Nativ yaxma üsulu. Kalda helmint yumurtalarını tapmaq üçün ən sadə üsuldur. Noxud boyda fekali götürüb əşya şüşəsi üzərinə qoyduqdan sonra üzərinə 50%-li qliserin və ya adi su damlası əlavə edilir. Şüşə və ya ağac çubuqla qarışdırılıb üzərinə örtücü şüşə qoyularaq mikroskop altında müayinə olunur.
Ardıcıl yuma (çökdürmə) üsulu.5-10 q nəcis 50-100 ml suda əzilib qarışdırıldıqdan sonra cuna və ya metal süzgəcdən keçirilir. 5 dəqiqədən sonra maye sorulur və çöküntüyə yenidən su əlavə edilərək 5 dəqiqə duruldulur. Əməliyyat maye şəffaflaşana qədər davam etdirilir və çöküntü trimatod yumurtanın olmasına görə yoxlanılır.