Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə18/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Parazitologiya

Deratizasiya tədbirləri ferma ərazisində müxtəlif gəmiriciləri məhv etmək məqsədilə həyata keçirilir.
Ördəklərin polimorfozu

Törədici – Polimorphus magnus (tikanlı qurd).P.minutus –ev və vəhşi su quşlarının yoğun bağırsağında, P.magnus isə- quşların nazik bağırsaqlarında parazitlik edir.



P.magnus- geniş yayılmışdır və daha patogendir. Bu helmintlərin bədənləri iynəşəkillidir. Bədənlərinin ön tərəfində çoxlu qarmaqcıqlar yerləşir. Parazitin yumurtası da iynəşəkillidir. P.minutus xırda, iynəşəkilli qılbaş qurddu. Dişi və erkəklərinin ölçüləri eynidir(2-4 mm).

İnkişafı. Amilin aralıq sahibi –xərçənglərdir. Parazitin dişi fərdləri ördəklərin bağırsaqlarında yumurta qoyurlar. Bu yumurtalar kalla suya düşürlər. Xərçənglər suda həmin yumurtaları udurlar. Xərçəngin bağırsağında yumurtadan akantor azad olur. Akantorlar bağıraq divarından keçərək bədən boşluğuna düşürlər. Burada 18-250C temperaturda 50-60 gün ərində akantorlar invazion sürfələrə - akantellara çevrilirlər. Akantellalar dişi xərcəngin orqanizmində keçirirlər. Quşlar xərçəngləri yedikdə polimorfozla yoluxurlar. Polimorfozla ən yüksək yoluxma yayda müşahidə olunur. Qış aylarında ördəklər polimorflardan tamam azad olurlar.

Əlamətləri. Xəstəliyin səciyyəvi əlamətləri yoxdur. Xəstə quşlar inkişafdan qalır, onlarda ishal baş verir.

Diaqnoz. Quşu diri ikən yuma üsulu ilə kalda helmint yumurtanın tapılmasına əsasən diaqnoz qoyulur. Quş öldükdən sonra onun bağırsağında polimorfların tapılmasına əsasən müəyyən edilir.

Müalicə məqsədilə ördəyin hər kq çəkisinə 0,5 kq hesabı ilə bitional həb şəklində daxilə tətbiq edilir. Yemlə qarışdırıb vermək də olar. Bundan başqa filiksan, 4-xlorlu karbon və s. Preparatlardan istifadə edilir. Cavan quşlar yaşlı quşlardan ayrı saxlanmalıdır. Ördəklər üçün ayrılmış gölməçələr hər 1-2 ildən bir dəyişdirilməlidir.



Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin