Qanın Fülleborn üsulu ilə müayinəsi. Yuxu venasından sınaq şüşəsinə götürülmüş qan zərdab çıxana qədər duruldulur. Alınan zərdab 10 dəqiqə sentrifuqaya qoyulduqdan sonra, çöküntü mikroskop altında nəzərdən keçirilir.
Qanın Kulikov üsulu ilə müayinəsi. Vidaci venadan götürülmüş 20 ml qana + 2 ml 3,8%-li lumu turşusunun natrium duzu əlavə edilir. Yarım saata eritrositlər qabın dibinə, leykositlər aralığa, nematod sürfələri isə mayenin səthinə yığılır. Paster pipetkası ilə bir damla götürülür, cism şüşəsinə qoyulur və örtücü şüşə ilə örtülür.