Hədəfin Bilgəsi



Yüklə 19.18 Kb.
tarix01.07.2018
ölçüsü19.18 Kb.

Hədəfin Bilgəsi” adlı nominasiyasının

ƏSASNAMƏSİ

Hədəf Kursları MMC-nin hər ay təşkil etdiyi Sınaq İmtahanlarında filial birincisi və Ümumi Kurs birincisi olan abituriyentlərin qiymətləndirilməsi:

1. Hər filialda bütün qruplar üzrə (4 nəfər) 1-ci yerin qalibi şagird həmin ayın “Filial Bilgəsi” adlandırılsın. Məs., “Xırdalan filialı Bilgəsi” və s.

- “Filial Bilgəsi”:

- Həmin abituriyentlər haqqında qısa məlumat və onların fotoşəkilləri olan afişlar hazırlansın (elektron və kağız formada).

- Kağız afişlər elanlar lövhəsinə, elektron afişlər filial foyesində olan Led TV-lərdə ay boyunca gündə bir neçə dəfə olmaqla yayımlansın.

- “Filial Bilgələri” haqqında məlumatların toplanması filialda fəaliyyət göstərən Sosial İşçilərə tapşırılsın.

- “Filial Bilgəsi” afişləri (elektron, kağız) bütün filiallar üzrə vahid bir dizaynda “Hədəf Multimedia” Mərkəzi tərəfindən hazırlansın.

2. “Filial Bilgəsi” afişində aşağıdakılar yer alır:

- Abituriyentin adı, soyadı, ata adı.

- Fotoşəkili.

- Təhsil aldığı orta məktəb, sinif.

- Hədəf Kursları MMC-də hazırlaşdığı qrup, sinif və s.

- Sınaq imtahanında topladığı bal.

- Fənnlər üzrə uğur faizi.

- Əvvəlki imtahanlara nəzərən uğur göstəricisi.

3. “Filial Bilgəsi” üçün nəzərdə tutulmuş hədiyyələr:

- Filial müdiri adından “Təltifnamə” ilə müküfatlandırılır

- Filial müdiri adından abituriyentin valideyninə “Təşəkkür Məktubu” göndərilir

- Filialın kantinində istifadə edə biləcəyi müəyyən pul məbləğli kupon - filial müdiri adından verilir.

- Abituriyentin hazırlaşdığı sinif otağının qapısına “Bu otaqda sentyabr ayı Filial Bilgəsi - ad və soyadı - təhsil alır” adlı kiçik bir elan yerləşdirilir. Bu elan il sonuna qədər qapıda asılı qalır. Yeniləri əlavə edilir.

- İl sonunda şagirdi daha çox “Filial Bilgəsi” olan müəllimlər də mükafatlandırılır.

- İl ərzində 3 dəfə “Filial Bilgəsi” olan şagird 1 gün filial müdiri kreslosuna oturur və şagirdlərin problemlərini dinləyir. Sonda bu problemlər haqqında filial rəhbərliyini məlumatlandırır.

4. “Hədəfin Bilgəsi”:

- Aylıq sınaq imtahanında Hədəf Kursları üzrə ən yüksək bal toplamış abituriyent (eyni bal olarsa abituriyentlər) “Hədəfin Bilgəsi” tituluna layiq görülür.

- “Hədəfin Bilgəsi” haqqında müəyyən məlumatların və fotoşəkillərin əks olunduğu video-çarx (alt yazılı) hazırlanır, ay boyunca Hədəf Kurslarının bütün filiallarında Led TV-lərdə yayımlanır (Hədəf Multimedia tərəfindən vahid şablonda hazırlanır)

- Hədəf Kursları rəsmi facebook səhifəsində və digər sosial media vasitəsilə bu video-çarx yayımlanır.

5. “Hədəfin Bilgəsi” video-çarxında aşağıdakılar yer alır:

- Abituriyentin adı, soyadı, ata adı.

- Bir neçə fotoşəkili (evdə, dərs çalışdığı yerdə, müəllimləri ilə, kursda, sosial həyatı və s.)

- Təhsil aldığı orta məktəb, sinif.

- Hədəf Kursları MMC-də hazırlaşdığı filial, qrup, sinif və s.

- Sınaq imtahanında topladığı bal.

- Fənnlər üzrə uğur faizi.

- Hədəfə qəbul balı.

- Əvvəlki imtahanlara nəzərən uğur dərəcəsi.

6. “Hədəfin Bilgəsi” üçün nəzərdə tutulmuş hədiyyələr:

- Hədəf Kursları MMC-nin Baş Direktoru və ya onu əvəz edəcək şəxs adından “Diplom”la mükafatlandırılır.

- Hədəf Kursları MMC-nin Baş Direktoru adından xüsusi hədiyyə.

- Baş Direktor adından abituriyentin təhsil aldığı Orta Məktəbə və valideyninə “Təşəkkür Məktubu” (Şagirdin oxuduğu məktəbə isə məktubla bərabər müəyyən kitab hədiyyələri) göndərilir.

- Filialın kantinində istifadə edə biləcəyi müəyyən pul məbləğli kupon - filial müdiri adından verilir.

- Həmin ayın təhsil haqqından azad edilir.

- Hər hansı bir filila “Hədəfin Bilgəsi”nin ziyarətinin təşkil edilməsi. Dinləyicilərlə görüşünə, Filial ilə yaxından tanışılığına şərait yaradılır. (Filialda gördüklərini və abituriyentlərlə görüşdən gəldiyi qənaəti Hədəf Kursları MMC-nin Baş Direktoru və ya İcraçı Direktoru ilə bölüşür).

- Baş İdarə büdcəsindən hər ay 100 AZN məbləğində maliyyə “Hədəf Bilgəsinin” xərcləməsi üçün ayrılır. Bu vəsait “Hədəf Bilgəsi”nin qərarı ilə hər hansı bir şagird və ya müəllimə mükafat, sosial aksiya, filial üçün lazımı avadanlığın alınması və s. xərclənə bilər.

- “Hədəf Bilgəsi” tituli il boyu öz statusunu saxlayır. Əgər dinləyici gələn imtahanlarda birinci olmasa belə bu statusdan qaydalar çərçivəsində yararlana bilir.

- “Hədəf Bilgə”lərinin ümumi TOYu (Bilgələr Məclisi) təşkil olunur. Hər ayın qalibi olan abituriyentlər bu Bilgələr Toyunun üzvü olur, Hədəfin Bilgəsi olan şəxs Toyun Baş Bilgəsidir. Toy Baş idarədə təşkil edilir, ay ərzində filiallardakı problemlər və ya təkliflər müzakirə edilir. Hədəfin BİLGƏsi titulu Bilgələr toyunda Baş Direktor tərəfindən təqdim edilir.

- “Hədəf Bilgəsi” istənilən bir fənn üzrə mövzu izahını elektron lövhədə təqdim edir. Bu izah video dərs kimi “Abituriyentin Hədəf Saatı” başlığı altında Hədəf YouTube kanalında yayımlanır.

- Abituriyentin hazırlaşdığı sinif otağının qapısına “Bu otaqda sentyabr ayı “Hədəfin Bilgəsi” - ad və soyadı - təhsil alır” adlı kiçik bir elan yerləşdirilir. Bu elan il sonuna qədər qapıda asılı qalır. Yeniləri əlavə edilir.



- İl sonunda şagirdi daha çox “Hədəfin Bilgəsi” olan müəllimlər mükafatlandırılır.

- İl sonunda şagirdi daha çox “Hədəfin Bilgəsi” olan filial və filial müdiri xüsusi Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılır.

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə