Helmintozların müayinə üsulları


Torpağın qurd yumurtası və sürfələrinə görə müayinəsi



Yüklə 51,48 Kb.
səhifə12/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Parazitologiya

Torpağın qurd yumurtası və sürfələrinə görə müayinəsi

Heyvandarlıq binaları, fermayanı ərazi və otlaqlarda torpağın 20 sm-ə qədər dərinliyindən 50-100 q nümunə götürülür. Nümunədən 50 qr mixbər şüşəsinə qoyulub üzərinə 150 ml adi su əlavə edilir və qarışdırılır. Bu zaman qarışığın üzərinə çıxan iri hissəciklər atılır. Nümunə sentrifuqada dəqiqədə 600 dəfə olmaqla 3 dəqiqə fırladılır, sonra şüşədəki su atılır. Çöküntünün üzərinə 150 ml Na nitrat duzunun məhlulu əlavə edilib, sentrifuqadan keçirilir. Sonra şüşənin ağzı əşya şüşəsi ilə örtülür və 30 dəqiqə saxlanılır. Bu müddətdə yumurta mayenin səthinə çıxır və əşya şüşəsinə yapışır. Sonra əşya şüşəsinin üzərinə bir neçə damla 50%-li qliserin əlavə edilir və örtücü şüşə ilə örtülərək mikroskop altında baxılır. Torpağı helmint sürfələrinə görə müayinə etmək üçün Berman üsulundan istifadə edilir. Peyinin müayinəsində də torpağın müayinəsi üçün tətbiq olunan üsullardan istifadə edilir.




Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin