Qoyunlarda diktiokaulyozun müəyyən edilməsi (dəriiçi). Bu üsulu tətbiq edərkən diktiokaulyuslardan hazırlanmış antigendən istifadə olunur. 1:100 nisbətində duruldulmuş 0,2 ml antigen qoyunun quyruq nahiyəsinə dəri içinə yeridilir.
Qoyunlarda senurozun müəyyən edilməsi (dəriiçi və ya gözqapağıiçi – intraparperal). Senur başcıqları və onun mayesindən hazırlanıb 1:500 nisbətində suda duruldulmuş allergendən 0,2 ml miqdarında yuxarı göz qapağının dəriiçinə yeridilir. Əgər heyvan senurozla yoluxmuşsa bir saatdan sonra onun dərisi qalınlaşır (2-4 sm) və 6 saat müddətində qalır.