Helmintozların müayinə üsulları



Yüklə 51,48 Kb.
səhifə21/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
Parazitologiya

Qaramalın fransaiellyozu

TörədicisiFrancaiella colchica – iri piroplazmidlərə aiddir. İti gedişli, yüksək hərarətli, çox tələfat verən və mövsümü xarakterli xəstəlikdir. Qanda eritrositlərin mərkəzində yerləşirlər. Hər eritrositin içərisində 1-2 parazit olur. Fransaiellalar dairəvi və ya armudvari olur, ölçüsü 2,8 mikrondur. Eritrositin içərisində qoşa yerləşdikdə kor bucaq əmələ gətirir və gözlüyü xatırladır.

İnkişafı. Xəstəliyin törədicisi heyvanlara B.calcaratus gənəsi vasitəsilə keçir. Boofilus gənələrinin sürfələri heyvanlara yapışdıqdan 48 saat sonra onu yoluxdurur.

Yayılması. Azərbaycanın aran rayonlarında, Kür-Araz ovalığında, dağətəyi zonada və Talış dağları ərazisində təsadüf edilir. Sağalmış heyvanlarda qeyri-steril vəziyyəti bir ilə qədər davam edir. Yaşlılar daha davamlıdırlar.

Əlamətləri. Kiniki əlamətlər piroplazmidozda olduğu kimidir. Lakin fransaiellyozda sarılıq zəifdir və xəstəliyin axırına yaxın sidik açıq qırmızı rəng alır.

Diaqnoz.Qan yaxmasının mikroskopiyası nəticəsində qoyulur.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin