Xüsusi profilaktika.
Heyvanların orqanizmində helmintləri məhv etmək üçün kimyəvi preparatlardan (antihelmintlərdən) istifadə olunur- dehelmintizasiya. Əsasən geniş yayılmış helmintozlara qarşı istifadə olunur.
Dehelmintizasiya III yerə bölünür:
1.Preimaginal dehelmintizasiya – Moniezioza, iti gedişli fassiolyozun və s. helmintozlara qarşı aparılır;
2.İmaginal dehelmintizasiya;
3.Postimaginal dehelmintizasiya.
Dezinvaziyanın mahiyyəti xarici mühitdə parazitar xəstəliklərin törədicilərini (qurdları, həşəratları, gənələri və s.), onların yumurta və sürfələrini məhv etməkdən, heyvanın həmin amillərə yenidən yoluxmasının qarşısını almaqdan ibarətdir. Bunun üçün fiziki və kimyəvi üsullardan istifadə olunur. İstifadə edilən alətlər, avadanlıqlar da dezinvaziya olunmalıdır.
Dezinseksiya vasitəsilə fermada, yem və peyin anbarlarında və s. yerlərdə olan zərərli həşəratlar (milçək (göy və yaşıl), ikiqanadlılar və s.) məhv edilir. Dezinseksiya üçün ən çox xlorofos, karbofos, trixlormetafos, kreolin, naftalizol, polixlorpipen, xlorlu əhəng və s. kimyəvi maddələr işlədilir. Hər m3 sahəyə 0,3-0,5 %-li xlorofos məhlulu çilənir. Preparatın təsir müddəti 6 gündür. Milçəkləri tərkibində xlorofos olan yemlə də məhv etmək olar. Xlorofosla isladılmış kağızdan da istifadə edilir.
Dostları ilə paylaş: |