HəBİBƏ RƏŞad qızı allahverdiyeva


“Naxçıvan teatrının ilkin dövründə bədii tərtibatın əsas səciyyələ-



Yüklə 467,3 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix26.05.2022
ölçüsü467,3 Kb.
#116289
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
sen n ahr 11 07 18

“Naxçıvan teatrının ilkin dövründə bədii tərtibatın əsas səciyyələ-
ri” adlı yarımfəsildə Naxçıvan teatrının ilk professonal teatr rəssamı Bəh-
ruz bəy Kəngərliyə qədərki dövr və onun teatrda fəaliyyəti zamanı teatr 
rəssamlığında olan inkisaf xüsusiyyətlərindən bəhs olunur. 
Tərəqqipərvər ziyalılar tərəfindən 1883-cü ilin may ayının 15-də gənc 
dram həvəskarlarının iştirakı ilə Hacı Nəcəf Zeynalovun evində Mirzə Fə-
təli Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyasının 
nümayişi ilə Naxçıvan teatrının təməli qoyulur. Naxçıvanda teatrın təməli 
qoyulan vaxtdan göstərilən tamaşalar rejissorun və aktyorların səyləri nə-
ticəsində böyük müvəffəqiyyətlə keçsə də əsərin ideya-bədii həllində mü-
hüm rol oynayan rəssam işinin zəif olması özünü qabarıq şəkildə göstərir-
di. Lakin teatrın yaradıcı kollektivi ortaya çıxan çatışmazlığı özünün yara-
dıcı qüvvəsi, maddi vəsaiti hesabına aradan qaldırmağa çalışmışdır. Tama-
şalarda evdən gətirilmiş əşyalardan ibarət səhnə tərtibatı hazırlanırdı. Belə 
ki, daha çox istifadə olunan cecim, xalça, miz, səndəllər, qablar, şamdan və 
lampalar əsərin ideyasına, hadisələrin cərəyan etdiyi məkana uyğun seçilir-
di. Geyimlərin obraza uyğun düzgün seçilməsi və qrimlənmə yenə də rejis-
sorun və aktyorların üzərinə düşürdü. 
Naxçıvanda XIX əsrin 90-cı illəri milli tərəqqi və dirçəliş dövrü adlan-
dırılır. Bu dövrdə teatrın və məktəbin fəaliyyəti genişlənmiş, müxtəlif mil-
li-mədəni problemlər həll olunmuşdur. Naxçıvan teatrının ilkin dövründə 
(1883-1921-ci illər) bədii tərtibat probleminin aktuallığı və inkişaf etdiril-
məsi məsələləri, qədim diyarın tərəqqipərvər ziyalıları tərəfindən təşkil 
edilən, gənc dram həvəskarlarının iştirakı ilə baş tutan ilk tamaşanın nüma-
yişindən sonra dirçəliş dövrünə qədəm qoydu. 
Həmin dövrdə teatrın bədii tərtibatında böyük dəyişiklik olmuşdur. 
Naxçıvan teatr rəssamlığında belə böyük yüksəliş Azərbaycan təsviri sənə-


12 
tində realizmin banisi, rəssamlıq təhsili görmüş ilk peşəkar rəssam Bəhruz 
bəy Kəngərlinin teatra gəlişi ilə baş vermişdir. Görkəmli sənətşünas Kərim 
Kərimov rəssamın həyat və yaradıcılığını əks etdirən “Bəhruz Kəngərli” 
adlı kitabında, eyni zamanda Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üz-
rə fəlsəfə doktoru Ziyadxan Əliyev və Nizami Aliyevin həmmüəllif olduq-
ları “Bəhruz bəy Kəngərli taleyi” kitabında qeyd olunduğu kimi,
əvvəllər 
səhnə tərtibatı həvəskar aktyorlar tərəfindən birtəhər düzəldildiyindən, çox 
sadə, mücərrəd və primitiv xarakter daşıyırdı, lakin B.Kəngərlinin teatra 
gəlişindən sonra Naxçıvan teatrında göstərilən tamaşalarda onun tərəfindən 
gözəl səhnə tərtibatı yaradılmış və səhnə üçün dekorasiyalar, müxtəlif pər-
dələr və geyim eskizləri hazırlanmışdır. O, teatrda fəaliyyətə başladığı 
vaxtdan etibarən həyata keçirdiyi bədii tərtibat işləri səhnələşdirilən əsərin 
ideyasının açılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Hadisə-
lərin cərəyan etdiyi mühitin təsviri, əsərə uyğun dekorların hazırlanması, 
obrazların dövrünə, xarakterinə, aid olduğu sosial və ictimai təbəqəyə uy-
ğun geyim eskizlərinin çəkilməsi və bütün bunların səhnədəki inikası 
Naxçıvan teatr tamaşalarının daha maraqlı və baxımlı olması üçün zəmin 
yaratmışdır. 
Rəssam Naxçıvan teatrında 1912-ci ildən 1918-ci ilə qədər nümayiş et-
dirilən tamaşaların səhnə tərtibatını böyük ustalıqla yaratmış, səhnəyə la-
zım olan dekor və pərdələr hazırlamış, aktyorların obraza uyğun qrimlən-
məsinə köməklik göstərmişdir. O, “Qırmızı araqçın”, “Evliykən subay”, 
“Kərbəlayi Güzəməlı”, “Dağılan tifaq”, “Pəhlivanani-zəmanə”, “Millət 
dostları”, “Ər və arvad”, “Pəri cadu”, “Ölülər”, “Müsibəti Fəxrəddin”, 
“Nadanlıq”, “Bəxtsiz cavan”, “Arşın mal alan”, “Əlli yaşında cavan”, “Ha-
cı Qara”, “Vətən, yaxud Silistirə”, “Zavallı cocuq” əsərlərinə səhnə tərti-
batı vermışdir. Bəhruz bəy Kəngərli realist rəssam idi. Özünün də qeyd et-
diyi kimi, realizm onun yaradıcılığında istər sulu boyalarla, istərsə də yağlı 
boya texnikası ilə işlədiyi əsərləri ilə bərabər həm də tamaşalara çəkdiyi 
səhnə tərtibatında öz əksini tapmışdır. Onun bədii tərtibat sahəsindəki ya-
radıcılığı tamaşaya qoyulan əsərin ideya-fəlsəfi mənasının hansısa simvo-
lik detallarla üzə çıxarmaqla baş verənlər və bütövlükdə mühit haqqında 
tamaşaçıda dolğun təəssürat yaradırdı. Bu da yaradıcı insan kimi onun rea-
list tendensiyalarının həm forma, həm də rəng “məkan”ında özünü qabarıq 
şəkildə büruzə verməsi ilə bağlıdır. 
Dissertasiya işinin “Teatrın dövlət təsisatına keçməsindən sonrakı 

Yüklə 467,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin