Yayılması. Azərbaycanın donuzçuluq fermalarında yayılmış bir xəstəlikdir. İnvaziyanın yayılmasına kalın vaxtlı-vaxtında yığılıb zərərsizləşdirilməsi və donuzların nəmli otlaqlarda otarılaması imkan yaradır. İstidə metastrangilus yumurtaları 6-8 ay diri qala bilirlər. Soxulcanların bədənində 4 ilə qədər yaşaya bilirlər.
Əlamətləri. Metastrangilusun kliniki əlamətləri yoluxmadan bir həftə sonra görünür. 12-15 gündən sonra isə şiddətlənir. Xəstə heyvanlar süstləşir, vaxtaşırı yatır, yemdən imtina edir. Heyvanın tənəffüsü çətinləşir, nəbz vurğusu dəqiqədə 100-ə çatır.
Diaqnoz. Şerboviç üsulu ilə aparılan koproloji müayinənin nəticələrinə əsasən qoyulur. Ölmüş heyvanın ağciyərində tapılan qurd xəstəliyinin diaqnozunu dəqiqləşdirir.
Müalicəsi. Dehelmintizasiya üçün yodun suda məhlulu, yaxud da sitratlı-ditrazin işlədilir. Yodun suda məhlulu hər kq çəkiyə 0,5 ml hesabı ilə traxeyaya yeridilir (1 q kristal yod + 1,5 qr kalium yodit + 1500 ml su).Dərmanlama 2 gün fasilə ilə aparılmalıdır. Ditrazinin 25%-li məhlulu hər kq çəkiyə 0,4 ml dəri altına yeridilir. İnvaziya ocaqlarında 2 dəfə: birinci dəfə yazda heyvanlar ferma ərazisinə buraxılmazdan əvvəl, 2-ci dəfə payızın axırlarında tövlə şəraitinə keçəndən sonra profilaktiki dehelmintizasiya aparılmalıdır.