Helmintozların müayinə üsulları


Qurd xəstəliyinin immunoloji reaksiyalarla müəyyən edilməsi



Yüklə 51,48 Kb.
səhifə5/34
tarix01.01.2022
ölçüsü51,48 Kb.
#107457
1   2   3   4   5   6   7   8   9   ...   34
Parazitologiya

Qurd xəstəliyinin immunoloji reaksiyalarla müəyyən edilməsi

Bəzi helmintozlar zamanı helmint sürfələri müxtəlif orqan və toxumalarda toplandığından immunoloji reaksiyalardan istifadə olunur (seroloji və allergik). İmmunoloji reaksiyalar exinokokkoz, sistiserkoz,senuroz, diktiokaulyoz və s. xəstəliklərdə tətbiq olunur.



Allergik üsul:

Exinokokkoz zamanı dəriiçi (intradermal) Kazoni reaksiyası. Ən sadə üsuldur. Exinokokk qovuğundan steril şəraitdə götürülmüş mayedən 0,1-0,2 ml heyvanın boyun nahiyyəsindən dəri içinə yeridilir. Yoluxmuş heyvanda 5-10 dəqiqədən sonra və ya 1 saatdan gec olmamaqla exinokokk mayesi yeridilən yerdə qırmızımtıl ləkə əmələ gəlir. Dərinin qızarmış hissəsi 0,5- 2 sm həcmində şişmiş olur. Maye üçün exinokokk mayesi kəsilmiş qaramal və qoyunun qayaciyəri və ağciyərində olan exinokokkun qovuğundan götürülür. Qovuğun səthi zəif alovla yandırılır, sonra iynə taxıb mayeni şprislə çəkmək lazımdır. Steril maye şəffaf olur. Bu üsulla yoluxmuş heyvanların 95%-də xəstəliyi aşkar etmək olar.


Yüklə 51,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin