Əzələnin süni şirədə əridilməsinə əsaslanan yeyinləşdirilmiş üsul. Çəkisi 10 qr olan əzələni ət maşınından keçirdikdən sonra stəkana salıb üzərinə 250 ml süni mədə şirəsi (pepsin 3 q+ hidrogen-xlorid 1 q + su 100 ml) tökülərək çalxalanır və termostata (42-470C) qoyulur. Mayenin yuxarı qatı 4-5 saatdan sonra atılır və çöküntü şüşə üzərində nazikcə yayılaraq mikroskopiya edilir.
Tam və natamam yarma üsulları
Ağciyərlərdə parazitlik edən helmintlərlə yoluxmanı bilmək üçün bronx yolları üzrə kəsik aparılır və görünən helmintlər toplanır. Sonra ağciyər xırda hissələrə doğranıb qaba qoyulur və üzərinə su tökülür, 10-15 dəqiqədən sonra orqanın hissələri yuyulur və sıxılaraq kənar edilir. Qalan suyun üst təbəqəsi süzülüb atılır. Çöküntüyə adi gözlə və ya lupa altında baxılır.