Balalar-Az.Com
Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.
İzah və şərqlər
1906
Bir məclisdə on iki kişinin söhbəti
(“Vəkil: həqsizə həqli deyib, bir çox günaha batmışam”)
İlk dəfə “Həyat qəzetində (10 fevral 1906, № 33) “M. Möhtəmil” imzası ilə çap olunmuşdur.
(Millət necə tarac olur olsun, nə işim var?!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1906, № 4) imzasız çap olunmuşdur.
“Molla Nəsrəddin” jurnalında həmin satiradan əvvəl Cəlil Məmmədquluzadə tərəfindən yazılmış “Niyə məni döyürsünüz?” adlı bir felyeton çap olunmuşdur.
(Ol gün ki, sənə xaliq edər lütf bir övlad)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may, № 8) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Jurnalın həmin il 19 mayda çıxan 7-ci nömrəsində “Hop-hop” imzası ilə “Niyə mən dərsdən qaçdım?” sərlövhəli bir felyetonun əvvəli, 26 may tarixli 8-ci nömrəsində isə mabədi dərc edilmişdir. Felyetonu C. Məmmədquluzadə yazmışdır. Sabirin satirası felyetonun məzmununa uyğun gəldiyindən, ədib bu satiranı felyetonun axırında nəşr etmişdir.
(Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 iyun 1906, № 11) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Sabirin “Molla Nəsrəddin”in 8-ci nömrəsində (26 may 1906) dərc edilmiş “Ol gün ki, sənə xaliq edər lütf bir övlad” adlı satirasının başında C. Məmmədquluzadə tərəfindən yazılmış “Niyə mən dərsdən qaçdım?” sərlövhəli felyetonun mabədi bu şerin əvvəlində çap olunmuşdur.
(Mahi-Kənanın batıb, ey piri-kənan, qəm yemə!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (2 iyun 1906, № 9) imzasız çap olunmuşdur.
Bu şeir Sabirin ilk məlum nəzirələrindəndir. Məhəmməd Hafizdən tərcümə etdiyi bir qəzələ nəzirə olaraq yazılmışdır.
Qəzəlin farscasında ilk beyt belədir:
“Yusifi güm keştə baz ayəd bə Kənan qəm məxur,
külbəyi əhzan şəvəd ruzi gülüstan qəm məxur”.
Hadi bu beyti belə tərcümə etmişdir:
“Mahi-Kənanın gələr, ey piri-Kənan, qəm yemə!
Beytüləhzanın olur bir gün gülüstan, qəm yemə!” Qocalıqdan şikayət
(“Əfsus qocaldım, ağacım düşdü əlimdən”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 iyun 1906, № 12) “Hop-hop” imzası ilə çap olunmuşdur. Bakı fəhlələrinə
(“Bu çərxi-fələk tərsinə dövran edir imdi”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (7 iyul 1906, № 14) imzasız çap olunmuşdur.
(Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul 1906, № 16) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Jurnalda satiradan əvvəl redaksiya tərəfindən “Tərəqqi əlamətləri” adlı bir felyeton dərc edilmişdir.
(Etdi bu fələk hər kəsə bir tövr yamanlıq)
İlk dəfə jurnalında (4 avqust 1906, № 18) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur.
Jurnalda satiradan əvvəl C. Məmmədquluzadənin “Qoloşapovun geri çağırılması” adlı felyetonu dərc edilmişdir.
(Tərpənmə, amandır, bala, qəflətdən ayılma!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (11 avqust 1906, № 19) imzasız çap olunmuşdur. Təhsili-elm
(“Təhsili-ülum etmə ki, elm afəti-candır”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust 1906, № 20) “(M. M.)” imzası ilə çap olunmuşdur.
Bu şer Füzulinin “Leyli və Məcnun” poemasındakı qəzəllərindən birinə nəzirədir. Həmin qəzəl belə başlanır:
“Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır!”
*Lağlağı - “Molla Nəsrəddin” jurnalında əsasən C. Məmmədquluzadə tərəfindən işlədilən gizli imzalardan biridir.
*Qızdırmalı - “Molla Nəsrəddin” jurnalında çap olunmuş şerlərdə M. H. Zeynalovun işlətdiyi gizli imzadır.
*Sırtıq - “Molla Nəsrəddin” jurnalında işlənmiş gizli imzalardandır.
*Mozalan - “Molla Nəsrəddin” jurnalında ən çox Ə. Haqverdiyevin istifadə etdiyi gizli imzadır.
*Hop-hop – M. Ə. Sabirin ən məşhur gizli imzalarından biridir. Bu imzadan publisistikada bəzən C. Məmmədquluzadə və başqaları da istifadə etmişlər.
Ata nəsihəti
(“Bəsdir, ey oğul, boş yerə bu elmə çalışma”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1906, № 21) “Yaramaz” imzası ilə çap olunmuşdur.
(Ah eylədim nəşeyi-qəlyanın üçündür)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (1 sentyabr 1906, № 22) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Şeir Füzulinin bu beyti ilə başlanan qəzəlinə nəzirədir:
“Ah eylədim sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın üçündür”. “Xəyat”ın gop-gopuna cavab
(“Bu tifl ki, nuri-bəsərü şireyi-candır”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr 1906, № 23) “Hop-hop” imzası ilə çap olunmuşdur.
C. Məmmədquluzadənin “Niyə mən dərsdən qaçdım?” adlı felyetonu, M. Ə. Sabirin “Ol gün ki, sənə xaliq edər lütf bir övlad” və “Bilməm nə görübdür bizim oğlan oxumaqdan” misraları ilə başlanan şerləri “Molla Nəsrəddin” jurnalında (19, 26 may və 16 iyun 1906, № 7, 8 və 11) çap ediləndən sonra “Həyat” qəzetinin 1906-cı il 25 avqust tarixli 190-cı nömrəsində “Gop-gop” imzası ilə həmin əsərlərə həm nəsr, həm də nəzm ilə cavab verilmişdir. M. Ə. Sabir “Həyat”ın Gop-gopuna cavab” adlı şerini məhz bu münasibətlə yazmışdır.
Jurnalda Sabirin şerindən əvvəl “Həyat”ın “Gop-gopuna” cavab (“Həyat”, № 190)” adlı bir felyeton da çap olunmuşdur.
*Ərəb əlifbasında iki cür H vardır: biri “həvvəz” hayı, o biri isə “hütti” hayı. Şair bunlara işarə edir.
*Gop-gop – “Həyat” qəzetində işlənmiş gizli imzadır.
*Başıqapazlı
*Bidərd
*Biqəm
*Qızdırmalı - “Molla Nəsrəddin” jurnalında işlənmiş gizli satirik imzalardır.
*Təşnələb
*Didənəm
*Molla Mozalan Barışnalara dair
(“Ey gül, nə əcəb silsileyi-müşki-tərin var”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr 1906, № 25) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Cavablar cavabı
(“Elm ayineyi-surəti-hal idi, nədən bəs?”)
“Həyat” qəzetinin bağlanması münasibəti ilə yazılan bu şer ilk dəfə “Molla Nəsrəddin” jurnalında
(6 oktyabr 1906, № 27) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Bakı pəhlivanlarına
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 oktyabr 1906, № 28) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Bu şer Füzulinin
“Könlüm açılır zülfi-pərişanını görgəc,
Nitqim tutulur ğönçeyi-xəndadını görcək”
beyti ilə başlanan qəzəlinə nəzirədir.
(Adətimiz daş idi dəva günü)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 oktyabr 1906, № 30) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Jurnalda şerdən əvvəl “Başına dönüm, Molla əmi!” adı altında kiçik bir felyeton çap edilmişdir. Məzmununa və ifadə tərzinə əsasən həmin felyetonun da M. Ə. Sabir tərəfindən yazıldığını ehtimal etmək olar.
Küpəgirən qarının qızlara nəsihəti
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, № 32) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Uşaqlara
(“Ey millətin ümmidi, dilü canı, uşaqlar!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, № 32) “Hop-hop” imzası ilə çap olunmuşdur.
(Mən bilməz idim bəxtdə bu nikbət olurmuş)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1906, № 34) “Hop-hop” imzası ilə çap olunmuşdur.
İlk dörd nəşrdə şerdən əvvəl belə bir qeyd vardır: “(Məşrutəçilərin məcburən Hacı Mirzə Həsən imamcüməni ixraci-bələd etdiklərində imamcümənin zəbani-halı)”.
Hacı Mirzə Həsən – Təbrizin nüfuzlu mollalarından idi. Əvvəlcə məşrutəyə tərəfdar olmuş, sonra İranda irtica qüvvətlənməyə başladığı vaxt əncümənin şəriətə zidd olması haqqında təbliğat aparmışdı. Buna görə də xalqın tələbi ilə Təbrizdən qovulmuşdu. Şeir bu münasibətlə yazılmışdır.
*Mirzə Cavad – Təbrizdə əncümən üzvü idi. Inqilabi nitq və çıxışları ilə tanınmışdı.
*Mirzə Hüseyn – O zaman Təbirzdə əncümənin fəal üzvlərindən olmuşdur.
(Hər nə versən ver, məbada vermə bir dirhəm zəkat)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 dekabr 1906, № 36) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur.
Jurnalrda şerdən əvvəl C. Məmmədquluzadənin “Qarnıyoğunlar” adlı felyetonu verilmişdir.
(Ələman, sərkəş olub...)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 dekabr 1906, № 39) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Balalar-Az.Com
Dostları ilə paylaş: |