Helmintozların müayinə üsulları


Darling sentrifuqaetmə üsulu



Yüklə 51,48 Kb.
səhifə3/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   2   3   4   5   6   7   8   9   ...   34
Parazitologiya

Darling sentrifuqaetmə üsulu. 3 qr kal 1 stəkan suda qarışdırılıb süzülür və sentrifuqadan (1-2 dəq.) keçirilir. Sonra çöküntünün üst qatı atılır, üzərinə Darling (qliserin + xörək duzunun doymuş məhlulu) mayesi əlavə edilir. Çöküntü möhkəm qarışdırılaraq, 3-5 dəqiqə sentrifuqaya qoyulur. Bunun nəticəsində parazitin yumurtaları mayenin üzərinə çıxır. Bundan sonra nazik simdən hazırlanmış ilmə vasitəsilə mixbər şüşəsindəki mayenin səthindən bir damcı götürülüb əşya şüşəsi üzərinə qoyulur və mikroskopiya edilir. (əsasən nematod yumurtalarını).

Şerboviç üsulu. Çəkisi nisbətən artıq olan yumurtanın (metastrongilid) tapılması üçün daha münasibdir. Stəkana 0,5-1 q nəcis salınıb üstünə 40-50 ml su tökülüb, bircinsli qarışıq alınana kimi qarışdırılır. Sonra süzülərək, bir-iki dəfə sentrifuqaya qoyulur. Üst qatdakı məhlul kənar edilir, çöküntüyə flotasiya məhlulu tökülüb möhkəm qarışdırılır və yenidən 1-2 dəqiqə sentrifuqada fırladılır. Müayinə üçün səthi maye götürülür. Flotasiya məhlulu – 1 litr su +920 q maqnezium sulfat. Şerboviç üsulu nematodozlar, sestodozlar və akantosefalyatozların diaqnostikasında tətbiq olunur.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin