Dünyanın əksər ölkələrində tələbələrin xarici ölkə klinikalarında ixtisaslaşmaya və ya elmi fəaliyyətə göndərilməsinin artıq 50 ildən artıq müddətdə sınanılmış effektiv üsulu IFMSA (International Federation of Medical Students Associations, www.ifmsa.org) adlanan beynəlxalq şəbəkə vasitəsilə keçirilən mübadilə proqramıdır. IFMSA Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınmış bir şəbəkədir. Bu proqram çərçivəsində tibb tələbəsi istənilən ölkədə 1 ay professional, 1-6 ay müddətində isə elmi ixtisaslaşma keçə bilər. IFMSA humanitar prinsiplər əsasında işləyən şəbəkə olub, il ərzində bütün dünyada 8000-dən çox tələbənin mübadiləsinə şərait yaradır. Ölkəmizin nümayəndələri AzerMDS olaraq 2005-ci ildən IFMSA-nın üzvlüyünə namizəd keçmiş, 08.08.2007-ci il tarixindən isə tam hüquqlu üzvlüyünə qəbul olunmuşuq.
Mübadilə proqramında Azərbaycan Respublikasının istənilən dövlət və ya özəl universitetlərinin tibb fakultələrinin tələbələri, bəzi müstəsna hallarda bu fakultələri bitirmiş internalar, gənc həkimlər və bioloqlar da iştirak edə bilər. Seçim mərhələlərində üstünlük professional mübadilədə (SCOPE) müalicə işi və ya pediatriya fakultələrinin 4-6 kurs tələbələrinə, elmi mübadilədə isə bütün fakultələrin (stomatologiyadan başqa) 2-5 kurs tələbələrinə veriləcəkdir. Stomatologiya fakultəsi IFMSA-da tibbdən kənar fakultə kimi qəbul olunduğundan AzerMDS bu fakultənin tələbələrinin mübadilədə iştirak etməsini təşkil ede bilmir.
Mübadilədə iştirak etmək hüququ qazanmaq üçün aşağıdakı mərhələləri keçmək lazımdır:
1. Sonda göstərilmış ”Qeydiyyat vərəqəsi” adlandırdığımız standart ərizə formasını tam doldurub amdsforum@yahoo.com e-mail ünvanına göndərmək.
2. AzerMDS-in təşkil edəcəyi test şəklində ingilis dili (tibbi suallar daxil olmaqla) imtahanından keçmək.
3. Yekun müsahibədə iştirak etmək.
Hər bir mərhələdən sonra müraciət edənlərin göstəricilərinə əsasən seçim aparılacaqdır və tələbələrə e-mail vasitəsi ilə növbəti mərhələyə seçilib seçilməməyi haqqında məlumat veriləcəkdir.
Əziz tələbələr,
əlavə naraziliqlarin qarşisini almag üçün proqrama müraciət etməzdən öncə, aşağıdakı BƏYƏNNAMƏNİ özünüzün və valideyinlərinizin diqqətlə oxumağınızı xahiş edirik!!!
AzerMDS-in Mübadilə Proqramları barədə bəyəmnaməsi:
Mübadilə Proqramları haqqinda qısa məlumat:
IFMSA mübadilə proqramları 2 komitə çərçivəsində təklif olunur. SCORE – Elmi Mübadilə Üzrə Daimi Komitə və SCOPE – Professional Mübadilə Üzrə Daimi Komitə.
SCORE - elmi mübadilə proqramları, tələbələrə yaşadıqları ölkədən xaricdə olan elmi layihələrdə iştirak etmək imkanı yaradır. IFMSA Elmi Mübadilə layihələri tibb tələbələri üçün uyğunlaşdırılmış layihədir. Adətən bu layihələr bir qrup elmi işçilər tərəfindən aparılan daha böyük elmi layihələrin bir hissəsidir. Həmin elmi işçilərdən biri sizin rəhbəriniz olur və bütün mübadilə müddətində sizinlə məşğul olur, layihənin detallarını sizə izah edir. Mübadilədə iştirak edən tələbələr layihələrdə elmi rəhbərlərin birbaşa nəzarəti və rəhbərliyi altında işləyir. Tələbələr elmi axtarışların prinsipləri, ədəbiyyat axtarışı, informasiya yığılması,
laborator işlər, statistik və etik aspektlər kimi məsələlərdə elmi rəhbər tərəfindən istiqamətləndirilir. Elmi layihənin 3 cür olur:
(1) Basic Science- bu tip layihələr adətən laborator layihələrdir və eksperimental modeller üzərində aparılır. Elmi axtarışların nəticələri tibbə tətbiq oluna bilər.
(2) Clinical Project with lab work - bu tip layihələr xəstələr üzərində müşahidə və laboratoriyada uyğun təcrübələrin qoyulması ilə aparılır. (Məsələn, insanlar üzərində müşahidə etdiyiniz xəstəliyin laboratoriyada eksperimental olaraq yaradılması);
(3) Clinical Project without Lab Work - bu tip layihələrdə elmi axtarışlar klinikada aparılır.
SCOPE - Professional mübadilə – xarici bir ölkə xəstəxanasında tibbi təcrübə keçən tibb tələbəsinin mübadiləsi mənasını verir. SCOPE ilə təcrübə növləri:
-
Pre-klinik təcrübə: tələbənin universitet və ya xəstəxananın preklinik şöbəsində qalaraq işləməsi və ya tədrisini nəzərdə tutur.
-
Klinik təcrübə: klinika və ya xəstəxananın klinik bölməsində tələbənin olması, yaxud müalicə həkiminin yanında təcrübə alması.
Professional Təcrübə tibbin bütün klinik və preklinik sahələrində təklif oluna bilər. Təcrübənin davametmə müddəti 4 həftədir. O ingilis dilində və ya ölkənin öz dilində aparılır.
Daha ətraflı www.azermds.org və www.ifmsa.org internet səhifələrinin müvafiq bölmələrində məlumat ala bilərsiniz.
Maddi Xərclər:
Mübadilə proqramında iştirak edən tələbələr yol xərcini və mübadilə olunacaq dövlətdən asılı olaraq 250-400 avro arası iştirak haqqi ödəməlidilər. Seçilən hər bir tələbə ifmsa.net səhifəsində exchange conditions bölməsində gedəcəyi ölkənin iştirk haqqının məbləğini dəqiqləşdirə bilər.
Ötən illərdə həttə son günlərdə belə mübadilədən imtina edənlərin çoxluğunu nəzərə alaraq bu il AzerMDS iştirak haqqının tam məbləğini tələbə dərhal seçilən kimi ödənilməsini tələb edəcəkdir.
Müqavilələr birtərəfli (unilateral) və ikitərəfli (bilateral) olaraq bağlanılır. Birtərəfli müqavilə olduqda həmin məbləğ tələbənin mübadilə programı üçün yola düşməsindən 3 gün əvvəl, tələbə aviabiletinin sürətini təqdim etdikdə, qaytarılacaqdır və bu məbləğ tələbənin mübadilə proqramına getdiyi ölkədə ödəniləcəkdir. Sizi qəbul edən komitələrin bəziləri bank köçürməsii ilə ödəniş tələb edirsə, məbləğ daha tez qaytarıla bilər. Mübadiə ikitərəfli olduqda isə iştirak haqqı avtomatik olaraq AzerMDSin büdcəsinə köçürüləcəkdir (artıq tələbə gedəcəyi ölkədə heç nə ödəmir).
İştirak haqqına nələr daxildir: tələbələrin 28 günlük klinikada təcrübənin və ya elmi işin təşkili, yaşayış yeri (ev, yataqxana) və demək olar bütün ölklər (məs almaniya unilateral istisna olunmaqla) gündə azı 1 dəfə qidalanma təmin edirlər.
Bəzi hallarda qarşı ölkə könüllü olaraq iştirakçını hava limanında qarşılayır və cib xərci üçün pul vəsaiti ayırır.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən müddəalar iştirakçının getdiyi ölkədə təşkilatçılar tərəfindən təmin olunmalıdır və AzerMDS bunların hansı səviyyədə yerinə yetirilməsinə məsuliyyət daşımır! Lakin, iştirakaçı istənilən etapda hər hansı problem ilə üzləşdiyi zaman milli mübadilə koordinatorlamız ilə əlaqə saxlamalıdir ki, onlar qarşı tərəfin təşkilatçılarından öz öhdəliklərini yerinə yetirməyi tələb etsinlər.
Bundan əlavə mübadilədə iştirak edən hər bir tələbə seçildiyi zaman 50 AZN məbləğində depozit ödəyəcəkdir. Depozit tələbə mübadilədən qayıtdıqdan sonra yazılı hesabat verdikdən və database-də evaluation form-u doldurduqdan sonra geri qaytarılacaqdır.
Ödəniləcək tam məbləğ (depozit və iştirak haqqı) seçilən tələbələr üçün təşkil olunacaq xüsusi məlumatlandırıcı görüş zamanı təqdim edilməlidir. Görüşə gəlməyən və/və ya iştirak haqqı və depoziti ödəməyən iştirakçılar avtomatik olaraq öz yerlərini itirirlər!
Tələbə mübadilədən imtina etdiyi halda özünü əvəz edən tələbə tapmasa, ödədiyi tam məbləğ geri qaytarılmır!!! Geyd etmek lazimdir ki əvəz edici bu tələbə Azermds tərəfindən təsdiqlənməlidir!
AzerMDS mübadilə proqramında yer qazananların yalnız ölkə seçiminə təminat verir!!! İştirakçının arzu etdiyi şəhər, xəstəxana və şöbə ya da elmi layihəyə seçilib seçilməməsi həmin ölkənin təşkilatçıları tərəfindən boş yerlərə uyğun olaraq dəqiqləşdiriləcəkdir. İştirakçının istəmədiyi şəhər, xəstəxana və şöbə ya da elmi proyektə seçilmədiyi təqdirdə AzerMDS buna məsuliyyət daşımır və iştirakçı mübadilədən imtina edəcəksə məbləğ geri qaytarılmır!!!
Qeyd: Xaricdə keçdiyiniz təcrübə Azərbaycan Tibb Universiteti tərəfindən yay istehsalat təcrübəsi kimi müəyyən şətlər çərçivəsində rəsmən tanınır.
Gedəcəyi ölkənin tələb etdiyi sənədlərin hazırlanması eləcədə vizanın alınması ilə məşqul olmaq tamamilə iştirakçının öz öhdəliyindədir, lakin mübadilə koordinatorlarımız bu barədə sizə kömək edəcəkdir.
Tələbənin AzerMDS-İFMSA qanunlarına zidd olaraq praktikadan kənar qeyri-qanuni işlərlə məşğul olmasına və ya təcrübədən yayınmasına təşkilat cavabdehlik daşımır!
Əlavə məsuliyyət:
Mübadiləyə gedən hər bir telebe 2011ci ilin may ayından sonra tərtib olunacag xüsusi qrafikdə qeyd olunmaqla xaricdən Bakıya gələn tələbələrin sosial proqramının təşkilində iştirak etmək məcburiyyətindədir. Əlavə məlumat üçün mübadilə koordinatorlarına müraciət edin.
Aşağıdakı müddəalar nəzərə alınmalıdır:
-
Mübadilə Proqramının təşkil olunmasına yalnız yay aylarında təminat veririk. Bəzi ölkələr ilə bağladığımız mübadilə müqavilələrində hər hansı xüsusi müddət qeyd edilir (məsələn İtaliya SCOPE yalnız Noyabr) və mübadilə yalnız həmin vaxtlarda mümkündür. Tələbələrin universitetdə yay tətili olan aylardan savayı başqa aylarda mübadiləyə qetmək istəyirsə (və qedəcəyi ölkə tələbəmizi həmin ayda qəbul etməyə razılığını bildirərsə) tələbənin universitetdən icazə almağı tamamilə öz öhdəsindədir.
-
Yerlərimiz məhdud sayda olduğuna görə sizinlə birlikdə 2ci bir nəfər üçün mübadilə proqramına, eləcə də sizi müşayiət edən bir şəxsin sizinlə birlikdə səyahətinə təminat vermirik!!! Böyük ehtimal ki mübadilə üçün seçiləcəyiniz lokal komitə, şəhər, ölkədə yeganə azəri tələbə olacaqsınız. Əgər bununla razilaşmırsınısza xahiş edirik musabiqədə iştirakdan imtina edəsiniz. Unutmayın ki, getdiyiniz istənilən ölkədə sizinlə birlikdə başqa tibb tələbələri olacaq və siz tək olmayacaqsınız!
-
Keçən illərdə son anda imtina edənlərin çoxluğunu nəzərə alaraq qarşıdakı ildə bunu tam istisna etmək istəyirik. Belə ki mübadilədən imtina etdiyiniz halda sizdən alınan bütöv məbləğ geri qaytarılmayacaq! Atıq dərəcədə xahiş olunur ki, mübadilədən imtina edəcəyiniz təqdirdə bizə xəbərdarlıq edəsiniz!!!
-
Tələbələrin seçildikləri, yaxud seçmək istədikləri ölkənin mübadilə koordinatları ilə, eləcə də IFMSA Rəhbərliyi ilə əlaqə saxlaması qəti gadağandir!!! Siz problem və suallarınızla bağlı bizim mübadilə koordinatorlarımıza müraciət edə bilərsiniz. Seçildikdən sonra sizə gedəcəyiniz ölkədən yenə tibb tələbəsi olan köməkçi şəxs – contact person veriləcək ki, siz həmin ölkə və mübadilə proqramı ilə bağlı sizi maraqlandıran bütün suallarınızı ona ünvanlaya və onunla istədiyiniz kimi əlaqə saxlaya bilərsiniz.
-
Bütün seşim mərhələrindən uğurla keçib mübadilə proqramina seçilən iştirakçılarla e-mail ilə əlaqə saxlayacayıq. Bu təqribən Yeni İl bayramı ərəfəsində olacaq. Əgər siz iştirakınızı təsdiq etsəniz, sənədlərin yığılmasına və IFMSA internet səhifəsində qeydiyyat prosedurlarına başlanacaq. Bundan sonra sizin sənədlərinizi toplayaraq İFMSA-in İndoneziyada keçiriləcək Mart Görüşündə müvafiq ölkələrin nümayəndələrinə verəcəyik. Vaxtında təsdiq məktublarını göndərməyən və sənədlərini təqdim etməyən tələbələr mübadilə üçün qazandıqları yerləri itirəcəklər.
Hörmətli valideyin, yuxarıdakı müddəaları diqqətlə oxumağınızı və övladınızın proqramda ıştirakına razı olduğunuz halda bəyamnaməni imzalamanızı sizdən xahiş edirik.
Hörmətlə AzerMDS
Valideyinin imzası
İştirakçı tələbənin imzası
QEYD: Əgər bu il müsabiqədə iştirak etmək imkanınız yoxdursa, növbəti illər üçün bu və ya digər ölkədə təcrübə keçmək arzunuzu təşkilatımıza gələn ilin iyun ayina gədər yaza bilərsiniz. Bu halda AzerMDS IFMSA-nın növbəti Baş Assambleyasında sizin arzu etdiyiniz ölkədə təcrübə imkanını təşkil etməyə çalışacaq.
Aprel 2011 - Mart 2012 tarixlərində mübadilə proqramında iştirak etmək üçün ərizələrin son verilmə tarixi 1 Dekabr 2010-cu il. Qeydiyyat vərəqəsini dolduraraq aşağıdakı ünvana göndərməyiniz xahiş olunur:
amdsforum@yahoo.com
MƏKTUBUN MÖVZU, BAŞLIQ (SUBJECT) HİSSƏSİNƏ ÖZ ADINIZI, AŞAĞI XƏTT (UNDERLİNE), FAMİLİYANIZI, AŞAĞI XƏTT, AF2011 YAZMAĞINIZ ZƏRURİDİR! (Məsələn: Məmmədov_Məmməd_AF2011)
Mövzusu yuxarıda göstərilən qaydada geyd olunmayan müraciətlərə baxılmayacaqdır!!!
Müxtəlif ölkələrin mübadilə şərtləri ilə aşağıdakı ünvanlara daxil olub tanış ola bilərsiniz:
http://www.ifmsa.net/public/ecscopeselect.php - professional mübadilə
http://www.ifmsa.net/public/ecscoreselect.php - elmi mübadilə
Suallarınızı AzerMDS-in mübadilə koordinatorlarına ünvanlaya bilərsiniz:
Professional Mübadilə Üzrə Koordinator: Şəfiqə Yusifova shafa_y@hotmail.com, neo@azermds.org
Elmi Mübadilə Üzrə Koordinator: Nazxanim Gasimova naska.gasimova@yahoo.com, nore@azermds.org
Koordinator asistenti: Ayla Mehdiyeva iyla13@yahoo.com
QEYDİYYAT VƏRƏQƏSİ
PHOTO
Adı: ________________
Soyadı: ___________
Ata adı: ___________
Təvəllüdü: ____/_____/_____
Gün / Ay / İl
Telefon: Ev: __________ Mobil: __________
E-mail: ____________________________
Universitet: ____________________________
Fakültə: ___________________________
Kurs: _____
Xarici dil bilikləriniz:
* Dil sertifikatının sürətini təqdim edin
Əvvəlki illərdə mübadilə proqramlarımızda iştirak etmisinizmi? BƏLİ / XEYR
Birlikdə getmək istədiyiniz bir tələbə varmı? BƏLİ / XEYR Adı: _____________________
Valideyininiz siz seçildiyiniz mübadile programına tək getməyinizə razıdırmı?
BƏLİ / XEYR
AzerMDS-in işlərində iştirak etmisinizmi? BƏLİ / XEYR
Cavabınız “Bəli”-dirsə o zaman qeyd edin.
SCOME, SCOPE/SCORE, SCORA, SCOPH VƏ YA SCORP ____________________________________________________________
______________________________________________________
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
(Qeyd: Cavablarınız Komitə Koordinatorlarımız tərəfindən yoxlanılacaq)
Digər ictimai fəaliyyətiniz (konfrans, seminar, təlim və s.)
____________________________________________________________
______________________________________________________
____________________________________________________________
____________________________________________________________
Xaricdə olmusunuzmu? Əyər olmusunuzsa tək yoxsa valideyinlərinizlə? ( Olmusuzsa, nə məqsədlə?)
____________________________________________________________
______________________________________________________
Mübadilə proqramında iştirak etməkdə məqsədiniz? (ən azı 300 söz)
____________________________________________________________
______________________________________________________
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
Niyə məhz sizi seçməliyik?
____________________________________________________________
______________________________________________________
____________________________________________________________
____________________________________________________________
____________________________________________________________
Mübadilə programımız barədə haradan məlumat almısınız? _____________________
Hansı aylarda mübadilə proqramında iştirak etmək imkanınız var? ( altından xətt çəkin)
2011 – Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr Yanvar 2012 – Fevral Mart
Yuxarıda qeyd edilən ölkə siyahısından hansılarında mübadilə keçməyi arzulayırsınız:
( Xahiş edirik ki istənilən sayda maraqlandığınız ölkələri və mübadilə növünü prioritet sırası ilə qeyd edəsiniz: məsələn: 1. Türkiyə SCORE; 2. Avstriya SCOPE; və s.)
Qeyd: Hər hansı ölkəni və mübadilə növünü (professional və ya elmi) qeyd etməzdən əvvəl ifmsa.net səhifəsində onun exchnage conditions bölməsini diqqətlə oxuyun!
-
______________
-
______________
-
______________
-
______________
-
______________
-
______________
Siyahımızda olan ölkələr arasında hansı mübadilə məqsədi ilə sizi tamamilə maraqlandırmır:
-
______________
-
______________
-
______________
-
______________
-
______________