla uyğunluğu. 
Tədqiqatın obyekti və predmeti ilk növbədə zaman-məkan xronotopu 
prinsiplərində təhlilə çəkilir.

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin