Helmintozların müayinə üsulları


Ətyeyənlərin difillobotriozu



Yüklə 51,48 Kb.
səhifə26/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Parazitologiya

Ətyeyənlərin difillobotriozu

Törədicisi Diphyllobotrium latum adlı enli lentşəkilli helmintdir. Yetkin helmintin uzunluğu 9-10 m (bəzən 20 m), eni 0,5-15 sm olur. Helmintin bədənində 4000-dən çox buğum, hər buğumda da cinsiyyət orqanları var. Yumurtası sarımtıl-boz rəngdə hamar və ikiqatlı qişalı olur. Yumurtanın bir tərəfində qapaqcıq, daxilində isə 6 qarmağı olan karosidi adlı rüşeym yerləşir. Cinsi yetkin mərhələsi itin, pişiyin, tülkünün və insanın bağırsağında parazitlik edir.

Inkişafı su birəsi (diaptomus) və balıqların iştirakı ilə gedir. Heyvanlar və insanlar yoluxmuş balığı yeyən zaman xəstəliyə tutulur.



Yayılması. Difillobotrioz Azərbaycanda müşahidə olunmamışdır. Helmint ancaq bir donuzda tapılmış və gəlmə invaziya kimi qeydə alınmışdır. Əsasən Tümen, Kamçatka, Leninqrad və Pribaltikada yayılmışdır.

Əlamətləri. Bu xəstəliyə tutulmuş insanlar uzun müddət əmək qabiliyyətini itirir. Xəstələrdə orqanizmin ümumi zəifliyi, mədə-bağırsaq fəaliyyətinin pozulması, ürək bulanması, qusma və s. müşahidə edilir. Xəstəliyin ağır formasında qanazlığı baş verir, nəcis ifrazatı pozulur. İnsanın bağırsağında helmint 25 ilə qədər yaşaya bilir. Belə halda xəstəlik xroniki xarakter alır.

Diaqnoz koproloji üsulla qoyulur .Balıqlarda pleroserkoidləri aşkar etmək üçün onların daxili orqanlarından və əzələlərindən nümunə götürülür. Müayinə zamanı dəri altında yerləşmiş sürfələr ağ düyünləri xatırladır. Sürfələr balığın seroz qişalarında, qaraciyər və kürücükdə təsadüf edilsə də, parazitin başlıca məskənləşmə yeri əzələ sayılır.

Müalicəsi. Dehelmintizasiya məqsədilə arekalin, filiksan işlədilir. Parazitin yumurtasının su hövzələrinə düşməsinin qarşısını almaq lazımdır, balıqların daxili orqanları suya atılmamalı, parazit daşıyan şəxslər (balıqçılar, gəmidə işləyənlər) dehelmintizasiya edilməlidir.

Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin