Törədicisi –Nuttalia equi. Armudvari şəkildə yalnız tək halda olur. Parazitin uzunluğu eitrositlərin radiusu boyda olur.
Yayılması. Xəstəliyin törədicisini Dermacentor, Hialomma və Ripisefalus gənələri keçirirlər. Azərbaycanda bu xəstəliyin latent forması müşahidə edilir.
Əlamətləri. İnkubasiya dövrü 10 gündür. Heyvanların hərarəti dəyişkən olur. Yüksək temperatur (400C) 2-3 gün davam edir, sonra isə normaya və normadan aşağı düşür. Bir neçə gündən sonra temperatur qalxır, tənəffüs çətinləşir, ürək döyüntüsü şiddətlənir. Selik təbəqələri sarı rəngə boyanır. Xəstəliyin ilk dövründə qan yaxmasında parazitlərin sayı az olur, kəskinləşdikcə isə çoxalır. Xəstəlik 2 həftə davam edir. Nuttalioz xroniki hala keçdikdə 3 ay davam edir.